a.
Bağları gərin.
b.
Ayaqqabı altlığını çıxarın(şinanın ayaqqabı altlığı olmadan istifadə edilməsi uşağa zərər verməz).
c.
Ayaqqabı bağını yuxarıdan aşağı doğru bağlayın.
d.
Çubuq üstündə olan vinti tez-tez sıxın.
Uzun müddətli müĢahidə
Ayaq tam korreksiya edildikdən sonra uşaq ilk 2 ildə hər 3-4 ayda bir poliklinikaya kontrola gətirilməlidir. Həkiminiz de-
formasiyanın ciddiyətinə və residiv olma ehtimalına görə şinalamağa davam etmə müddətini müəyyən edəcəkdir. Müali-
cəni vaxtından əvvəl sonlandımayın. Mümkün residivləri təyin etmək üçün 8-10 yaşına qədər uşaq ildə bir dəfə kontrola
çağrılmalıdır.
Residivlər
İlk 2-3 ildə residiv görülürsə deformasiya həftəlik gips sarğıları ilə düzəldilməyə çalışılır. Bəzən ikinci dəfə axil tendo-
nunun uzadılması tələb olunur. Bəzən isə uyğun şinalamaya baxmayaraq, 3 yaşından böyük uşaqlarda residivin qarşı-
sının alınması üçün əməliyyat ehtiyacı vardır. Əməliyyat vətərin (tibialis anterior) ayağın iç tərəfindən mərkəzinə trans-
ferindən ibarətdir.
30
|