Multidisciplinary Studies of the Turkish World
", dedicated to the 125
th
anniversary of
Amin Abid Gultekin
The 25
th
of March ISBN: Eskishehir / Türkiye
---268---
əhəndaşı və qumdaşlarının aşınmış materialları ilə iştirak edirlər. Elüvial – delüvial çöküntülərin qrunt
sularının əsas qidalanma mənbəyi olan atmosfer çöküntüləridir. Qrunt sularının minerallaşma dərəcəsi 0,4 –
0,9 q/l, kimyəvi tərkibi hidrokarbonatlıdır.
Bəzi yerlərdə qrunt suları altda yatan təzyiqli lay suları ilə qidalanır. Belə yerlərdə qrunt sularının
minerallaşma dərəcəsi 1,2 – 1,3 q/l - ə qədər artır. Qrunt sularının kimyəvi tərkibi sulfatlı, sulfatlı xloridli və
xloridli sulfatlıdır.
Bu çöküntülərdə yatan qrunt suları bulaqlar şəklində yer səthinə çıxırlar. Belə bulaqlara ərazinin qərb və
şimal – qərbində Muğanlı, Şirvanzadə, Meysəri kəndlərinin ətraf sahələrində rast gəlinir. Bu bulaqların
əksəriyyəti mövsümi xarakterlidir və yay aylarında çoxusu quruyur.
Tədqiqat sahəsində delüvial – prolüvial çöküntülər yüksək yamacların ətək hissələrində nazik zolaq
şəklində yayılmışdır. Bu çöküntülərin litoloji kəsilişi gilcə, qumca laylarından ibarət olub, qalınlığı 1,0 – 5,0
m – dən 5,0 – 10,0 m arasında dəyişə bilir. Bu çöküntülərdən çıxan tək – tək bulaqların sərfi 0,1 – 0,2 q/l – dir.
Minerallaşma dərəcəsi 0,7 – 3,5 q/l, kimyəvi tərkibləri hidrokarbonatlı – sulfatlıdır.
Təzyiqli mineral sular.
Ərazidə geniş yayılmış sular mineral sulardır. 400,0 – 500,0m dərinlikdə
yerləşən əhəngdaşları və qumdaşları ilə əlaqədar sulardır.Tektonik qüvvələr nəticəsində bu süxurlar yüksək
dərəcədə çatlılığa məruz qalmışlar.Üst Təbaşir çöküntülərində formalaşmış mineral sulardır. Ərazidə 3/63,1/64
və 4/64 saylı quyular vasitəsilə mineral su aşkar olunmuşdur. Bu sular minerallaşma dərəcəsinə və kimyəvi
tərkibinə görə fərqlidirlər.
Quyu N-3/63 Qaleybuğurd kəndi yaxınlığında qazılmışdır. 431- 448 m arasında mineral suya rast gəlinir.
Litoloji cəhətdən əhəngli qumdaşlarından ibarətdir. Suyun temperaturu 13
℃
, qərarlaşmış səviyyənin yatma
dərinliyi 8,0 m – dir.Suçəkmədə quyunun xüsusi debiti 4,5
𝑚
3
/gün, debiti 54,4
𝑚
3
/gün – dür.Kimyəvi
tərkibinə ammonium (0,0035 q/l), dəmir (0,0001q/l), brom (0,0216 q/l), yod (0,0304 q /l),metabor turşusu
(0,176 q/l), flor (0,001 q /l) aiddir.
Quyu N- 1/64-də mineral su 20 m dərinlikdə fəvvarə ilə yer səthinə çıxmışdır. Fəvvarənin hündürlüyü
3,2 m – dir. Temperatur 16
℃
, sərfi 66,5 m/gün – dür. Litoloji tərkibinə çaqıl – çınqıllar və qayma daşları
aiddir.Kimyəvi tərkibi kükürdlü, hidrokarbonatlı, natriumlu tipinə daxildir.
Quyu N-4/64-də sulu hüdudlar 954–1300 m arasındadır. Sulu kompleks argillitlərdən, qumdaşlarından,
mergellərdən və əhəngli komplekslərdən ibarətdir. Kompleksin qalınlığı 366 m, temperatur 22
℃
, qərarlaşmış
səviyyənin yatma dərinliyi 110 m – dir. Kimyəvi tərkibi xloridli – hidrokarbonatlı, natriumlu tipinə aiddir.
Dostları ilə paylaş: |