Conference Paper · March 023 citations reads 163 authors


The XXXVI International Scientific Symposium "Multidisciplinary Studies of the Turkish World"



Yüklə 7,53 Kb.
Pdf görüntüsü
səhifə201/357
tarix07.01.2024
ölçüsü7,53 Kb.
#211063
1   ...   197   198   199   200   201   202   203   204   ...   357
Eskisehir-25.03.23

The XXXVI International Scientific Symposium "Multidisciplinary Studies of the Turkish World" 
The 25
th
 of March 2023 ISBN: 978-605-72481-0-7 Eskishehir / Türkiye 
 
---154--- 
işlə məşğul idilər. Hadisələrin sonrakı gedişində Əhməd bəy Ağayev 1906-cı il avqustun əvvəllərində son qırğın 
zamanı Şuşaya gələrək nüfuzlu və fəxri türk-müsəlman nümayəndələrinin iclasını keçirir. Ağayev, doktor 
Mehmandarov və b. çıxışlarında general Qoloşapov erməni xumbaları ilə birləşərək imkanlı müsəlmanların 
evlərini, saray və məscidlərini dağıtdıqları, minlərlə müsəlmanları aclığa düçar etdikləri qeyd edildi. Həmin 
yığıncaqda canişindən general Qoloşapovun geri çağırılmasının xahiş edilməsi və müraciətnamənin buraxılması 
haqqında qərar qəbul edildi. Həqiqətən də Qoloşapovun Şuşadan uzaqlaşdırılmasına nail olundu. (Molla Nəsrəddin, 
1996: I c., s.138) 
Təbii ki Qoloşapovun xidmətləri sadəcə vəzifədən azad olunmaqla layiqli qiymətini almayacaqdı. 
Onun əməllərinə ən layiqli qiyməti “Difai” partiyası verdi. Şuşada azərbaycanlı əhalinin vəhşicəsinə qırılması və 
qovulmasında hərbi yardım göstərən general Qoloşapov 1906-cı il noyabrın 8-də Tiflisdə partiyanın tapşırığı ilə 
Hüsü Əli tərəfindən öldürüldü. Beləliklə, Molla Nəsrəddin jurnalında 
“ay sərdar, başına dolanım, axır mənə 
mühəvvəl olunan hökmlərin dörddən birini əmələ gətirməmişəm, belə iş olar ki, məni inkidi vaxtda çağırırsan?”
(Molla Nəsrəddin.10 cilddə. I c. s.138) deyən
 
Qoloşapov xidmətinin qarşılığını aldı. 
 
"Molla Nəsrəddin" ədəbi məktəbinin banisi və ideya rəhbəri Cəlil Məmmədquluzadənin fikrincə erməni-
müsəlman ədavəti olub keçəcək və bir daha təkrarlanmayacaq. Bu məqama diqqəti yönəldərək o, xatirələrində belə 
yazırdı: 
“Erməni-müsəlman ədavəti, bu iki qonşunun tarixində qara səhifələrdir və qanlı bir yadigardır. Və 
keçmişdə hər nə olubsa keçib gedibdir, ən səmimi qəlb ilə və etiqadi-tam ilə deyirəm ki, daha o qara günlər bizim 
məmləkətdə həmişəlik bir qəmli yadigar olar və ancaq yadigar olacaqdır. Və o bədbəxtliyi yaradan, ona ruh verən 
hökumət əbədi puç olan kimi, bu iki qonşunun və iki qardaşın dəliliyi də həmişə puç olub gedibdir” 
(Füyuzat, 1906-
1907). Lakin Cəlil Məmmədquluzadənin qeyd etdiyi kimi hər nə olubsa keçib getmədi və sonrakı illərdə dəfələrlə 
ermənilər tərəfindən daha qanlı və amansız formada təkrarlandı. Ümumiyyətlə, erməni və müsəlmanlar arasında 
münasibətlərin dinc yolla tənzimlənməsi üçün hər cür səylər edildi. Hətta bu barədə “Molla Nəsrəddin” jurnalında 
belə maraqlı məlumat da yer almışdı: “
Qafqazda erməni-müsəlman sülhünə Əsgəran ermənisi və ağdam müsəlmanı 
çox səy edirlər. Ağdamda “Qoç-Dəvət” qəzetinə göndərilən məktub bunu xüsusi isbat edir. Əgər aramızda bir neçə 
nəfər bu qisim xeyrixahi-sülh adamlar olursa, aramızda tez ədavət götürülər” 
Lakin bunlar məsələnin həlli üçün 
yetərli olmurdu. Bu səbəbdən də təngə gələn molla nəsrəddinçilər satirik formada yeganə çıxış yolu kimi belə bir 
təklif edirdilər: 
“İndi bəs nə eyləmək?... Bu barədə yoldaşlarımıznan mox fikirləşdik... hər birimizin rəyi bir cürdü...
Bu da Qızdırmalının rəyi... Rusiyanın özgə millətləri ilə işim yoxdu. Mən Qafqaz sözü danışıram: mən belə məsləhət 
görürəm ki, Qafqazda nə qədər ki, erməni var, tökülüb bir günün içində müsəlmanların hamısını qırsın; sonra da 
müsəlmanlar tökülüb erməniləri qırsınlar. Məhz bu cür dumanın acığını çıxartmaq mümkündür. Yoxsa özgə bir 
çarəsi yoxdur.”
Bu cür təklifin səbəbi əslində tərəflər arasında dinc münasibətlərin heç cür təmin edilməməsi idi. 
Buna diqqəti yönəldən “Molla Nəsrəddin” jurnalı səhifələrində əbəs yerə belə qeyd edilmirdi: “
Tiflisdə bir qəzet 
var, adı “Qolos Kavkaza”dır; özü padşah tərəfdarıdır. Tiflisdə müsəlmanlardan min dörd yüz müştərisi var, özgə 
yerlərdən nə qədərdir bilmirəm. Qərəz... Dünən bu qəzetin mühərrirlərindən birisi küçədə mənə rast gəlib soruşdu: 
- Ay Molla Nəsrəddin, deyirlər Bakıda ermənilər və müsəlmanlar bir-birini qırıb qurtardılar. Xəbərin var? Dedim: 
- Xeyr, xəbərim yoxdur. Amma güman edirəm ki, bu xəbərin əsli yoxdur. Gördüm ki, rəfiqim başını saldı aşağa. 
Dedim: - Bəradər, heç ürəyin sıxma, iki ay bundan irəli Frəngistan darülfünününün mərizxanasında bir Qafqaz 
ermənisi ilə bir Qafqaz müsəlmanının başlarını yarıb beyinlərini misqal-tərəzidə çəkirmişlər. Bu heyndə görürlər 
ki, tərəzidə heç bir şey yox. Məlum olur ki, beyinlər ağırlıqlarından havaya uçublar. Mühərrir rəfiqim sözümü tez 
başa düşdü və sevincək əlimi sıxıb “spasibo” – dedi və uzaqlaşdı”
(Molla Nəsrəddin. Ic.s.3).

Yaxud da Naxçıvan 
vilayətində tərəflər – erməni və müsəlmanlar arasında əsas narazılıqlar qismən də olsa dindiriləndə belə insan 
oğurluğu formasında aradakı problem davam edirdi. Məsələn bir xəbərdə “
iki nəfər Şahbuz kəndinin əhlini Ərinc 
erməniləri oğurladılar...oğurlanan adam dəxi tapılmır” 
deyə qeyd olunurdu
.
Problemin həllinin müşkülə 
çevrilməsi dönə-dönə məhz çar Rusiyasının fəaliyyəti ilə əlaqələndirilir. Hətta bir məqamda təqdim edilən 
karikaturanın ltında belə bir maraqlı yazıya təsadüf edirik: “
Bir gün var idi, bir gün yox idi, ünyada allahdan başqa 
heç kəs yox idi, amma bir axmaq erməni ilə bir axmaq müsəlman var idi və bunlardan savayı bir şeytan da var idi” 
XX əsrin böyük şəxsiyyətlərindən olan Məhəmməd Əmin Rəsulzadə “Yoldaş” qəzetində erməni-müsəlman 
davasının əsas səbəbkarının kim olmasına diqqət yetirirdi. Bu məqama toxunan “Molla Nəsrəddin” satirik formada 
bu məqaləyə münasibət bildirmişdi: “
Cəmi oxucularımızdan təvəqqe edirik ki, Bakıda təzə çıxan “Yoldaş” adlı 
qəzetin ikincisini bir adamdan yalvarıb alıb oxusunlar, qaytarsınlar sahibinə. Və görsünlər qəzetin əvvəlinci 
səhifəsində cənab Rəsulzadə nə yazır. Yazır ki, dəxi indi erməni və müsəlmanlar öz və düşmənlərini tanıyıblar, öz 
mənfəətlərini və zərərlərini dəxi qanıblar və bundan sonra onları aldadıb alət etmək qeyri-mümkündür” 
(Molla 
Nəsrəddin, 1996: Ic., s.8-9).
 
M.Ə.Rəsulzadənin məqaləsinə şərh verən “Molla Nəsrəddin” jurnalında belə bir qəti 
ironik mövqe ortaya qoyulur: “
Kimdir müsəlmanın düşməni? Bunu uşaq da bilir ki, müsəlmanın düşməni ermənidir. 
Bunu ermənilər də bilir, bunu müsəlmanlar da bilir, bunu erməni və müsəlman qabaqca da bilirdi, bunu erməni və 
müsəlman indi də bilir... Sözün doğrusu budur ki, erməni də öz xeyrini qanır, müsəlman da öz xeyrini qanır. Allah 
erməni və müsəlman davasına bərəkət versin.” 
“Molla Nəsrəddin” jurnalında problemə bu cür münasibət əslində 



Yüklə 7,53 Kb.

Dostları ilə paylaş:
1   ...   197   198   199   200   201   202   203   204   ...   357




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin