Əyripəncəliyin müayinəsi
1
Diaqnozun qoyulması
Skrininq
Bütün səhiyyə işçilərini [1] yeni doğulmuşların və südəmər uşaq-
ların ayaq deformasiyaları [2] və digər problemlərinin [3] müayinəsi üçün hə-
vəsləndirin. Problemi olan uşaqlar əyripəncəlyin müalicəsi ilə məşğul olan
xəstəxanalara göndərilə bilər.
Təsdiqləmə
Müyinə zamanı müəyyən olunan deformasiyalara diaqnoz ancaq
sümük-əzələ sistemi xəstəlikləri ilə məşğul olan mütəxəssis tərəfindən qoyula
bilər. Əyripəncəliyin səciyyəvi xüsusiyyətləri kavus, varus, adduksiya və
ekinizmdir [4].
Bu müayinə zamanı metatarsus adduktus və bəzi sindromlar da aşkar
oluna bilər. Bundan başqa əyripəncəlik bir neçə ayrı kateqoriyaya bölünür.
Bu təsnifat proqnozu müəyyən etmə və müalicə planı üçün lazımdır.
Dostları ilə paylaş: