Şakir Musayev


Cinayət mühakimə icraatının



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə150/516
tarix25.12.2016
ölçüsü2,75 Mb.
#3304
növüDərs
1   ...   146   147   148   149   150   151   152   153   ...   516
Cinayət mühakimə icraatının  

məhkəmə-tibbi təminatı  

 

147



şəraitlərin müəyyən edilmədiyi hallarda, müstəntiq mütəxəssisin 

şifahi mülahizələri ilə kifayətlənə bilər. 

Müstəntiqin və ya məhkəmənin sübutların qiymətləndirməsinin 

ümumi prinsipi - «öz daxili inamına görə» - mütəxəssis tərəfindən 

tətbiq edilə bilməz. Mütəxəssis sübutları deyil, onların əsasını təşkil 

edən faktiki məlumatları qiymətləndirir. Bu halda qərəzsizlik, öncə 

müəyyən edilmənin olmaması  və müstəqillik kimi müddəalar və 

digər tələblər rəhbər tutulmalıdır. Həmin prinsipləri mütəxəssis 

fəaliyyətinə də aid etmək olar. İstənilən istintaq hərəkəti nəticəsinin 

doğruluğunun qəbul edilməsi və  əsaslanmış sübutların, iş üzrə 

sübutların ümumi sxeminə daxil edilməsi üçün nəticələrə ciddi 

yanaşaraq elmi, obyektiv və  məntiqi qiymət vermək lazımdır. Çox 

vaxt belə qiymətləndirmə müstəntiq tərəfindən mütəxəssisin iştirakı 

ilə aparılır və aşağıdakı sualların həlli nəzərdə tutulur: 

♦   Qarşıya qoyulmuş  məqsədə çatmaq üçün seçilmiş istintaq 

hərəkəti prosessual və metodik cəhətdən uyğun vasitədirmi; 

♦   İstintaq hərəkəti keçirilərkən mütəxəssis iştirakının predmet 

və  şərtlərinə aid cinayət prosessual məcəllənin tələblərinə  əməl 

olunmuşdurmu; 

♦   Prosessual  hərəkətin məzmunu istintaq hərəkətinin 

keçirilməsinin ilkin planına uyğundurmu, elmi-texniki vasitələrdən 

və xüsusi metodlardan nə  dərəcədə tam və düzgün istifadə 

olunmuşdur; 

♦   Prosessual hərəkətin nəticələri nə dərəcədə dolğun və düzgün 

qeyd edilmişdir; 

♦   Qarşıya qoyulan məsələlər həll olunmuşdurmu, istintaq 

hərəkətlərinin təkrar keçirilməsi lazımdırmı; 

♦   Əldə edilmiş  məlumatlar nə  dərəcədə etibarlıdır (son 

məlumatların və müqayisə meyarlarının düzgün seçimi, təcrübələr 

keçirilərkən vacib taktiki şərtlərə riayət edilməsi, alınan məlumatların 

davamlılığı, onların izahında formal-məntiqi vasitələrin düzgünlüyü 

və s.); 




Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   146   147   148   149   150   151   152   153   ...   516




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin