Şakir Musayev


Cinayət mühakimə icraatının



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə163/516
tarix25.12.2016
ölçüsü2,75 Mb.
#3304
növüDərs
1   ...   159   160   161   162   163   164   165   166   ...   516
Cinayət mühakimə icraatının  

məhkəmə-tibbi təminatı  

 

159



8.2. Dindirilmə zamanı xüsusi 

biliklərdən istifadə olunma. 

 

Dindirilmədə xüsusi biliklərdən istifadə edilmə  məsələsi

həmçinin ekspertin dindirilməyə cəlb olunmasının, onun işinin vəzifə 

və  təşkilatı  əsasları qanunvericiliklə tam müəyyən olunmamışdır. 

Xüsusi hüquqi ədəbiyyatlarda bu məsələlər, digər xüsusi bilik növləri 

qeyd olunmadan, yalnız cinayətin təhqiqatının kriminalistik 

taktikasına aid olan məsələlər kimi nəzərdən keçirilir. Bəzi 

hüquqşünaslar isə mütəxəssisin dindirilmədə  iştirakını inkar edirlər. 

Qanunda mütəxəssisin dindirilmədə mütləq iştirakının iki konkret 

əsası göstərilir. Birinci, yetkinlik yaşına çatmayan zərərçəkmiş  və 

şahidin dindirilməsin-də müəllim iştirak etməlidir (CPM, maddə 

282.2).  İkincisi isə, CPM-nin 230.3-cü maddəsinə görə  zərurət 

olduqda dindirmədə tərcüməçi iştirak edir. CPM-nin heç bir maddə-

sində dindirilməyə  məhkəmə-tibb ekspertinin və ya məhkəmə 

təbabəti üzrə digər mütəxəssisin cəlb olunmasının konkret səbəb və 

əsaslarını müəyyən edən normalar yoxdur.  

Bununla belə, CPM-nin müvafiq maddəsi ekspertiza prosesini 

ilkin və  məhkəmə istintaqında tənzimləyən  ən vacib prosessual 

normalardan biri olaraq, təhqiqatı aparan şəxsin, müstəntiqin, 

prokuror və ya məhkəmənin icazəsi ilə ekspertin digər istintaq və 

məhkəmə  hərəkətlərində olduğu kimi dindirilmədə  də  iştirak etmək 

hüququnu birbaşa göstərir. Bundan əlavə qanunvericilik ekspertə 

müstəntiqin (məhkəmənin) icazəsi ilə dindirilən  şəxsə ekspertizanın 

predmetinə aid sual vermək hüququnu verir və bu ekspertin istintaq 

hərəkətinin aktiv iştirakçısı kimi rolunu müəyyənləşdirir. Bir çox 

alimlərin ekspert işində bu fəaliyyət növünə diqqət yetirmələrinə 

baxmayaraq, məhkəmə-tibb ekspertlərinin iş 

təcrübəsinin 

ümumiləşdirilməsinə dair digər nümunələr, dindirilmədə  iştirak 

taktikası üzrə elmi tövsiyələri və  həll etdiyi məsələləri yoxdur. 

Ekspertin dindirilmədə nadir hallarda iştirakının və  məhkəmə-tibbi 

profilli mütəxəssislərin bu prosessual hərəkətin icrasına cəlb edilməsi 





Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   159   160   161   162   163   164   165   166   ...   516




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin