Şakir Musayev


Cinayət mühakimə icraatının



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə230/516
tarix25.12.2016
ölçüsü2,75 Mb.
#3304
növüDərs
1   ...   226   227   228   229   230   231   232   233   ...   516
Cinayət mühakimə icraatının  

məhkəmə-tibbi təminatı  

 

227



surəti, bioloji obyektlərdə fizioloji və patoloji proseslər axını, maşın 

və mexanizmlərin işi, iz və  xəsarətlərin  əmələ  gəlməsi və 

saxlanılması  məsələləri daxildir. Eksperimentin nəticəsi bu və ya 

digər formada onlardan asılıdır. Fərqləndirici yanaşmanın vacibliyinə 

baxmayaraq,  o amillər nəzərə alınmalıdır ki, onlardan yalnız 

eksperimentin gedişi yox, həm də onun nəticələri mahiyyətli asılıdır 

(məsələn, bu və ya digər  əşyanı görməyin mümkünlüyünü təyin 

edərkən, insanın görmə itiliyi və obyektin işıqlandırılması). Ekspertin 

vəzifəsi zəruri  şəraitlərin nəzərə alınmasını  təmin etməkdən və 

eksperiment gedişində onların düzgün və  dəqiq surətdə yenidən 

canlandırılmasına nəzarətdən ibarətdir.  

İstintaq eksperimenti iştirakçılarının fəaliyyəti, hüquq və 

vəzifələri CPM-nin 262-ci maddəsi ilə müəyyənləşdirilir.  İstintaq 

hərəkətinin rəhbəri kimi müstəntiqdən başqa, istintaq 

eksperimentində  və ifadələrin yoxlanılmasında 2 nəfərdən az 

olmayaraq hal şahidləri iştirak edə bilər (istintaq eksperimentində hal 

şahidlərinin maksimal sayına qanun məhdudiyyət qoymamışdır). Hal 

şahidləri iştirak etdikləri prosessual hərəkətlərin məzmunu və 

nəticələrini, faktları  təsdiq edirlər. Ümumi qayda üzrə hal şahidləri 

kimi işdə marağı olmayan istənilən vətəndaşın cəlb olunmasına 

baxmayaraq, məhkəmə həkimi öz xüsusi mövqelərindən müstəntiqin 

seçiminə  nəzarət etməlidir. Biomanekenlərdən istifadə etməklə 

eksperimentin keçirilməsinə hal şahidləri kimi tibb işçilərinin cəlb 

olunmasını  və cinsi cinayətlərdə cinayət işi üzrə ifadələrin 

yoxlanılmasına cəlb olunan hal şahidlərinin cinsi və yaşı  nəzərə 

alınmalıdır. Hal şahidlərinin iştirakı olmadan istintaq hərəkətinin 

keçirilməsi yol verilən haldır. Məsələn; çətin keçilən yerdə, müvafiq 

əlaqə vasitələrinin olmadığı, həmçinin insanların həyatı və sağlamlığı 

üçün təhlükənin istisna olmadığı hallarda.   

Zərurət yarandıqda müstəntiqin qərarı ilə müdafiəçi, şübhəli şəxs, 

təqsirləndirilən şəxs, zərərçəkmiş və şahid eksperimentdə iştirak edə 

bilərlər.  İfadələri yoxlanılan  şəxslərdən istisna olmaqla bu şəxslərin 

istintaq eksperimentində  iştirakı mütləq deyil. Şübhəli və ya 

təqsirləndirilən  şəxsin istəyinə zidd olaraq, müstəntiqin onları  hər 

hansı hərəkətə məcbur etməyə ixtiyarı yoxdur.  




Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   226   227   228   229   230   231   232   233   ...   516




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin