Şakir Musayev


Cinayət mühakimə icraatının



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə337/516
tarix25.12.2016
ölçüsü2,75 Mb.
#3304
növüDərs
1   ...   333   334   335   336   337   338   339   340   ...   516
Cinayət mühakimə icraatının  

məhkəmə-tibbi təminatı  

 

337



2. Donor sərbəst surətdə düşünərək yazılı formada orqan və (və 

ya) toxumalarının götürülməsinə razılığını bildirməlidir; 

3. Donorun hərtərəfli tibbi müayinədən keçməsi haqda və həkim 

mütəxəssislər tərəfindən ondan orqan və (və ya) toxumalarının 

transplantasiya olunması barəsində rəy olmalıdır; 

4. Orqan və (və ya) toxumaların götürülməsi nəzərdə tutulan 

donorun resipiyentlə genetik uyğunluğu müəyyən olunmalıdır 

(sümük iliyindən başqa). 

Canlı donordan transplantasiya üçün cüt orqanlardan birini, tək 

orqan və toxumalardan isə o miqdarda və həcmdə götürmək olar ki, 

donorun həyatı üçün təhlükəli hallar, yaxud sağlamlığında 

geridönməz pozğunluqlar yaranmasın. Orqan və toxumalarının 

köçürülməsinə razılıq verən donor, səhiyyə orqanlarından qarşıda 

olan operativ müdaxilə, orqan və (və ya) toxumalarının götürülməsi 

barədə onun sağlamlığına təsir edə bilən bütün mümkün ağırlaşmalar 

barədə tam və obyektiv informasiya tələb edə bilər. Donorun müvafiq 

icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada müalicə 

və reabilitasiya olunmaq, dərman vasitələri ilə  təmin edilmək və 

donorluqla əlaqədar əlil olarsa, qanunvericiliyə uyğun olaraq təqaüd 

almaq hüququ vardır. 

Səhiyyə idarəsinin həkimləri və digər  əməkdaşları  tərəfindən 

donor və resipiyentin razılığı olmadan transplantasiya barədə 

məlumatların yayılmasına qəti icazə verilmir. Bu məlumatları 

yayanlar qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyır. 

Əməliyyatı keçirib orqan və (və ya) toxumaların götürüb 

hazırlanmasına icazə verilmiş  səhiyyə  təşkilatına onları satmaq 

qadağandır. Qanunun bu tələbi toxuma komponentlərinin 

hazırlanması üçün istifadə olunan preparat və köçürmə materiallarına 

şamil edilmir. 




Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   333   334   335   336   337   338   339   340   ...   516




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin