Multidisciplinary Studies of the Turkish World ", dedicated to the 125
th
anniversary of
Amin Abid Gultekin The 25 th of March ISBN: Eskishehir / Türkiye ---266---
1982-ci ildə Mustafayev T.R., Sadıxova A.E. Tərəfindən İsmayıllı rayonunda aparılmış geoloji,
hidrogeoloji axtarış işlərinin nəticələrinə dair hesabat tərtib edilmişdir. Bu hesabatda şirin su bulaqları, Ağsu
və Pirsaat çayları vadilərində mövcud olan qrunt su linzalarına dair məlumatlar verilir.
1984-1986-cı illərdə Şamaxı-İsmayıllı ərazisi hüdudlar aparılmış geoloji-hidrogeoloji tədqiqat işlərinin
nəticələrinə dair geoloji hesabat Məmmədov F.Ş., Xəlilov R.S. tərəfindən tərtib edilmişdir. Geoloji hesabatda
Böyük Qafqazın cənub-şərq batımının şirin yeraltı su pespektivli sahələri bu və ya digər dərəcədə
qiymətləndirilmişdir. Bu ərazi Böyük Qafqazın cənubi – şərqinin alçaq – dağlıq zonasının tərkib hissəsinə
daxildir. Ərazidə yer səthinin mütləq yüksəkliyi 570 – 1017 m arasında dəyişir. Şimali qərbində yer səthinin
mütləq yüksəkliyi 600 – 836 m arasında dəyişir. Burada Şirvanzadə kəndindən şimalda Artunbağyeri dağı
yerləşir. Onun zirvəsinin mütləq yüksəkliyi 836 m – dir. Bu dağdan qərbdə yerləşən adsız yüksəkliklərin ən
böyük mütləq yüksəkliyi 793.6 m – dir. Şimala döğru Muğanlı kəndindən şərqdə yer səthinin mütləq yüksəkliyi
839.7 m –dir. Bu ərazilərdə cənub istiqamətində yer səthinin mütləq yüksəkliyi tədricən azalaraq 613 – 665 m
arasında dəyişir. Ərazidə yer səthinin mailliyi relyefdən asılı olaraq müxtəlif istiqamətlidir. Bu ərazidə
Mirikəndin cənubunda yerləşən Qumluq dağının zirvəsinin mütləq yüksəkliyi 766 m – dir. Qumluqdan qərbdə
yerləşən adsız yüksəkliklərdə mütləq yüksəkliklərin qiymətləri 685 – 766 m arsında dəyişir.
Şirvanzadə kəndindən cənubda Cübahir və Mercikçala dərələri yerləşir. Ümumiyyətlə, bu ərazilərdə
köhnə və nisbətən fəaliyyətdə olan sürüşmə sahələrinin amfiteatrları relyefdə aydın seçilir. Yer səthinin
mailliyi cənub – qərb və şimal – şərq istiqamətlidir. Bu ərazilərdə yer səthinin mütləq yüksəkliyi 702,0 – 760,0
– dan , 630,0 - 650,0 m arasında dəyişir. Yamacların mailliyi 30 – 35 dərəcədən 10 – 20 dərəcə arasında dəyişir.
Cənub – qərb istiqamətində maillikdə azalma müşahidə olunur. Cənub – şərq istiqamətində, Mədrəsə kəndinə
qədər yer səthinin mütləq yüksəkliyi 788,8 m - ə çatır. Bu ərazilərdə yer səthinin mütləq yüksəkliyi 702,1 –
778,8 m arasında dəyişir. Şirvanzadə - Məlcik, Mədrəsə kəndləri arasında xırda çayların dərələri relyefdə
seçilir. Çay dərələri boyunca müxtəlif ölçülü aşınma, sürüşmə sahələri relyefı mürəkkəbləşdirirlər. Belə
sahələr Meysəri, Şirvanzadə, Muğanlı, Mirkənd sahələrində daha geniş yayılmışdır. Meysəri kəndindən şərq
istiqamətində Böyük – Hanıslıdan şimalda yer səthinin relyefındə Qızqalası dağı yerləşir. Onun zirvəsinin
mütləq yüksəkliyi 1017,0 m – dir. Vərəqin şimal kənarı boyunca bir sıra adsız yüksəkliklər var. Onların mütləq
yüksəklikləri 991,0 – 1038,2 m arasındadır. Yüksəkliklərin yamacları dikdir.
Şamaxı-İsmayıllı rayonun hidrogeoloji şəraiti geoloji – geomorfoloji və tektonik şəraitə uyğun olaraq
mürəkkəbliyi ilə xarakterizə olunur. Şamaxı rayonu ərazisi və Ağsu aşırımı aparılan tədqiqat ərazisinin daxil
olduğu Şamaxı – İsmayıllı rayonu hidrogeoloji baxımdan uzun illərdir ki, tədqiqatçıların diqqətində olmuşdur.
Hətta geoloji – hidrogeoloji məqsəd daşımayan tədqiqat işlərinin tərkibində də bu ərazidəki mineral və
müalicəvi bulaqlar haqqında məlumatlar vardır və bu məlumatlardan hidrogeoloji axtarış və kəşfiyyat işlərinin
təşkilində istifadə olunur.
Geoloji nöqteyi nəzərdən regionun kəsilişində Üst Təbaşirin paleogenin dəniz mənşəli terrigen və
karbonatlı fasiyaları, qismən isə neogen yaşlı dəniz mənşəli karbonatlı–terrigen çöküntülər və kontinental
mənşəli alüvial çöküntülərin tərkibində ana süxurların parçalanmasından əmələ gəlmiş karbonatlı süxurlar da
geniş yayılmışdır. Hidrogeoloji baxımdan nəzərdən keçirilən ərazidə yeraltı suların qarışığı şəklində olaraq
təzyiqli suların üstünlüyü ilə səciyyələnir. Ümumi şəkildə Şamaxı – İsmayıllı zonası qrunt sularının zəif inkişaf
etdiyi zonalara aid edilir. Qrunt suları əsasən ərazidə inkişaf tapmış hidroqrafik şəbəkə ilə sıx əlaqədar olaraq
çayların poymalarında və poyma üstü terraslarda inkişaf etmişlər. Ərazinin şimal –şərq hissəsinin kənarında
hidrogeoloji məqsədlə qazılmış quyular vasitəsilə zəif debitli şirin artezian sularına təsadüf edilir.
Ərazinin relyefi, geoloji quruluşu və hidroqrafik şəbəkəsi yeraltı suların yatma dərinliyinə , kimyəvi
tərkibinin formalaşmasına böyük təsir edir. Şamaxı-İsmayıllı əyalətinin hidrogeoloji şəraiti ərazinin mürəkkəb
tektonik quruluşu, süxurların üst təbəqəli laylar şəklində yatması, relyefi yarğan–dərə və hidroqrafik şəbəkə
ilə kəskin şəkildə formalaşması, süxurların şiddətli dərəcədə aşınması və çatlılıq dərəcəsi ilə müəyyən olunur.
Geoloji – litoloji, tektonik, geomorfoloji və iqlim amilləri kollektor xassəli təbaşir, paleogen – neogen və
dördüncü dövr çöküntülər kompleksindən yeraltı suların formalaşması üçün əlverişli şərait yaradırlar. Lakin
iri əlverişli su axınlarının üstünlük təşkil etməsi yuxarıda qeyd edilən kollektor xassəli komplekslərdə yeraltı
suların toplanmasına imkan vermir.