Conference Paper · March 023 citations reads 163 authors


The XXXVI International Scientific Symposium "Multidisciplinary Studies of the Turkish World"



Yüklə 7,53 Kb.
Pdf görüntüsü
səhifə194/357
tarix07.01.2024
ölçüsü7,53 Kb.
#211063
1   ...   190   191   192   193   194   195   196   197   ...   357
Eskisehir-25.03.23

The XXXVI International Scientific Symposium "Multidisciplinary Studies of the Turkish World" 
The 25
th
 of March 2023 ISBN: 978-605-72481-0-7 Eskishehir / Türkiye 
 
---149--- 
Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan hökumətlərinin iştirakı ilə Brüsseldə 
keçirilən Konfransda qoyulub. 1996-1998-ci illərdə Ukrayna və Moldova, 2000-ci ildə Bolqarıstan, Rumıniya 
və Türkiyə, 1 iyun 2009-cu ildə İran proqrama daxil edilib. 2009-cu ildə TRASEKA-ya müşahidəçi kimi 
qoşulan Litva da əlavə olunduqda, bu gün TRASEKA proqramı 14 ölkəni əhatə edir. Digər tərəfdən, 
Türkmənistan 1998-ci ildə Bakı Zirvə toplantısında imzalanmış və proqrama “Avropa-Qafqaz-Asiya 
Nəqliyyat Dəhlizinin İnkişafı üzrə Çoxtərəfli Əsas Beynəlxalq Nəqliyyat Sazişi”nin (MLA) tərəfi olmayıb.
TRASEKA, Hökumətlərarası Komissiya, TRASEKA Daimi Katibliyi, Milli Komissiyalar, 
TRASEKA Daimi Katibliyinin Daimi Nümayəndələrindən (Milli Katiblər) və işçi qruplarından ibarətdir. 
Hökümətlərarası komissiyanın icraedici orqanı Bakıda yerləşən Daimi Katiblik (PS) olduğu halda
onun “Milli Katiblər” tərəfindən idarə olunan Daimi Nümayəndələri hər bir üzv ölkədə yerləşir. Asiya ilə 
Avropa arasında ticarətin kəsişmə nöqtəsində olan və coğrafi cəhətdən əlverişli mövqedə yerləşən Azərbaycan 
üçün nəqliyyat sektoru iqtisadiyyatda mühüm yer tutur bunun əhəmiyyəti günü-gündən artmaqdadır. 
Azərbaycan Resbuplikası nəqliyyat infrastrukturu ilə TRASEKA-nın ən fəal üzvüdür. 
Azərbaycan nəqliyyat potensialını Avrasiya nəqliyyat şəbəkəsinin xidmətinə vermək üçün 
araşdırmalar aparır, beynəlxalq nəqliyyat və sərhəd keçidlərində yaşanan sıxlığın aradan qaldırılmasına 
üstünlük verir, bu məqsədlə, BTQ dəmir yolu, BTC neft kəməri, BTƏ qaz xətti, sürətli qatar layihələri, cüt 
yollu inşaat, nəqliyyat-logistik mərkəzlərin qurulması istiqamətində bir çox layihə həyata keçirir.
Bu layihə Avropa ittifaqının TRASEKA üzv –dövlətlərinə dair qlobal strategiyasına əsasən, aşağıdakı 
məqsədlərə xidmət edir: 

Alternativ nəqliyyat marşrutları vasitəsilə Avropa və dünya bazarlarına çıxışı təmin etməklə, bu 
respublikaların siyasi və iqtisadi sabitliyinə yardım göstərməsi, Avropa ölkələri ilə Mərkəzi və Cənub-
şərqi Asiya ölkələrinin iqtisadiyyatının sabitləşdirilməsi və əlaqələndirilməsi 

TRASEKA üzv-dövlətləri arasında gələcək regional və həmçinin beynəlxalq əməkdaşlığın 
dəstəklənməsi. 

Beynəlxalq Maliyyə təşkilatları və özəl investorları cəlb etmək üçün TRASEKA layihələrinin geniş 
istifadəsi, xüsusilə ilkin mərhələdə TRASEKA layihələrinin maliyyələşdirilməsi istiqamətində 
investorların cəlb olunması. 

