Key words: TRACECA, Caucasus, Baku, declaration, conference, transport, transit, logistic,
financial, investor, corridor, economic, political
Avropa İttifaqı bütün ənənəvi marşrutlara əlavə kimi TRASEKA proqramını təklif edir. Proqramın
tərkibi isə olduqca geniş və əhatəlidir. Qloballaşma nəticəsində dövlətlər bir-birindən daha çox asılı vəziyyətə
düşmüş və sərhədlərin təsiri azalmış, nəqliyyat sektoru və yük daşımaları hər zamankindən daha əhəmiyyətli
olmuşdur. Bu baxımdan xüsusilə inkişaf etmiş ölkələrin daxil olduğu Avropa İttifaqı (Aİ) yarandığı gündən
nəqliyyat siyasətinə önəm verir və böyük vəsait ayırır, həm öz daxilində, həm də namizəd və potensial namizəd
ölkələrdə bu siyasəti dəstəkləyir. 1991-ci ildə Sovet İttifaqı dağılandan sonra Avropa İttifaqı sovet
bütövlüyündən ayrılaraq müstəqillik əldə etmiş dövlətlərlə sıx əlaqə yaratmaq üçün çoxlu cəhdlər etdi. Böyük
İpək Yolu layihəsini və bu layihənin mühüm sütunu olan Avropa-Avrasiya-Asiya (TRASEKA) nəqliyyat
dəhlizini misal göstərmək olar. Bu layihənin həm Türkiyə, həm də Cənubi Qafqaz regionu üçün mühüm hissəsi
Bakı-Tbilisi-Qars dəmir yolu (BTQ) layihəsidir. Avropa Birliyinin sözügedən siyasətləri çərçivəsində
yaradılan bu layihə Türkiyə və digər ölkələrin xarici siyasətlərinə də təsir edir. Bu baxımdan BTQ dəmir
yolunun mümkün funksiyalarının araşdırılması çox vacibdir. Bu baxımdan Türkiyə-Gürcüstan-Azərbaycan
üçlüyünün reallaşdırdığı layihə özündə ehtiva etdiyi imkanlar və əldə edə biləcəyi nəticələr baxımından dəmir
yolundan daha çox layihədir. BTQ dəmir yolunun həm Türkiyə, həm də Cənubi Qafqaz regionu üçün müxtəlif
sektorlarda inkişafı təmin edəcəyi üçün onun iqtisadi həyata mühüm töhfə verəcəyi düşünülür. Bu, həmçinin
Xəzər dənizi ətrafında sabit enerji təchizatının, eləcə də sərnişin və yük daşımalarının təmin edilməsinə kömək
edəcək. Enerji təchizatının mövcudluğu, onun təhlükəsizliyi və sabitliyi inkişaf etmiş ölkələr üçün həyati
əhəmiyyət kəsb edir. Qafqaz regionunda enerji ehtiyatları qərb dövlətləri üçün yaxşı alternativdir. Bu
araşdırmanın məqsədi Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin Türkiyə və regiona mümkün təsirlərini
araşdırmaq və uzunmüddətli perspektivdə görülə biləcək mümkün siyasi və iqtisadi təsirləri müzakirə
etməkdir.
TRASEKA Qara dəniz, Qafqaz və Mərkəzi Asiyada beynəlxalq nəqliyyatın təkmilləşdirilməsinə və
siyasi-iqtisadi əlaqələrin, ticarət və nəqliyyat əlaqələrinin yaxşılaşdırılmasına yönəlmiş hökumətlərarası
proqramdır. Proqramın əsası 1993-cü ildə Avropa Komissiyasının, Ermənistan, Azərbaycan, Gürcüstan,