Təzyiqli şirin sular.
Şamaxı, İsmayıllı, Ağsu və digər sahələrdə şirin sular ayrı – ayrı bulaqlar şəklində
yayılmışlar. Kəşfiyyat quyuları vasitəsi ilə də təzyiqli şirin sularda aşkar edilmişdir. Suların debiti 0,1 – 0,2 l/s
və 0,3 – 0,8 l/s – dir. Üst Təbaşirin
çöküntüləri ilə əlaqədar olub, temperaturu 10 – 15
℃
- dir.
İlxıdağ lay dəstəsi – Dat mərtəbəsinə aiddir. Sululuq dərəcəsinə görə Dat mərtəbəsinin çöküntüləri iki yerə
ayrılır:
Susuz və ya çox zəif sululuğa malik çöküntülər kompleksi.Temperatur 12 - 15
℃
, debit 0,1 l/san,
minerallaşma dərəcəsi 0,3 – 0,5 q/l – dir. Kimyəvi tərkibi hidrokarbonatlı, kalsiumlu,
maqneziumlu tipinə
daxildir. Zəif sululuğa malik əhəngdaşları və əhəngli qumdaşları ilə əlaqədar olan bulaqların inkişaf etdiyi
ərazilər. Bulaqların debiti 0,01 - 1,1 l/san arasındadır.Temperatur 12 - 15
℃
, minerallaşma dərəcəsi 0,3 – 0,5
q/l – dir. Kimyəvi tərkibinə görə hidrokarbonatlı – kalsiumlu tipinə aiddir.
İstifadə olunan ədəbiyyatlar
1.Геология
Азербайджана, том I, Стратиграфия, Баку, « Нафта -Пресс», 2007.
2. Геология Азербайджана, том II, Литология, Баку, « Нафта -Пресс», 2007.
3 Геология Азербайджана, том IV, Тектоника Баку, « Нафта -Пресс», 2007.
4.М.А. Кашкай Минеральные источники Азербайджана, Изд.АН Азерб.ССР, 1952.
5.А.Г. Аскеров Минеральные источники Азербайджана, Тр. Азерб.ун-та, Баку, 1949.
6.F.Ş.Əliyev. Azərbaycan Respublikasının yeraltı suları, ehtiyatlarından istifadə və geoloji problemləri. – Bakı: Gasıoğlu. 2000
View
publication stats