The XXXVI International Scientific Symposium "Multidisciplinary Studies of the Turkish World" The 25 th of March 2023 ISBN: 978-605-72481-0-7 Eskishehir / Türkiye ---149---
Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan hökumətlərinin iştirakı ilə Brüsseldə
keçirilən Konfransda qoyulub. 1996-1998-ci illərdə Ukrayna və Moldova, 2000-ci ildə Bolqarıstan, Rumıniya
və Türkiyə, 1 iyun 2009-cu ildə İran proqrama daxil edilib. 2009-cu ildə TRASEKA-ya müşahidəçi kimi
qoşulan Litva da əlavə olunduqda, bu gün TRASEKA proqramı 14 ölkəni əhatə edir. Digər tərəfdən,
Türkmənistan 1998-ci ildə Bakı Zirvə toplantısında imzalanmış və proqrama “Avropa-Qafqaz-Asiya
Nəqliyyat Dəhlizinin İnkişafı üzrə Çoxtərəfli Əsas Beynəlxalq Nəqliyyat Sazişi”nin (MLA) tərəfi olmayıb.
TRASEKA, Hökumətlərarası Komissiya, TRASEKA Daimi Katibliyi, Milli Komissiyalar,
TRASEKA Daimi Katibliyinin Daimi Nümayəndələrindən (Milli Katiblər) və işçi qruplarından ibarətdir.
Hökümətlərarası komissiyanın icraedici orqanı Bakıda yerləşən Daimi Katiblik (PS) olduğu halda,
onun “Milli Katiblər” tərəfindən idarə olunan Daimi Nümayəndələri hər bir üzv ölkədə yerləşir. Asiya ilə
Avropa arasında ticarətin kəsişmə nöqtəsində olan və coğrafi cəhətdən əlverişli mövqedə yerləşən Azərbaycan
üçün nəqliyyat sektoru iqtisadiyyatda mühüm yer tutur bunun əhəmiyyəti günü-gündən artmaqdadır.
Azərbaycan Resbuplikası nəqliyyat infrastrukturu ilə TRASEKA-nın ən fəal üzvüdür.
Azərbaycan nəqliyyat potensialını Avrasiya nəqliyyat şəbəkəsinin xidmətinə vermək üçün
araşdırmalar aparır, beynəlxalq nəqliyyat və sərhəd keçidlərində yaşanan sıxlığın aradan qaldırılmasına
üstünlük verir, bu məqsədlə, BTQ dəmir yolu, BTC neft kəməri, BTƏ qaz xətti, sürətli qatar layihələri, cüt
yollu inşaat, nəqliyyat-logistik mərkəzlərin qurulması istiqamətində bir çox layihə həyata keçirir.
Bu layihə Avropa ittifaqının TRASEKA üzv –dövlətlərinə dair qlobal strategiyasına əsasən, aşağıdakı
məqsədlərə xidmət edir:
Alternativ nəqliyyat marşrutları vasitəsilə Avropa və dünya bazarlarına çıxışı təmin etməklə, bu
respublikaların siyasi və iqtisadi sabitliyinə yardım göstərməsi, Avropa ölkələri ilə Mərkəzi və Cənub-
şərqi Asiya ölkələrinin iqtisadiyyatının sabitləşdirilməsi və əlaqələndirilməsi
TRASEKA üzv-dövlətləri arasında gələcək regional və həmçinin beynəlxalq əməkdaşlığın
dəstəklənməsi.
Beynəlxalq Maliyyə təşkilatları və özəl investorları cəlb etmək üçün TRASEKA layihələrinin geniş
istifadəsi, xüsusilə ilkin mərhələdə TRASEKA layihələrinin maliyyələşdirilməsi istiqamətində
investorların cəlb olunması.
Avropa-Qafqaz-Asiya “TRASEKA” Beynəlxalq Nəqliyyat Dəhlizinin Trans-Avropa Şəbəkələri ilə
optimal inteqrasiyasının dəstəklənməsi və s.
Tərəfdaş ölkələrin nümayəndələri, xüsusilə də rəhbərləri Avropa ilə alternativ nəqliyyat bağlantısı
kimi TRASEKA marşrutunun strateji əmiyyətli iqtisadi və siyasi gücə malik olduğunu hesab edirlər. (Siyasi
tarix, 1998: s.329-347). TRASEKA proqramının həyata keçirilməsi iştirakçı ölkələr arasında daha sıx və
iqtisadi baxımdan daha əhəmiyyətli əməkdaşlığa şərait yaratmışdır. (Musayev, Mirzəyev, 2004). “Avropa-
Qafqaz-Asiya Nəqliyyat Dəhlizi” proqramı 7-8 sentyabr 1998-ci il tarixlərində Bakı şəhərində 9 ölkənin dövlət
başçısı – Azərbaycan, Bolqarıstan, Gürcüstan, Qırğızıstan, Moldova, Rumıniya, Türkiyə, Özbəkistan,
Ukrayna, 13 beynəlxalq təşkilat və 32 dövlətdən nümayəndə heyətinin iştirak etdiyi Tarixi İpək Yolunun
bərpasına həsr olunmuş beynəlxalq konfrans keçirilmiş və “Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi”
Proqramı əsasında “Avropa – Qafqaz – Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında Əsas
Çoxtərəfli Saziş” imzalanmış, Bakı Bəyannaməsi qəbul edilmişdir (Əliyev, 2003: s. 7-17). TRASEKA
Hökumətlərarası Komissiyasının Daimi Katibliyi 2001-ci ildə Bakı şəhərində açılmışdır (Əliyev, 2003: s. 56).
“Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi” Proqramının inkişafında mühüm hadisələrdən biri də
2008-ci ilin 4 dekabr tarixində Bakı şəhərində keçirilmiş TRASEKA Nəqliyyat nazirlərinin yubiley Konfransı
olmuşdur (8). Avrasiya materikinin yeni nəqliyyat xəritəsini yaradan Azərbaycanın təşəbbüsü və fəal iştirakı
ilə reallaşan strateji əhəmiyyətli layihələr regional və beynəlxalq əməkdaşlığın dərinləşməsini, “Avropa-
Qafqaz-Asiya Nəqliyyat Dəhlizi” proqramının yeni əməkdaşlıq platformalarının formalaşmasını şərtləndirir.
(Azərbaycan tarixi, 2003: s. 472-481).
TRASEKA ilə bağlı ölkəmizdə həyata keçirilən əsas layihələrdən biri də “Azərbaycan
Respublikasında logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsi”nin 2016-cı ildə Prezident İlham
Əliyev tərəfindən təsdiq edilməsi olmuşdur. Strateji yol xəritəsində TRASEKA ilə bağlı bir sıra məqamlar öz
əksini tapmışdır. Şərq-Qərb marşrutu Azərbaycan Respublikasında Logistika və Ticarətin İnkişafına dair
Strateji Yol Xəritəsində çox mühüm yer tutur. Yəni Azərbaycan tarixi İpək Yolu layihəsi çərçivəsində 2013-
cü ildə Çinin elan etdiyi “Bir kəmər, bir yol” İqtisadi İnkişaf Strategiyası çərçivəsində İpək Yolu İqtisadi
Kəməri və TRASEKA-nın mühüm tərkib hissəsidir. Əslində , TRASEKA-nın Daimi Katibliyi Bakıda yerləşir.
2015-ci ildə Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında İpək Yolu
İqtisadi Kəmərinin yaradılmasına birgə dəstək göstərmək məqsədilə Anlaşma Memorandumu imzalanıb. Orta
Dəhliz çərçivəsində həyata keçirilən əməkdaşlıq çərçivəsində Türk Şurasına üzv ölkələrin nəqliyyat nazirləri