Conference committees conference chairs c


ORXAN PAMUKUN “QIRMIZI SAÇLI QADIN”



Yüklə 19,19 Mb.
Pdf görüntüsü
səhifə50/189
tarix31.01.2017
ölçüsü19,19 Mb.
#7144
1   ...   46   47   48   49   50   51   52   53   ...   189

ORXAN PAMUKUN “QIRMIZI SAÇLI QADIN”                        

ROMANINDA DEKONSTRUKSIYA 

 

Ülvi BABAYEV 

Qafqaz Universiteti / Sosial və Humanitar Elmlər İnstitutu 



ubabayev@qu.edu.az 

AZƏRBAYCAN 

 

“Times Literary Supplement”ın“min ilin  ən yaxşı kitabı” sualına Orxan Pamukun cavabı heyrət 



və maraq doğurdu. Pamuka görə min ilin ən yaxşı kitabı “Karamazov qardaşları”dır. Çünki bu romanı 

“atamızı  öldürmək  istəyimizi  və  qardaşımıza  olan  qısqanclığı  yaşayırmış  kimi  oxuyuruq”. 

RomanTolstoy,  Kafka,  Kamyu  və  Sartrı...  özünə  heyran  etdi.  Freydin  “Dostoyevski  və  ata  qatili” 

psixoanalizi  “Karamazov  qardaşları”nın  aktuallığını  daha  da  artırdı.  Orxan  Pamuk  da  yeni  romanı 

“Qırmızı  saçlı  qadın”da  “Dostoyevskinin  “Karamazov  qardaşları”,  Sofoklun  “Çar  Edip”  və 

Firdovsinin “Şahnamə” əsərlərini dekonstruksiya edir. 



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1022



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

“Ata  və  oğul”  münasibətləri  “Karamazov  qardaşları”  romanında  qərb-xristian  dünyagörüşünə 

daha yaxındır. Orxan Pamuk “Qırmızı saçlı qadın” romanında şərq və qərb mühitinin vəhdəti fonunda 

“ata və oğul olmağın sirlərini” müasir həyata köçürür. “Dostoyevski”dən ilham alan Pamuk  modern 

dastan yazır. “Qırmızı saçlı qadın” Sofoklın “Çar Edip” tragediyası ilə Firdovsinin “Şahnamə” əsəri ilə 

mətnlərarası  əlaqəyə  girir.  Pamuk  “Qara  Kitab”  və  “Mənim  adım  qırmızı”  romanlarından  sonra 

yenidən  sənətlərarası  əlaqə  yaradır.  “Qar”  və  “Məsumiyyət  muzeyi”  romanlarında  zəifləyən 

postmodern  elementlərin  qabarıqlığı  hiss  olunur.Roman  qəhrəmanı  Cemin  Avropanın  müxtəlif  sənət 

muzeylərinə  səyahəti  “tarix  və  əfsanələrin  taleyimizə  təsir  gücü”nü  xatırladır.  Unudulmuş  və  ya 

unudulmaqda olan qədim mətnlərin əslində həyatımızın içində yaşaması tablolaşdırılır. 

“Qırmızı  saçlı  qadın”  romanında  qədim  mətnlər  və  rəsmlər  müasir  dövrdə  yaşanan  arxetip, 

təkrarlanan mifik yaddaşdır. Hər kəsin özünü və atasını bu və digər səviyyədə gördüyüroman axıcı və 

şeirsəl  tonda  nəql  edilən  həyat  ritualıdır.  “Qırmızı  saçlı  qadın”  eramızdan  əvvəl  və  orta  dövrdə  baş 

verən  şüur  və  intuisiya  arxetipini  təkrarlayır.  Ataların  oğulların  üzərində  ağalığı,  avtoritarizmi  və 

oğulların atalara olan kin və nifrəti Pamukun qəribə və əyləncəli üslubunda maraq doğurur. “Qırmızı 

saçlı qadın” romanı Dimitri Karamazovun atası Fyodor Pavloviçə bəslədiyi nifrətin yeni cildə girmiş 

formasıdır.Pamuk  Dostoyevskidən  fərqli  olaraq  ataya  olan  inam  və  inamsızlığın  sirrini  çözməyə 

çalışır: “Atasız böyüsən dünyanın bir mərkəzi və sərhəddi olduğunu anlamaz, hər şeyi edə biləcəyini 

sanarsan...  Amma  bir  müddət  sonra  nə  edəcəyini  bilməz,  dünyada  bir  məna,  bir  mərkəz  tapmağa 

çalışar,  sənə  “yox”  deyəcək  birini  axtarmağa  başlayarsan”.  (Kırmızı  Saçlı  Kadın.  Y.K.Y.  İstanbul. 

Şubat 2016. s, 161) Pamuk bu məqamda Freydi üstələyir, atalı və atasız olmağın psixoanalizini verir. 

Atasız olmağın sərbəstliyi ilə atalı olmağın məhdudluğu qarşılaşdırılır.Dostoyevki oğulların qarşısına 

əxlaqsız  və  qəddar  atanı  çıxarmaqla  dramatik  gərginlik  yaradır.  Həyatı  mimezis  estetikanın 

kanonlarına tabe edir. 

Romanın qəhrəmanı Cemi və anasını atası tərk edir. Cem atasız yaşamağın yollarını öyrənməyə 

başlayır. Atası yanında olanda ondan xüsusi bir qayğı görməyən Cem yenə də atası üçün çox darıxır. 

Pamuk  atasız  uşağın  ekzistensial  vəziyyətini,  çarəsizliyini  ən  kiçik  detallarınacan  təsvir  edir.  Atası 

tərəfindən tərk edilən Cem Mahmud ustanın amiranə davranışlarını qəbul etməklə etməməyin arasında 

qalır. Atasızlıq Cemi Mahmud ustaya yaxınlaşdırır. Mahmud usta Ceməbir ata kimi təziq göstərməklə 

yanaşı,  qayğısını  da  əsirgəmir.Quyu  qazma  işi  Cemi  həyata  hazırlayır.  Günlərlə  quyu  qazan  usta  və 

şəyirdi  heç  bir  müsbət  nəticə  əldə  etmir.  Mahmud  usta  hər  şeyə  rəğmən  qazma  işinə  davam  edir. 

Ustanın  səbr  və  dözümü  heyrətvericidir.  “Mədəni  dəyişilməni”  təsvir  etməyi  çox  sevən  Pamuk 

“Mənim  adım  qırmızı”  və  “Beynimdə  qəribəlik”  romanlarında  olduğu  kimi  unudulmuş  bir 

məşğuliyyəti, peşəni yada salır. 

Cemin  bir  qəza  nəticəsində  Mahmud  ustanı  quyuda  ölümə  tərk  edib  qaçması  oğulun  atanı 

öldürməsi  kimi  yozula  bilər.  Həmin  gündən  sonra  yazıçı  olmaq  istəyən  Cem  “Geologiya 

mühəndisliyi”  ixtisasına  qəbul  olur.  Ayşə  adlı  bir  qızla  evlənir.  Ayşə  ilə  evlilikdən  sonra  ölkənin  ən 

zəngin  iş  adamlarından  olsa  da  uşaqları  olmur.  Bəlkə  Cem  də  atasını  öldürən  Edip  kimi  lənətlənir? 

Cem  İranın  paytaxtı  Tehrana  gedərkən  Rüstəmlə  Söhrabın  hekayətini  daha  dərindən  öyrənir. 

Yunanıstanda  Edipin  tale  ssenarisi  yazılmış  Thebai  şəhərini  gəzir.Cem  doğma  atasından  qayğı 

görmədiyi üçün Mahmud ustaya sığınır. Ancaq Mahmud ustanı öldürdüyünü düşünəndə həbsə girmək 

qorxusu  ilə  hadisə  yerindən  qaçır.  O  gündən sonra  ata  qatili  olmaq  hissi  Cemi qara  kölgətək  izləyir. 

Freydin  “Karamazov  qardaşları”,  “Çar  Edip”  və  “Hamlet”  haqqında  psixoanalizlərini  dəfələrcə 

oxuyur.  Cemin  həbs  olunmaqdan  qorxub  Mahmud  ustanı  ölümə  tərk  etməsi  atasızlığın  verdiyi 

güvənsizlik, qorxu dolu davranışların təxtəlşüura diqtəsidir. 

 Cemin  oğlu  Ənvər  də  ata  qayğısından  məhrum,  içinəqapalı  və  aqressiv  böyüyür.  İlkin  uşaqlıq 

dövründə onunla maraqlanmayan Turqayı atası bilir. Daha sonra Turqaydan boşanan Gülcahan oğluna 

şəfqət  və  sevgi  göstərsə  də  bir  tərəfli  böyüyür.  Atasızlıq  Ənvərə sərbəstıik  verdiyi  kimi,  inamsızlıq, 

nifrət  və  dikbaşlıq  da  aşılayır.  İllərcə  yığılan  kin  və  nifrət,  aqressiv  davranışlar  istəməyərək  də  olsa 

Ənvəri  ata  qatili  edir.Ənvərlə  bağlı  bir  sirri  də  var:  Bir  nağıl  kimi  şirin,  bir  faciə  qədər  acı  olan 

“Qırmızı  saçlı  qadın”  romanının  “gerçək”  yazarı,  təhkiyəçisidir.  Cemin  ölümündən  sonra  atası  ilə 

bağlı bütün hadisələri Ənvərə danışan Gülcahan bu haqda roman yazmağı məsləhət görür. Çünki bu 

roman eyni zamnda Ənvərin müdafiə mətni olacaq. “Qırmızı saçlı qadın” romanında Edipin hekayəsi 

qərbin  demokratiya  və  sərbəstlik  düşüncəsini  təmsil  edir.  Edipin  atasını  öldürməsi  atanın  ağalığını 

qəbul etmək istəməyən qərb düşüncəsini təmsil edir. Qərbli bir gənc özünü dərk etdiyi andan etibarən 


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1023



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

azad  və  sərbəstdir.  “Çar  Edip”  indiki  qərb  insanının  şüur  və  davranışının  genetik  ötürücüsüdür. 

Rüstəm  və  Söhrabın  həyatı  şərq  tabularının  bədii  ifadəsidir.  Ataların  ağalığı  və  oğulların  mutiliyi 

dəyişilməz  və  “müqəddəs”  şərq  qanunları.  Məhz  bu  səbəbdən  qərb  hekayələrində  oğul  atanı,  şərq 

əfsanələrində ata oğulu öldürür.  

 

“Qırmızı saçlı qadın” romanında Ingres və Moreaunun “Edip və Sfniks” tablolarına postmodern 

göndərmə var. Roman köhnə mətnləri müasir həyata köçürür, dekonstruksiya edir. 

 

 



MOLLANƏSRƏDDİNÇİ ŞAİRLƏRİN ANA DİLİ MƏSƏLƏSİ 

HAQQINDA POETİK DÜŞÜNCƏLƏRİ

 

 

Türkan QƏDİROVA  

AMİ-nin Şəki filialı (müəllim);  



nuran545@mail.ru 

AZƏRBAYCAN 

 

M.F.Axundov  adına  Azərbaycan  Milli  Kitabxanasında  "Molla  Nəsrəddin  jurnalı"nın  yüzilliyi 



münasibəti  ilə  yenidən  nəşr  edilən  latın  qrafikalı  on  cildlik  var.  Heç  bir  ədəbiyyatsevər  bu  nəfis 

tərtibatlı  toplulara  laqeyid  qala  bilməz.  İnanmıram  ki,  kimsə  bu  "kitablar"a  vaxt  ayırmaqdan 

peşmançlıq  duya,  onları  məcbur  geri  qaytarmaqdan  məyus  olmaya.  Həm  yazıları  oxuyub,  həm  də 

ümumi  ideallarla birbaşa  səsləşən rəsmləri  vərəqlədikcə  insan eyni  zamanda  həm  qürur  hiss  keçirir, 

həm  də  hüznlənir.  Vərəqlərdən  ətrafa  əsl  Azərbaycançılıq  "qoxusu"  yayılır,  hər  sətir  insana  əsl 

vətəndaşlıq  ruhu  aşılayır.  Beləliklə,  jurnalın  yaradıcısı,  onun  varlığını  həyat  amalına  çevirən  dahi 

Mirzə Cəlilin öz idealına, öz arzusuna çatdığını etiraf edə bilərkmi?!  

"Molla  Nəsrəddin"  jurnalının  yaranması  və  onun  ictimai  fikir  tarixində  əsaslı  dönüş  yaratması 

həmin  dövr  tariximiz  üçün  ən  böyük  ədəbi  hadisədir.  C.Məmmədquluzadə  və  Ö.F.Nemanzadənin 

rəhbərliyi  ilə  özləri  kimi  mahir  qələm  ustalarının  yaradıcılığının  yeni  bir  ədəbi  məktəb 

formalaşdırması da həmin ədəbi hadisənin  əhəmiyyətindən xəbər verir. Ədəbi məktəb yaradılmır, o, 

zamanın və mühitin tələbinə uyğun olaraq təbii şəkildə meydana gəlir. Necə ki, "Molla Nəsrəddin"i 

təbiət  özü  yaratdı,  zəmanə  özü  yaratdı",  eləcə  də  mollannəsrəddinçilər  cəbhəsini  də  zamanə  özü 

yaratdı. "Molla Nəsrəddin" jurnalı milli mətbuat tarixində ən böyük Azərbaycançılıq məktəbidir. Bu 

məktəbin  M.Ə.Sabir,  Ə.Nəzmi,  Ə.Qəmküsar,  M.Ə.Möcüz,  M.S.Ordubadi,  Ə.R.Şamçızadə, 

B.Abbaszadə kimi yetirmələri və fikir davamçıları olmuşdur.  

C.Məmmədquluzadə  və  onun  məslək  yoldaşları  sanki  jurnalın  birinci  sayında  yatmaqda  olan 

millət qardaşlarını oyatmağa çalışırlar. Ancaq bu zaman kobudluq etmirlər, hərəkətlərini sözlərini elə 

məharətlə  seçirlər  ki,  "yatanlar"  heç  bir  bəhanəsiz  oyana  bilsinlər.  Bu  oyatmada  bəlkə  də  ədəbi 

aləmimizin ən dərin mənaları gizlənib. Bu oyanış xalqın bir millət kimi yenidən özünü kəşf etməsi idi, 

yenidən  özü  ilə tanış  olması idi.  Bu  oyanış bir  xalqın  mənəvi  dəyərlərini  yenidən  xatırlaması idi:  öz 

dilinə, öz mədəniyyətinə, öz mənəviyyatına yenidən, ancaq ən ali şəkildə qovuşması idi.  

"...məni  gərək  bağışlayasınız,  ey  mənim  türk  qardaşlarım  ki,  mən  sizinlə  türkün  açıq  dili  ilə 

danışıram. Mən onu bilirəm ki, türk dilində danışmaq eyibdir və şəxsin elminin azlığına dəlalət edir" - 

jurnalın  ilk  məqaləsinin  ikinci  abzasının  bu  cümlələri  apardığımız  tədqiqat  üçün  birbaşa  mənbədir. 

Ana dili məsələsi. "Molla Nəsrəddin" jurnalında ana dili bir "məsələ" deyil, o, elə qayənin özüdür. Bir 

millətin  varlığı  üçün  dilin  varlığının  hansı  yerdə  durduğunun  jurnal  əməkdaşları  tərəfindən  dərkidir. 

Jurnal  özü  digər  dil  məsələsi  tədqiqatları  üçün  əsas  özüldür,  ədəbiyyatımızda,  publisitikamızda  ana 

dilimizə  münasibət  məsələsi  müzakirə  olunarkən baxılacaq ilkin  ünvan  "Molla Nəsrəddin"in  özüdür. 

Mollanəsrəddinçi  şairlərin,  heç  şübhəsiz,  əsas  amalı  Azərbaycançılığın  təməl  daşı  olan  milli  dilin 

saflığını qorumaq, kölə psixologiyasına qarşı çıxmaq olmuşdur.  

Jurnalın ilk gündən "açıq ana dilində" yazmaq çağırışına ədiblərimiz ehtiramla yanaşmış,  ədəbi 

aləmdə  ana  dilində  yazıb  yaratmağa  səsləyən  şeir  və  məqalələri  sıx-sıx  görünməyə  başlamışdır. 

M.S.Ordubadinin  "Ana  dilində  məktub",  Ə.Qəmküsarın  "Qatış-bulaş",  Ə.Nəzminin  "Gəncədə 

kitabfüruşdan" və s. məqalələrində dilin sadəliyi və saflığı məsələlərinə xüsusi diqqət yetirilmişdir.  


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1024



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

Ö.F.Nemanzadənin "Dilimiz və imlamız" məqaləsində yalnız doğma dilinə hədsiz sevginin şahidi 

olmuruq, həm də ədib bu sevgidən doğan vətəndaşlıq hissi ilə dili yaşatmaq, qoruyub saxlamaq üçün 

problemlər  qaldırmağı  bacarırdı:  "Bu  qorxu,  millətini  sevən  hər  həmiyyətlini  düşündürsə  gərəkdir. 

Çünki dadlı dilimizin yavaş-yavaş aşağıya doğru düşdüyünü görürüz. Sevgili dilimizin aramızdan artıq 

qiyməti  gedir.  Halbuki  bu  zamanda  hər  millət  öz  dilini  saxlamaq  üçün  varını  yox,  canını  belə  fəda 

edir." 

Mirzə  Cəlilin  "İkinci  Sabirimiz"  adlandırdığı  Əli  Nəzmi  də  jurnalın  idealları  uğrunda  fəal 



mübarizə aparırdı. Onun poetik yaradıcılığında dil, millət haqqında yazdığı şeirlər də xüsusi yer tutur. 

Bu məqamda şair-publisist millətin mövcudluğunu ifadə edən dilin keşiyində duran bir vətəndaş kimi 

çıxış  edir.  Şair  "Dilimiz  düzəlmir",  "Dil  məsələsi"  kimi  şeirlərində  dil  haqqında  görüşlərini  poetik 

şəkildə əks etdirir:  

Dil var ikən gəlin lisan deməyək

Döndərib farscaya zəban deməyək. 

Hər kəsin var sözü, dili ağzı, 

Ağıza and içək, dəhan deməyək 

Ərəbi göndərək öz evlərinə, 

Farsa, qal bizdə mehman, deməyək. 

Şair dilin təmizliyi və yad ünsürlərdən qorumaq tərəfdarı idi. Eyni zamanda, başqa dillərdə yox, 

məhz ana dilində danışmağın əsl fəxarət olduğunu müdafiə edirdi.  

Biri dilərsə yaza türkcə əlli-qırx kəlmə, 

Çıxır araya özü bilmədən otuz kəlmə. 

Gəlir dilə, nə qədər bağır ki, get, gəlmə! 

Qalıbdır az, bizi dildən sala bizim dilimiz. 

Kəsildi başımıza bir bəla dilimiz. 

Bu  ümumi  ideyalara  digər  mollanəsrəddinçilər  də  tərəfdar  idilər.  Məhz  həmin  fikir  birliyi 

sayəsində dildə sadəlik, anlaşıqlıq, xəlqilik bərqərar olmuşdur.  

Ən doğrusu, birövnəqi-mənadı bizim dil, 

Yox, zərrə əhəmiyyəti, rüsvadı bizim dil, 

Qanmaz onu heç kimsə, müəmmadı bizim dil, 

Millətdə lisan məsələsi başqa xəyaldır, 

Əlminnətilillah, bizim oğlan radikaldır... 

Bədii  ədəbiyyatın  bir  neçə  janrı  ilə  yaradıcılığını  məhdudlaşdırmayan  M.S.Ordubadi  isə  "Dil 

birliyi"  satirası  ilə  cəbhəsində  vuruşduğu  xəzinənin  əsas  idealına  diqqət  çəkmişdir.  Mollanəsrəddin-

çilər  üçün  dili  islah  etməkdən  daha  önəmli  bir  vəzifə  vardısa,  bu  da  insanlara  ana  dili  sevgisinin 

aşılanması idi. Nə qədər acı da olsa, şair "Arif də bilir, yoxdu bizim dildə ləyaqət" - deməklə əslində 

elin  dərdinə  ağlayır.  Bu  mənada  istedadlı  yazıçımız  öz  əməl  yoldaşını  xatırladır  bizə.  Süleyman 

Rəhimov  C.Məmmədquluzadə  üçün  obrazlı  şəkildə  belə  deyirdi:  "Kim  deyir  ki,  Mirzə  Cəlil  gülür, 

yanılır,  Azərbaycan  torpağında  hələ  belə  ağlayan  olmayıb..."  Bu  bənzətmə  eyni  zamanda  bütün 

mollanəsrəddinçilərə aid edilə bilər.  

Cənubi  Azərbaycanın  ən  görkəmli  satirik  şairi  Mirzə  Əli  Möcüz  Şəbüstəri  də  zaman-zaman 

"Molla  Nəsrəddin"  jurnalında  öz  şeirləri  ilə  çıxış  etmişdir.  Şair  uzaq  ellərdən  öz  əməl  qardaşlarının 

səsinə səs verən şairin yaradıcılığında vətənpərvərlik və  milli azadlıq ideyalarının tərənnümü, maarif 

və  mədəniyyətə çağırış mühüm  yer tutur. "Anan təlim edən dildə" şeiri ana dili uğrunda mübarizədə 

şairin  tutduğu  mövqeyi  açıq-aydın  göstərir.  Anası  öyrədən  dildə  -  ana  dilində  yazmağı  borc  bilən, 

bunu  özünə  xatırladan  və  bundan  qorxmamağı  öz  timsalında  hər  bir  vətən  övladına  sövq  edən  şair 

deyir: 

Dilim türki, sözüm sadə, özüm səhbaya diladadə



Mənim tək şairin, əlbət, kasad olar bazarı. 

Dünən şeir ilə namə apardım şahi-İrana, 

Dedi: - Torki nəmidanəm, məra to beççə pendarı? 

Özü türk oğlu türk, amma deyir türki cəhaləttir, 

Xudaya, müzməhil qıl təxtidən bu ali-Qacarı! 

Ümidin kəsmə, Möcüz, yaz anan təlim edən dildə! 

Gəzər bir ərmağan tək dəftərin Çini və Tatarı. 


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1025



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

 

Nəhayət, açdığı cığırla ən ali məqsəd uğruna dəyərli mütəfəkkirləri öz ardınca aparmağa nail 



olan, təkcə "Azərbaycan" məqaləsi ilə ölkəmizin bədii sözlə "xəritəsini çəkən" dəyərli yazıçımız Mirzə 

Cəlil  milli  dil,  milli  mədəniyyət,  milli  birlik  uğrunda bütün insanları  mübarizəyə  səsləyirdi.  O,  buna 

əmin  idi  və  hamını  da  əmin  etməyə  çalışırdı  ki,  bir  xalqı  məhv  etməyin  ən  birinci  yolu  onun  dilini 

əlindən almaqdır. C.Məmmədquluzadənin əkdiyi toxumlar sonrakı dövrlərdə də öz bəhrəsini verdi.  

 

Dil  məsələsi  bir  dəfəlik  həll  edilib  kənara  atılası  bir  problem  deyil.  Hər  dəqiqə  dəyişən 



dünyamızda  bizə  neçə-neçə  "mollanəsrəddinçilər"  lazımdır.  Bu  gün  müstəqilliyimizin  bərqərar 

olunduğu,  "mollanəsrəddinçilərin"  xəyalını  qurduğu  dövlətimizdə  yaşasaq  belə,  onların  vətəndaşlıq 

qayğılarını özümüz üçün nümunə saymalıyıq. Unutmaq olmaz ki, milli mənəvi dəyərlərin qorunması 

yolunda ilkin və ən dəyərli fikirlərin sahibi haqqında danışdığımız qəhrəmanlarımızdır. 

 

 

İSMAYIL BƏY NAKAMIN “GƏNC-İ ƏDƏB”                            



MƏSNƏVİSİNDƏ NİZAMİ TƏSİRİ 

 

İlahəHACIYEVA 

Azərbaycan Dillər Universiteti 

ilahe_h@rambler.ru 

AZƏRBAYCAN 

 

Nizami Gəncəvinin “Xəmsə”sinin ilk poeması olan “Sirlər xəzinəsi” əsərinə həm fars, həm türk 



ədəbiyyatında  bir  çox  cavablar  yazılmış,  nəzirələr  ithaf  olunmuşdur.  Gəncəli  ustadın  “Məxzənül-

əsrar”ına yazılan cavablardan biri də XIX əsrdə yaşayıb-yaratmış Azərbaycanın görkəmli şairlərindən 

olan İsmayıl bəy Nakamın “Gənc-i ədəb” məsnəvisidir. İ. Nakam vaxtı ilə Şamaxıda yaşayıb sonradan 

Şəkiyə köçən məşhur mülkədar nəsli olan Sədrəddinbəyovlardandır. Nakamın atası da şair olmuş, Fani 

təxəllüsü  ilə  şeirlər  yazmışdır.  Əli  Abbas  Müznib  isə  Nakamın  “Seçmə  parçalar”  adlı  şeirlər 

məcmuəsindəki müqəddiməsində Dərviş Məhəmməd ağa haqqında deyilmiş həmin fikri Nakamın adı 

ilə  bağlayır.  O,  yazır:  “Nakamın  əvvəldə  təxəllüsü  “Fani”  imiş,  lakin  Şərqin  bir  çox  yerlərini  gəzib, 

bəzi  təriqət  sahibləri  ilə  görüşdükdən  sonra  Şəkiyə  qayıtmış,  səfərindən  aldığı  təəssürat  sayəsində 

“Fani” təxəllüsünü dəyişdirmiş, əvəzində “Nakam” təxəllüsünü qəbul eyləmişdir.” (Əliabbas Müznib, 

“Nakam, seçmə parçalar”). Bu fikrin təkrarına Əbdürrəhman Abdullayevin “Nakam” adlı məqaləsində 

də rastlayırıq.  

Şairin  yaradıcılığı  “Divan”  şeirlər  toplusundan,  “Gənc-i  ədəb”,  “Dastan-i  Fərhad  və  Şirin”, 

“Dastan-i  Məcnun  və  Leyli”  məsnəvilərindən  ,  müxtəlif  hekayələrdən  ibarətdir.  Bu  yazıda  isə  biz 

Nakamın  “Gənc-i  ədəb”  məsnəvisinin  həm  mətndaxili,  həm  də  Nizaminin  “Sirlər  xəzinəsi”  ilə 

müqayisəli şəkildə hərtərəfli təhlilinin üzərində dayanacağıq.  

İlk  öncə  onu  da  qeyd  edək  ki,  Nakamın  Nizaminin  “Sirlər  xəzinəsi”nə  nəzirə  olaraq  yazdığı 

“Gənc-i ədəb” poeması onun yaradıcılığında ən önəmli yer tutur. “Gənc-i ədəb” məsnəvisi məzmun, 

quruluş  və  mündəricə  baxımından  Nizaminin  əsərindən  seçilir.  Əsər  həcm  etibarı  ilə  Nizaminin 

poemasından böyükdür. Belə ki, Nizamin “Sirlər xəzinəsi” 2240 beytdən ibarətdirsə, Nakamın “Gənc-

i  ədəb”i  4960  beytdir.  Bu  da  Nizaminin  əsərinin  həcminin  iki  mislinə  bərabərdir.  Digər  fərqli  cəhət 

əsərlərin yazıldıqları bəhrlərin müxtəlifliyidir. Nizami öz məsnəvisini əruzun səri bəhrində, Nakam isə 

xəfif  bəhrində  qələmə  almışdır.  Nakamın  “Gənc-i  ədəb”i  20  hekayət  və  20  məqalətdən  deyil,  31 

məqalət və 35 hekayətdən ibarətdir.  