Avropa-Qafqaz-Asiya “TRASEKA” Beynəlxalq Nəqliyyat Dəhlizinin Trans-Avropa Şəbəkələri ilə 
optimal inteqrasiyasının dəstəklənməsi və s.
Tərəfdaş ölkələrin nümayəndələri, xüsusilə də rəhbərləri Avropa ilə alternativ nəqliyyat bağlantısı 
kimi TRASEKA marşrutunun strateji əmiyyətli iqtisadi və siyasi gücə malik olduğunu hesab edirlər. (Siyasi 
tarix, 1998: s.329-347). TRASEKA proqramının həyata keçirilməsi iştirakçı ölkələr arasında daha sıx və 
iqtisadi baxımdan daha əhəmiyyətli əməkdaşlığa şərait yaratmışdır. (Musayev, Mirzəyev, 2004). “Avropa-
Qafqaz-Asiya Nəqliyyat Dəhlizi” proqramı 7-8 sentyabr 1998-ci il tarixlərində Bakı şəhərində 9 ölkənin dövlət 
başçısı – Azərbaycan, Bolqarıstan, Gürcüstan, Qırğızıstan, Moldova, Rumıniya, Türkiyə, Özbəkistan, 
Ukrayna, 13 beynəlxalq təşkilat və 32 dövlətdən nümayəndə heyətinin iştirak etdiyi Tarixi İpək Yolunun 
bərpasına həsr olunmuş beynəlxalq konfrans keçirilmiş və “Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi”
Proqramı əsasında “Avropa – Qafqaz – Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında Əsas 
Çoxtərəfli Saziş” imzalanmış, Bakı Bəyannaməsi qəbul edilmişdir (Əliyev, 2003: s. 7-17). TRASEKA 
Hökumətlərarası Komissiyasının Daimi Katibliyi 2001-ci ildə Bakı şəhərində açılmışdır (Əliyev, 2003: s. 56). 
“Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi” Proqramının inkişafında mühüm hadisələrdən biri də 
2008-ci ilin 4 dekabr tarixində Bakı şəhərində keçirilmiş TRASEKA Nəqliyyat nazirlərinin yubiley Konfransı 
olmuşdur (8). Avrasiya materikinin yeni nəqliyyat xəritəsini yaradan Azərbaycanın təşəbbüsü və fəal iştirakı 
ilə reallaşan strateji əhəmiyyətli layihələr regional və beynəlxalq əməkdaşlığın dərinləşməsini, “Avropa-
Qafqaz-Asiya Nəqliyyat Dəhlizi” proqramının yeni əməkdaşlıq platformalarının formalaşmasını şərtləndirir. 
(Azərbaycan tarixi, 2003: s. 472-481). 
TRASEKA ilə bağlı ölkəmizdə həyata keçirilən əsas layihələrdən biri də “Azərbaycan 
Respublikasında logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsi”nin 2016-cı ildə Prezident İlham 
Əliyev tərəfindən təsdiq edilməsi olmuşdur. Strateji yol xəritəsində TRASEKA ilə bağlı bir sıra məqamlar öz 
əksini tapmışdır. Şərq-Qərb marşrutu Azərbaycan Respublikasında Logistika və Ticarətin İnkişafına dair 
Strateji Yol Xəritəsində çox mühüm yer tutur. Yəni Azərbaycan tarixi İpək Yolu layihəsi çərçivəsində 2013-
cü ildə Çinin elan etdiyi “Bir kəmər, bir yol” İqtisadi İnkişaf Strategiyası çərçivəsində İpək Yolu İqtisadi 
Kəməri və TRASEKA-nın mühüm tərkib hissəsidir. Əslində , TRASEKA-nın Daimi Katibliyi Bakıda yerləşir. 
2015-ci ildə Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında İpək Yolu 
İqtisadi Kəmərinin yaradılmasına birgə dəstək göstərmək məqsədilə Anlaşma Memorandumu imzalanıb. Orta 
Dəhliz çərçivəsində həyata keçirilən əməkdaşlıq çərçivəsində Türk Şurasına üzv ölkələrin nəqliyyat nazirləri 



Yüklə 7,53 Kb.

Dostları ilə paylaş:
1   ...   190   191   192   193   194   195   196   197   ...   357




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin