Şakir Musayev


Cinayət mühakimə icraatının



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə202/516
tarix25.12.2016
ölçüsü2,75 Mb.
#3304
növüDərs
1   ...   198   199   200   201   202   203   204   205   ...   516
Cinayət mühakimə icraatının  

məhkəmə-tibbi təminatı  

 

199



yürütməklə qoyulan suallar üzrə ekspertin yalnız ehtimalla cavab 

verməsi. Çoxillik təcrübə göstərir ki, ekspert rəyi, xüsusən də 

zədələrin  əmələgəlmə mexanizmi ilə bağlı ekspert rəyinin nəticələri 

yenidən qurulmuş, real  hadisə yerinin şəraitində olduğu kimi əyani 

şəkildə  və inandırıcı surətdə başa düşülmür. Ekspert üçün də 

cinayətin baş verdiyi yerin şəraiti ilə onun verdiyi nəticələrin və  iş 

üzrə digər sübutların uzlaşmasına nəzər yetirmək yararlı olardı.  

CPM-nin müvafiq maddəsində yeni halların təyin edilməsi və 

yeni sübutların alınmasında ifadələrin yoxlanılması  hərəkətinin 

məqsədinin, dəqiq məlum olan yerdə baş vermiş hadisə ilə bağlı 

ifadələrin düzgünlüyünü müəyyən etmək və ya dəqiqləşdirmək 

olduğu göstərilmişdir. Həmin maddədə  də «ifadələrin yerində 

yoxlanılması zamanı  iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək 

əşya və sənədlərin aşkar» edilə bilməsi də qeyd edilmişdir. 

 İstintaq eksperimentinə  gəldikdə isə praktikada bu hərəkətə, 

təkcə cinayətin baş verdiyi şəraitin  əyani və inandırıcı surətdə 

canlandırılması  və xüsusi istintaq variantlarının yoxlanılması kimi 

deyil, həmçinin məhkəmə-tibbi ekspertizanın təyini və keçirilməsi 

üçün  əlavə nəticəvi məlumatlar alınmasında zəruri prosessual vasitə 

kimi və ya ekspert tədqiqatlarında fasiləli bir mərhələ kimi baxılır. 

Ekspertizanın təyini və keçirilməsi üçün faktiki nəticəvi məlumatlar 

natamam, ziddiyyətli olduqda, işin təfsilatı aydın olmadıqda və 

məhkəmə-tibbi müayinədən keçiriləcək obyektlər qarşıya qoyulan 

sualların həlli üçün kifayət qədər məlumat daşımadıqda bu 

mərhələnin təşkilinin vacibliyi meydana çıxır. Məsələn, məhkəmə-

tibb eksperti meyitin gizlədilməsinə, ayrı-ayrı hissələrə 

parçalanmasına  şübhə yarandıqda meyitin və onun hissələrinin 

tapılması  məqsədilə keçirilən ifadələrin yoxlanılması prosesinə, 

meyitin gizlədilmə  və parçalanma üsul və  şəraitini, qablaşdırma 

üsulunu, daşınma və meyit üzərində aparılan kriminal 

manipulyasiyaları  dəqiqləşdirmək üçün isə istintaq eksperimentində 

iştirak etməyə cəlb edilə bilər. İstintaq eksperimenti gedişində və ya 

cinayət törədilən yerdə ifadələrin yoxlanılması üçün, zamanı bioloji 

izlərin axtarışı 

və götürülməsi, iztörənmə mexanizminin 

dəqiqləşdirilməsi aparıla bilər. 





Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   198   199   200   201   202   203   204   205   ...   516




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin