Ekinizmin residivi
Ekinizmin residivi müalicəni ağırlaşdıran deformasiyadır. Qamış sümüyü qastrosoleus(kambalayabənzər) əzələsindən daha
sürətli böyüyür. Əzələ atrofiyaya uğramış, vətər isə uzun və fibozlaşmış görünür [1].
Ayaq abduksiyada və diz fleksiyada olacaq şəkildə bir neçə ardıcıl uzun ayaq gips sarğısı tətbiq edin. Ayaq 10º dorzifleksiya-
ya gələnə qədər gips sarğısı tətbiqinə davam edin. 4-5 gips sarğısı sonrası 4 yaş altı uşaqlarda düzəlmə əldə edilməzsə, dəri üstün-
dən axil tenotomiyası edin. Ekin deformasiyası düzəldikdən sonra gecə şinalamasına keçin.
Dostları ilə paylaş: |