Abduksiya Ģinası üçün köməkçi tövsiyyələr
İlk iki gündə körpənin şinanın taxılmasından narahat olacağını unutmayın. Narahatlıq şina ağrı törətdiyi üçün deyil, körpə
üçün yeni və fərqli bir vəziyyət olduğu üçündür.
Şina taxılı ikən körpə ilə oynayın. Ayaqlarını bir-birindən asılı olmadan hərəkət etdirə bilmədiyi üçün uşaq narahat olur və
bunu unutdurmaq üçün oyun ən yaxşı yoldur. Körpəyə şina taxılmışkən ayaqlarını önə və arxaya necə hərəkət etdirməsini
öyrətməlisiniz. Bunu öyrətmək üçün ayaqqabılar arasındakı çubuğu irəli və geri çəkib, eyni vaxtda dizi ekstensiya və flek-
siyaya gətirin.
Bu müalicəni mütəmadi olaraq tətbiq edin. Bu müalicəni uşağın həyatının bir hissəsi halına gətirsəniz uşaq daha rahat adap-
tasiya olar. Şinanı 3-4 il boyunca gecə və gündüz yatarkən taxın. Uşaq tədricən şinanın günün hansı vaxtında taxılacağını
öyrənir.
Metal çubuğu sarın. Velosipedin əl tutma yerindəki plastik material uyğundur. Metal çubuğu yumuşaq materialla sarmaqla
siz uşağı, özünüzü və evdəki əşyaları qoruyacaqsınız.
Dəridəki qızarmış yerlərə heç vaxt krem sürtməyin. Krem problemi daha da dərinləşdirir. Şina istifadə edərkən az qızarıqlıq
normaldır. Topuq arxasındakı parlaq qırmızı ləkələr və ya suluqlar ayaqqabının tam oturmadığını göstərir. Topuğun ayaqqabı
içində aşağıya tam oturmasından əmin olun. Topuqda parlaq qırmızı ləkə və ya suluqlar görülərsə həkimə müraciət edin.
Əgər uşaq şinanı ayağından çıxarırsa və topuqlar ayaqqabıya tam oturmursa aşağıdakıları sınayın.
Kəməri bir dəlik yuxarıdan bağlayın.
Dostları ilə paylaş: |