Ailə tərəfindən Ģina tətbiqinin nümayiĢ etdirilməsi
Əvvəlcə siz şinanın
necə taxılıb çıxarıldığını göstərin. Şinanı çıxardıqdan sonra valideynlərdən
şinanı uşağın ayağına taxmasını tələb edin. Taxdıqdan sonra uşağın bu şina-
da rahat olub olmadığını müəyyən edin. Əgər uşaq narahatdırsa, şinanı çıxa-
raraq dəridə vuruq nəticəsində əmələ gələ biləcək qızarıqlığı yoxlayın [2].
UĢağın hazırlanması
İlk günlərdə uşağın öyrəşməsi üçün ailədən şinanı
bir neçə dəfə çıxarıb taxmasını istəyin. Valideynlərə uşaq ağladıqda şinanı
çıxarmamalarını tövsiyə edin. Əgər uşaq ağlamaqla şinanın çıxarılmasına
öyrəşərsə düzəlmə çətin olacaq. Şinanın uşağın həyatının bir parçası oldu-
ğuna inandırın [3].
Dostları ilə paylaş: |