2
Maneələrin dəf edilməsi
Ailələrə maneələri dəf etməsi üçün aşağıdaı kimi köməklik göstərin:
Əyripəncəlik poliklinikası qurun
Ölkədə hər kəsə Ponseti müalicəsini alma im-
kanını yaradın.
Ataları cəlb edin
Ataları analarla birlikdə poliklinikaya gəlməyi və müalicədə iş-
tirak etməyi üçün cəsarətləndirin. Bu müalicəyə qatılan və başa düşən atalar uşağın
müalicəsi üçün anaları daha çox dəstəkləyir [2].
Müalicə və müĢahidə planını izah edin
Valideynləri bütün müalicə pro-
seduru haqqında məlumatlandırın (4 il ərzində 20 kontrol). Başlanğıcda bütün müali-
cənin izahı və planlanması ailələrə müalicə proseduru üçün lazım olan sərmayənin
əvvəlcədən müəyyən edilməsinə kömək edir. Müalicə xərci xəstəxana tərəfindən ödə-
nilirsə ailəyə bildirilməlidir. Ailələri Ponseti müalicəsi mərkəzinə göndərin
Partnerlik
Valideynləri maneələri aşmaları üçün cəsarətləndirin. Valideynlər
maddi yükü və digər ailə məsuliyyətini öz aralarında bölüşdürməlidirlər. Əgər ailənin
maddi vəziyyəti yaxşı deyilsə, yerli məscidlərə, xidmət və xeyriyyə cəmiyyətlərinə
kömək üçün müraciət etmələrini söyləyin.
Dostları ilə paylaş: |