Əsər  klassik  məsnəvilərdə  tez-tez  rast  gəlinən  “Bismillahirrəhmanirrəhim,  tövhid  və  minacat” 

adlı ənənəvi başlıqla başlanır. Bu hissədə Nakam Allahı, onun yerdəki rəsulu Məhəmməd peyğəmbəri 

tərif  edir.  Daha  sonra  isə  “Sərvər-i  kainat  və  mövcudat-i  Əliyə  əfzəl-i  ilticat  həzrətlərinin  nət  feyzi 

bəyanındadır”  adlı  hissə  gəlir.  Elə  bu  hissədə  hər  iki  şairin  dini  mövzulara  toxunmasında  zamanın 

tələbindən  irəli  gələn  fərqlər  olduğunu  görürük.  Ənənəvi  çərçivədə  Nakam  da  tövhid  və  minacat 

mövzularına müraciət edir, peyğəmbərin nətini verir. Ancaq Nizamidən fərqli olaraq dastan boyu əsərə 

Həzrəti  Əli  və  digər  şiə  müqəddəsləri  ilə  bağlı  xitab  və  hekayətlərin  daxil  edildiyini  görürük. 

Nizaminin  yaşadığı  dövrdə  Şərqdə  hegemon  olan  Səlcuqilər  sülaləsinin  rəsmi  ideologiyası  sünni 

məzhəbi  idi.  Səlcuqilərdən  olan  Atabəylərin  dövründə  yaşayan  və  əsərini  Ərzincan  hakimi  Bəhram 



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1026



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

şaha həsr edən şairin əsərində şiə motivləri yox dərəcəsindədir. “Məhzənü’l-əsrâr’da islamın bəlirli bir 

təriqətinin düsturlarına rastlamazken” İ.Nakamın “Gənc-i ədəb”ində biz şiəliyin açıq-aydın təbliği ilə 

qarşılaşırıq. Buna səbəb isə Nizaminin yaşadığı XII əsrdən fərqli olaraq XIX əsr Azərbaycanında artıq 

şiəlik bir ideologiya kimi möhkəmlənmişdi. Nakamın əsərə İmam Əli ibn Əbu Talib Cəfər ət-Təyyarla 

bağlı mətnlər daxil etməsi zamanın tələbindən irəli gəlirdi.  

Nizamidə əsərin yazılmasını sifariş edən hökmdar mədh olunursa, burada “Gənc-i ədəb”in nəşrini 

öhdəsinə  götürən  Hacı  Zeynalabdin  Tağıyev,  onun  xeyriyyəçi  fəaliyyəti  təriflənir.  Hacı  Zeynalabdin 

Tağıyevin  elmi  himayə  altına  alması  məsələsini  Nakam  bu  hissədə  xüsusilə  vurğulamışdır.  “Hacı 

Zeynalabdin  ağa  Tağızadə  cənabının  həsənatı,  şanı  və  anın  naməsinə  kitabın  binası  bəyanındadır” 

başlığında şair əsəri yazma səbəbini də dilə gətirir: 

Nizami  ilk  böyük  əsəri  olan  “Sirlər  xəzinəsi”  dastanını  qissələr  toplusu  şəklində  yazmışdır. 

Nakam  da  bu  təkiyə  üsulunu  dəyişdirməmiş,  strukturu  olduğu  kimi  saxlamışdır.  Elə  Nizaminin 

“Məxzən-ül  əsrar”ındakı  kimi  əvvəl  məqalət,  ondan  sonra  hekayətləri  vermişdir.  Sadəcə  olaraq 

Nizamidə hər məqalətdən sonra bir hekayə verilirsə, Nakam hər məqalətdən sonra bəzən iki hekayə, 

bir neçə xitab və qissələr verərək onların sayını artırmışdır.  

“Həqiqi eşq və məcazi eşqin bəyanındadır” adlı ilk məqalətdə şair təmiz, saf eşqi tərənnüm edir, 

yalançı, saxta məhəbbəti isə tənqid edir. 

Ey del edub tərk səvazəndə ol, 

Eşq olub zində payində ol. 

Olmasa, aləmdə məhəbbət əgər, 

Cümlə mücərrəddən olmaz əsər. (“Gənc-i ədəb”, ƏYİ, Б-672) 

Beləliklə,  elə  ilk  məqalət  və  hekayətin  məzmunu  bizlərə  Nakamın  “Gənc-i  ədəb”  məsnəvisinin 

Nizaminin  əsərindən  fərqləndiyini  söyləməyə  əsas  verir.  “Nizaminin  “Sirlər  xəzinəsi”  əsəri  dövrü 

tənqid  edən  hökmdarları  ədalətə,  insana  hörmətə,  zəhmət  adamlarını  mənəvi  saflığa,  xeyirxahlığa 

çağıran  dəyərli  fəlsəfi-əxlaqi  əsər  olduğu  halda  Nakamın  “Gənc-i  ədəb”  poemasının  ayrı-ayrı 

hekayətlərində  saf  məhəbbət,  məcazi  və  həqiqi  eşq  və  s.  tərənnüm  edilmişdir.  (2,  səh  85)  Düzdür 

Nizaminin bu əsərində Aşiq, Məşuq obrazları yoxdur.Ancaq onu da qeyd edək ki, buradakı məqalətlər 

sanki  bizə  Aşiqin  peyda  olacağına  eyham  vurur  vəo,  “Xosrov  və  Şirin”də  peyda  olur,  “Leyli  və 

Məcnun”da  isə  əsl  haqq  aşiqinə  çevrilir.Bu  baxımdan  Nizaminin  “Sirlər  Xəzinəsi”ni  Aşiqi  ilahi 

eşqəaparan  ilkin  mərhələ  -  şəriət  mərhələsi  də  adlandırmaq  olar.  Nakamın  poemasında  bu  mövzuya 

rastladığımız  digər  hekayə  “Hekayət-i  Ənuşirəvan-i  adil”dir.  Nakamın  “Gənc-i  ədəb”ində  isə  biz 

Ənuşirəvanın tamamilə fərqli obrazı ilə qarşılaşırıq. Buradakı Ənuşirəvan daha çox Nizaminin “Yeddi 

gözəl”indəki  Bəhram  Gura  bənzəyir.  Ənuşirəvan  da  Bəhram  kimi  cavan  yaşlarında,  yenicə  taxtda 

əyləşdiyi vaxtlarda ədalət və səxavətinə görə ad qazanır. Sonradan Bəhram şahın başı yeddi ölkədən 

gətirilmiş gözəllərlə eyş-i işrətə qarışır. Bəhram kimi Ənuşirəvan da bir gözəlin eşqinə dalır, başı sevgi 

macəralarına  qarışır.  Ancaq  Ənuşirəvanın  sevgisi  Bəhramdan  fərqli  olaraq  onu  xalqından,  haqq, 

ədalətdən uzaq salmır. O, məşuqəsi ilə əqd bağlayıb nikah kəsdirsə də eşqini pünhan saxlamağa, onu 

faş etməməyə çalışır. Ənuşirəvan bu cəhətdən daha yüksək məqamda dayanır. Nakam da Ənuşirəvanın 

timsalında  dövrünün  rəhbərlərini  eyş-işrətə  uymamağa  çağırır.  Nizamidə  Bəhram  Guru  dünyanın 

faniliyindən agah edən, onun bəzlinə aldanmamağa çağıran, bəsirət gözünü açan çoban və Fitnə olur. 

Nakamda isə Ənuşirəvan özü öz hərəkətlərini nizamlayan, nəfsə meyl etməyən güclü iradə sahibi kimi 

göstərilir.  “Adil  Ənuşirəvan”  adlı  bu  hekayədə  Nakam  sanki  yeddi  ölkənin  gözəllərinin  dilindən 

söylənən nağılların hərəsindən çıxan nəticələri bir mətn daxilində birləşdirmişdir.  

Əsərdəki bir çox hekayətləri Nakam fərqli müstəvidə işləyərək öz oxucularına təqdim etmişdir. 

Bu  zaman  Nizaminin  bəzi  hekayətlərini  ixtisar  edərək  onları  tamamilə  yeniləri  ilə  əvəzləmiş,  bəzən 

hətta “Yeddi gözəl”dəki hekayətlərdən də bəhrələnərək onları yeni orientasiyada “Sirlər xəzinəsi”nin 

mövzuları ilə birləşdirmişdir. Belə hekayətlərdən biri də “Qisse-yi Bəhram Gur” dur. 

 “Sirlər xəzinəsi”ndə də Nizaminin əxiliklə bağlı görüşlərinin əksinə rast gəlmək olar. Nizaminin 

“Süleyman və əkinçi”, “Kərpickəsən qocanın dastanı” və s. hekayələrində bu fikirlərin tərənnümünə 

təsadüf edirik. Təbliğ etdiyi ideyalara və məzmununa görə Nakamın “Hekayət-i Hatəm Tai və xarkəş”, 

“Hekayət-i  Mahmud  Qəznəvi  və  xarkəş”,  “Hekayət-i  şah-i  Qəzvin  ba  xakpiz”,  “Hekayət-i  Əli  ibn 

Salman  ba  fəqir”  və  s.  hekayələrini  Nizaminin  yuxarıda  adlarını  çəkdiyimiz  hekayələrinin  davamı 

kimi qiymətləndirə bilərik. 



Yüklə 19,19 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin