Amerika prezidentləri
Paktı imzalayan dövlətlər müharibədən milli siyasət vasitəsi
kimi imtina edirdilər. Bu isə öz növbəsində beynəlxalq
münasibətlərdəki gərginliyi müvəqqəti də olsa zəifl ədirdi.
1928-ci ildə Kulic administrasiyası Çan Kayşinin
rəhbərlik etdiyi Çin milli hökumətini rəsmən tanıdı. La-
kin Kulic və dövlət departamenti, iki ölkə arasında iqtisadi
əməkdaşlığın yüksələn xətt üzrə inkişaf etməsinə baxmaya-
raq, SSRİ-ni tanımaq istəmirdilər.
1927-ci ildə Kulic gözlənilmədən növbəti il keçiriləcək
prezident seçkilərində iştirak etməyəcəyini bəyan etdi. Bu
qərara əsas kimi ailə və şəxsi problemlərini göstərən pre-
zident, ticarət naziri Huverə Ağ Evə gedən yolda yaşıl işıq
yandırmış oldu.
Ağ Evi tərk edən eks-prezident yenidən Northemptona
qayıdır. Bundan sonra o, avtobioqrafi yasını və bəzi qəzetlər
üçün məqalələr yazmaqla məşğul olur. Kulic 5 yanvar
1933-cü ildə 60 yaşında infarktdan vəfat etmişdir.
172
Amerika prezidentləri
HERBERT KLARK HUVER
(HERBERT HOOVER)
(1929-1933)
ABŞ-ın 31-ci prezidenti Herbert K.Huver bəzi
xüsusiyyətlərinə görə bütün sələfl ərindən fərqlənir. Hər
şeydən əvvəl o, Missisipi çayından qərbdə doğulmuş ilk
prezident idi. Digər tərəfdən Ağ Evədək maraqlı və qey-
ri-adi həyat yolu keçən Huver heç bir seçkili orqan, və ya
vəzifədə təmsil olunmamışdı.
173
Amerika prezidentləri
Huver 10 avqust 1874-cü ildə Ayova ştatının Uest Branç
şəhərində dünyaya gəlib. Dini təqiblərdən yaxa qurtarmaq
istəyilə İsveçrədən qaçmağa məcbur olan əcdadları 1738-
ci ildən Pensilvaniyada məskunlaşmışdılar. Gələcək prezi-
dentin atası Cessi Huver dəmirçixana və kənd təsərrüfatı
alətlərinin satışı və təmiri ilə məşğul olan kontorun sahibi
idi. Altı yaşında atasını, səkkiz yaşında isə anasını itirən
balaca Herbert iki il Uest Brançdakı, əmisinə məxsus, fer-
mada yaşayır, sonra Oreqona köçür. Burada o, dayısı Henri
Con Mentornun himayəsi altında yaşamalı idi. Həkim və
Oreqonda torpaq sahibi olan dayısı ona öz övladı kimi qay-
ğı göstərir. Huver ilk yeniyetməlik çağlarından dayısına
məxsus kontorda işləməklə yanaşı, yerli biznes məktəbinin
axşam şöbəsində təhsil alaraq, riyaziyyatı öyrənir.
1891-ci ildə 17 yaşlı Huver yeni yaradılmış Stenford
Universitetinə daxil olur. Özündə dil öyrənməyə və digər
fənlərə bacarıq görməyərək, geologiya və mədən mühən-
disliyi üzrə ixtisaslaşır. Təhsil aldığı ilk illərdə, qəzet sat-
mış, xırda kontorçu işləmiş, hətta camaşırxanada fəhləlik
etmişdir. İşgüzar, bacarıqlı gənc olan Huver tezliklə Ameri-
kanın məşhur geoloqlarından biri, professor Brennerin kati-
bi olur. Məhz Brennerin məsləhətilə o, Arkanzas geologiya
idarəsi ilə əməkdaşlıq etmişdi.
Universitetdə təhsilini bitirən Huver əvvəl mədəndə
fəhlə, sonra isə qazma qurğusu maşinistinin köməkçisi kimi
təcrübə toplayır. Xoş təsadüf nəticəsində dağ-mədən işləri
üzrə tanınmış mütəxəssis Luis Caninlə tanış olur və onun
yanında işləməyə başlayır. Bu tanışlıqdan iki il sonra Avs-
traliyada, böyük mədənçıxarma kompaniyalarından birində,
yüksək məvacibli iş yerinə yiyələnir. On min dollarlıq illik
gəlirinin bir hissəsini kompaniyaya məxsus perspektivli qızıl
mədəninə yatıraraq onun payçısı olur. 1899-cu ildə Pekində
illik 20 min dollar məvacibi verən və əlavə xidməti xərcləri
də ödəyən fi rma ilə əlverişli müqavilə bağlayır.
174
Amerika prezidentləri
Elə həmin il 25 yaşlı Huver vaxtilə Stenford Uni ver-
sitetində bir yerdə oxuduğu Montereyli (Kaliforniya şt.) ban-
kir qızı Lu Henri ilə ailə qurur. Xanım Huver ölkənin birinci
xanımı olaraq, qadın hüquqlarının dönməz müdafi əçisi kimi
çıxış etmiş, qadın idmanının inkişafına dəstək vermişdir.
İki il sonra, 1901-ci ildə Huver Londondakı böyük
«Byuik Morinq ənd K» fi rmasının şəriki olur. Birinci Dün-
ya Müharibəsi ərəfəsində 40 yaşlı Huver artıq multimilli-
oner idi. Huverlərin Kensinqton Qardenzdəki dəbdəbəli
evlərində tez-tez təşkil olunan ziyafətlərdə ölkənin tanın-
mış siyasətçiləri, maliyyəçi və digər məşhurları iştirak edir-
di. Maddi cəhətdən heç bir problemi olmayan Huver özünü
bütünlüklə dövlət xidmətinə həsr etməyə qərar verir. 1921-
ci ildə dünyanın böyük mədənçıxarma və metallurgiya
konsernin sahibləri Hugenhaym qardaşlarının şirkətə şərik
olması barədə ona etdikləri təklifdən imtina edir. İllik gəliri
yarım milyon dollar olan sərfəli təklifi rədd edərək əvəzində
prezident Hardinqin qurduğu kabinetdə illik məvacibi 15
min dollar olan ticarət naziri vəzifəsinə razılaşması, onun
böyük siyasi ambisiyalarından xəbər verirdi. Belçikaya
yardım komissiyasına sədr təyin olunması, sonralar isə
Amerika ərzaq administrasiyasına rəhbərlik etməsi Huve-
ri ölkə miqyasında tanıtdı. Müharibədən sonra bəzi Avropa
dövlətlərinə yardım etməklə məşğul olan müxtəlif təşkilat
və agentliklərin fəaliyyətinə rəhbərlik edərək, 1919-cu il
Paris Sülh Konfransında iştirak edəcək ABŞ nümayəndə
heyətinə daxil edildi. Əvvəl Hardinq, sonra isə Kulicin
prezidentliyi dövründə ticarət naziri vəzifəsində çalışaraq
zəngin inzibatçılıq təcrübəsi topladı.
Prezident Kulic növbəti seçkilərdə iştirak etməyəcəyini
bəyan etdikdə respublikaçılar bu posta daha şanslı hesab
etdikləri Huverin namizədliyini irəli sürdülər. Demokrat
partiyasının namizədi isə Nyu-Yorkun qubernatoru Alf-
red Smit idi. Uğurlu seçkiönü kompaniya keçirən Huver 6
175
Amerika prezidentləri
noyabr 1928-ci ildə baş tutmuş seçkilərdə 58,2% səs top-
layaraq prezident seçildi. İstedadlı təşkilatçı, inzibatçı və
texnokrat olan Huver ölkənin işgüzar elitasından çıxmış ilk
prezident idi. Onun siyasi-iqtisadi konsepsiyasının əsasını
dövlət inzibati orqanlarının yeniləşdirilməsi, hökumətin
və iqtisadiyyat bosslarının qeyri-rəsmi qarşılıqlı fəaliyyəti
ilə ölkə iqtisadiyyatının inkişaf etdirilməsi təşkil edirdi.
Onun qurduğu kabinetdə əsasən sənayeçilər, bankirlər və
digər iş adamları təmsil olunurdular. Təcrübəli respublika-
çı, siyasətçi və diplomat Henri Stimson xarici işlər naziri
təyin edildi.
Huverin daxili siyasi-iqtisadi kursunda başlıca məq səd-
lər: milli parkların genişləndirilməsi və meşə təsər rü fatının
inkişaf etdirilməsi, hinduların həyat şəraitlərinin yaxşılaş-
dırılması, «Quru qanun»un (Spirtli içkilərin istehsal və sa-
tışına qadağa) həyata keçirilməsi, milli xeyriyyəçilik və so-
sial xidmət fəaliyyətlərinin koordinasiyası və s. idi. Təəssüf
ki, bu sahələrin heç birində ciddi uğurlar əldə edilmədi.
1929-cu il oktyabr ayında iqtisadiyyatın bütün bölmə-
lərində iz qoymuş «Böyük böhran» baş verdi. 1932-ci ildə
Amerika sənaye istehsalı 1913-cü il, xarici ticarət dövriyyəsi
isə 1905-ci il səviyyəsinə endi. Böhranın zirvəsi hesab
edilən 1932-33-cü illərin qışında fəhlələrin 25%-i işsiz qal-
dı. Huver hadisələrin əsirinə çevrilərək sosial ehtiyacların
və iqtisadi hərc-mərcliyin miqyasını düzgün dəyərləndirə
bilmədi. O, 1930-cu ilin yazında gömrük rüsumlarını re-
kord yüksək həddə müəyyənləşdirən qanunu təsdiq etməklə
səhvə yol verdi. Bu qanun nəinki ölkə, bütün dünya ticarət
sisteminə ağır zərbə vurdu. Yalnız 1930-cu ilin axırlarında
Huver administrasiyası antiböhran tədbirlərinə başladı.
1932-ci ildə hökumət hər ştata 300 milyon dollar
həcmində maliyyə yardımı etdi. Prezident Konqresin təklif
etdiyi geniş islahatlar paketinə, o cümlədən işsizliyin qar-
şısını almaq üçün dövlət vəsaitinin ayrılmasını nəzərdə tu-
176
Amerika prezidentləri
tan qanuna veto qoydu. Huverin ümummilli fəlakətə laqeyd
münasibəti, xüsusilə 1932-ci ildə müharibə veteranlarının
Vaşinqtondakı nümayişinin hərbi güc tətbiq etməklə dağı-
dılmasını əmr etməsi, onun ictimaiyyət arasında sürətlə nü-
fuzdan düşməsinə səbəb oldu.
Xarici siyasətdə Huver, faktiki olaraq hər iki sələfi nin
tutduğu kursu davam etdirmişdir. O da, öz növbəsində,
Millətlər Liqasında iştirak etməmək, SSRİ-ni tanımamağın
tərəfdarı kimi çıxış edirdi.
1932-ci il prezident seçkiləri ərəfəsində Huverin rey-
tinqi olduqca aşağı idi. Daha şanslı namizədin olmaması
səbəbindən respublikaçılar yenidən onu namizəd göstərdilər.
Demokratların namizədi isə Nyu-Yorkun islahatçı quber-
natoru Franklin D.Ruzvelt idi. Ölkədə baş verən «Böyük
böhran» və onun qarşısını almaq üçün görülən tədbirlərin
qeyri-effektiv xarakter daşıması Huverin seçkilərdə acına-
caqlı məğlubiyyətinə səbəb oldu.
Ağ Evi tərk etdikdən sonra Huver uzun ömür yaşamış-
dır. Nyu-Yorkdakı «Uoldorf Astoriya» mehmanxanasında
yaşayan eks-prezident Ruzveltin «Yeni kurs» siyasətini
kəskin tənqid etmiş, İkinci Dünya Müharibəsində ABŞ-
ın iştirakına qarşı çıxmışdır. Trumen və Eyzenhauerin
prezidentlikləri dövründə, 1946-55-ci illərdə Avropaya
humanitar kömək göstərən təşkilatların koordinatoru kimi
dövlət tapşırığını yerinə yetirmişdir. O, həmçinin ölkənin
Koreya və Vyetnama hərbi müdaxiləsini təqdir etməmişdir.
H.Huver 20 oktyabr 1964-cü ildə 90 yaşında Nyu-
Yorkda dünyasını dəyişmiş və vətəni Uest-Brançda dəfn
edilmişdir. O, 31 il eks-prezident statusunda yaşamaqla
özünəməxsus rekorda imza atmışdır. Onun bu rekordu,
ABŞ-ın 39-cu prezidenti olmuş Cimmi Carter tərəfi ndən
yenilənib.
177
Amerika prezidentləri
FRANKLİN DELANO
RUZVELT
(FRANKLIN D. ROOSEVELT)
(1933-1945)
Franklin D.Ruzvelt XX əsrin ən görkəmli və parlaq si-
yasi xadimlərindən biri hesab edilir. Onun prezidentliyi ölkə
daxilində və bütün dünyada böyük hadisələr, kataklizmlərlə
zəngin dövrə təsadüf edir. 1932-ci ildə Amerika xalqı dövlət
sükanını Ruzveltə etibar edərkən ölkə batan «Titanik»i
xatırladırdı: banklar bağlanmış, konveyrlər dayanmışdı,
fermerlər torpaq becərmir, milyonlarla əhali Xilasetmə
Ordusunun təşkil etdiyi pulsuz yemək payını almaq üçün
alçaldıcı növbələrə dayanırdılar. Ruzveltə nəinki ölkəsini
milli faciə hesab edilən ağır iqtisadi böhrandan çıxarmaq
178
Amerika prezidentləri
nəsib oldu, o, millətin öz gücünə inamını özünə qaytara-
raq Birləşmiş Ştatları super hegemon dövlətə çevirdi. Məhz
onun təşəbbüs və bilavasitə iştirakıyla antihitler koalisiyası
yaradılmış, bəşəriyyət faşist taunundan xilas edilmişdi.
Taleyin qəribə işləri olur. Ömrünün çiçəkləndiyi döv-
ründə hərəkət etmək qabiliyyətini itirən Ruzveltin həyatı
xəstəxana palatası çərçivəsində qala bilərdi. Lakin o özündə
nəhəng iradə və enerji ehtiyatı taparaq acı qisməti ilə barış-
mamış vətənin ağır günündə ölkəsinə rəhbərlik etmişdir.
Ruzveltlər sülaləsindən çoxlu dövlət xadimləri, iş adam-
ları, bankirlər, torpaq sahibləri çıxmışdır. Məhz bu səbəbdən
Ruzveltlər daim ictimaiyyətin diqqət mərkəzində olmuş,
haqlarında şayiələr dolaşmışdır. Hətta 1935-ci ildə Ame-
rika yəhudi icması prezidentin yəhudi olduğunu bildirib.
Bu fakt öz təsdiqini tapmasa da, birmənalı olaraq inkar da
edilməmişdir. Amerika tarixçiləri, həmçinin F.D.Ruzveltin
bioqrafl arı yalnız Yeni Dünyada yaşamış Ruzveltlərin nəsil
şəcərəsini dəqiq müəyyənləşdirə biliblər. İlk olaraq Klaus
Martinson van Ruzvelt 1643-cü ildə Hollandiyadan köçərək
Amerikaya gəlmişdir. O və oğlu Nikolas haqqında bilgilər
yox dərəcəsindədir. Amma Nikolasın Teodor və Franklin
Ruzveltlərin ulu babası olduğu məlumdur. Nikolasın bö-
yük oğlu İoannın nəslindən Teodor, kiçik oğlu İakovun
nəslindən isə Franklin dünyaya gəlib.
Franklin D.Ruzvelt 1882-ci il 30 yanvarda Nyu-Yorkda
anadan olub. Atası Ceyms Ruzvelt şəhərin varlı və nüfuzlu
iş adamlarından idi. Anası Sara Delano əcdadları «Meyfl a-
uer» gəmisində Amerikaya köçən piliqrimlərdən olan aris-
tokrat ailədən çıxmışdı. Ailənin maddi problemləri olmadı-
ğı üçün balaca Franklin yalnız xüsusi müəllimlər yanında
təhsil alır. 14 yaşında ikən valideynləri onu təhsil almaq
üçün Boston yaxınlığında yerləşən Qroton şəhərindəki nü-
fuzlu ictimai məktəbə göndərirlər.
179
Amerika prezidentləri
1900-cü ildə məktəbi uğurla bitirən Franklin dənizçi ol-
mağa qərar versə də, valideynlərinin sərt təpkisi ilə üzləşir.
Onların istəyilə gənc Ruzvelt Harvard Universitetində
təhsilini davam etdirir.
Elə həmin il ailəyə bədbəxtlik üz verir. Franklinin atası
vəfat edir.
1904-cü ilə qədər Harvardda təhsil alan Ruzvelt bu
ərəfədə prezident T.Ruzveltin uzaq qohumu Eleonora
Ruzveltlə tanış olmuş və onlar 1905-ci ildə ailə qurmuşlar.
Onların beş övladı olmuşdur.
1904-1907-ci illərdə Kolumbiya Universitetinin hüquq
fakultəsində oxuduqdan sonra, Ruzvelt Nyu-York Vəkillər
Assosiasiyasına daxil olur. Üç il «Karter, Ledyard və Mil-
bern» vəkillər kontorunda çalışır. Bu nüfuzlu vəkillər
kontoru «Standart oyl», «Ameriken tobako» kimi nüfuzlu
şirkətlərə qulluq edirdi.
F.D.Ruzveltin siyasi karyera etməsinə Teodor Ruzveltin
böyük təsiri olub. Xanımı ilə tez-tez Ağ Evdə ziyafətlərdə
iştirak edən Ruzvelt prezidentdən dəyərli məsləhətlər alır.
Onun siyasi fəaliyyət üçün Demokrat partiyasını seçməsi
atasına olan böyük rəğbətdən irəli gəlirdi. Atası vaxtilə bu
partiyanın alovlu tərəfdarı olmaqla yanaşı demokrat-prezi-
dent Klivlendlə dostluq əlaqələrinə malik idi.
1910-cu il noyabrda Ruzvelt Nyu-York parlamentinə
seçilir. İki il burada fəaliyyət göstərir. Vilson prezi-
dent seçildikdən sonra isə hərbi-dəniz nazirinin müavi-
ni təyin edilir və yeddi il bu vəzifədə çalışır. 1920-ci il
prezident seçkilərində demokrat Ceyms Koksla birgə
vitse-prezidentliyə namizəd göstərilir. Seçkilərdə ağır
məğlubiyyətdən sonra, qısa müddətə siyasətdən kənarlaşır
və Merilend sığorta kompaniyasının Nyu-York şöbəsinə
başçılıq edir. Tezliklə siyasi fəaliyyətini bərpa edəcəyini
güman etsə də, bu niyyəti 1928-ci ilədək yubanır.
180
Amerika prezidentləri
1921-ci ilin yayında inzibati qayğılardan azad olan Ruz-
velt Kampobello sahillərində dincələn ailəsinin yanına gedir.
Bir neçə gün sonra ayaqlarında dəhşətli ağrılar başlayır və
hərarəti 40 dərəcəyə çatır. Həkimlərin ilkin müayinəsi onun
uşaq poliomelitinə mübtəla olduğunu göstərir. Nəticədə hər
iki ayağı ifl ic olan Ruzvelt hərəkət etmək qabiliyyətini iti-
rir. Tam sağalmaq niyyətilə bir müddət böyük siyasətdən
kənar qalaraq, elmi-ictimai fəaliyyət göstərmiş, ABŞ-in
xarici siyasət kursunu təkmilləşdirmək üçün Vudro Vilson
fondunun, Con Hopkins Universiteti nəzdində diplomatlar
hazırlayacaq Uolter Peyc Məktəbinin yaradıcılarından ol-
muşdur.
Yenidən siyasi arenaya qayıdan Ruzvelt 1928-ci və
1930-cu illərdə ardıcıl olaraq Nyu-York ştatının quberna-
toru seçilir. Qubernator olduğu müddətdə dövlət idarəetmə
sisteminə yaxından bələd olur və 1932-ci il prezident
seçkilərinə demokrat partiyasından namizəd göstərilir.
Ruzveltin seçkiönü kompaniyasının aparıcı mövzusu
ölkənin ağır iqtisadi böhrandan çıxarılması idi. Ümum-
milli qurtuluş planı hazırlamaq məqsədilə o, R.Moli,
S.Rozenman kimi Universitet professorlarına müraciət edir.
Ağ Evə gedən yolda, ona Cozef Kennedi, H.Morgentau,
U.Vudin, H.Leman və digər böyük kapital sahibləri maliyyə
dəstəyi verirlər. 8 noyabr 1932-ci ildə keçirilən seçkilərdə
F.D.Ruzvelt 57,4 % səs toplayaraq prezident seçilir.
Fəaliyyətə başladığı ilk günlərdən ölkənin iqtisadi ba-
taqlıqdan xilas etmək üçün «Yeni xətt» sosial-iqtisadi isla-
hatlar proqramını həyata keçirir. Ruzvelt hökuməti birinci
olaraq ölkənin maliyyə sistemini qaydaya salmaq üçün xao-
tik bank əməliyyatlarında radikal islahatlar keçirir. Bununla
yanaşı təxirəsalınmaz sosial problem – işsizlik probleminin
həlli gündəmə gətirilir. Əhalinin maddi vəziyyətini yaxşı-
laşdırmaq üçün müvəqqəti vasitələrdən – ayrı-ayrı ştat və
181
Amerika prezidentləri
icmalara birbaşa yardım etməkdən – istifadə edilir. «Yeni
xətt» proqramında əsas amil kimi nəzərdə tutulmasına bax-
mayaraq işsizlik problemi yalnız İkinci Dünya Müharibəsi
başladıqda tam həllini tapmışdır.
Ruzveltin proqramının başlıca ideyası çox sadə idi: yeni
iş yerləri açmaqla əmək qabiliyyətli işsizləri küçələrdən yı-
ğışdırmaq, onların öz bacarıqlarına olan inamını özünə qay-
tarmaq. Bu işlərdə Ruzveltin inandığı şəxslərdən olan Harri
Hopkins böyük işlər gördü. Məhz Hopkinsin rəhbərlik et-
diyi administrasiya 122.000 ictimai bina, 664.000 km yeni
yollar, 77.000 körpü və 285 aeroport tikdi.
İqtisadiyyatın ən çox ziyan çəkdiyi kənd təsərrüfatı
sahəsində də təcili tədbirlər görüldü. Qəbul edilmiş Konq-
res qanunlarına əsaslanaraq istehsala və qiymətlərə dövlət
nəzarəti gücləndirildi. Əhalinin sosial vəziyyətini yaxşılaş-
dırmaq məqsədilə maksimal iş günü və ən aşağı məvacib
həddi müəyyənləşdirildi, 16 yaşına çatmamış uşaqlara
işləmək qadağan edildi.
Prezidentliyinin ilk illərində Ruzveltin xarici siyasi kur-
su ikili xarakter daşımışdı. «Yeni xətt» iqtisadi proqramı-
nın uğurla həyata keçməsinə çalışaraq, xalqın və Konqresin
istəyinə uyğun olaraq təcridçilik siyasətinə qarşı çıxmır, la-
kin təcridçiliyi heç də uğurlu hesab etmirdi.
30-cu illərin sonlarına yaxın «Üçüncü reyx»in yeritdiyi
təcavüzkar siyasət bütün dünyada sülhə təhlükə yaradırdı.
T.Cefferson, T.Ruzveltin baxışlarını əsas tutan Ruzvelt Av-
ropada güclərin tarazlığının saxlanmasının ABŞ-ın həyati
maraqları çərçivəsində olduğunu yaxşı bilirdi. Vilson kimi o
da «elə bir dünya» arzusunda idi ki, burada sülhün bərqərar
olması üçün kollektiv təhlükəsizlik prinsipləri əsas tutul-
sun. Yuxarıda qeyd etdiyimiz amillərlə yanaşı, azad dün-
ya iqtisadiyyatının inkişafi na şərait yaradılması da zərurətə
çevrilirdi.
182
Amerika prezidentləri
Hitler və «Üçüncü reyx» Avropada qüvvələr tarazlı-
ğına, bütün dünyada sülhə və azad dünya iqtisadiyyatına
açıq-aşkar təhlükə yaradırdı.
Təcavüzkarların Avropa və Asiyada hər növbəti qələbəsi
Amerika iqtisadiyyatına üz verə biləcək fəlakəti yaxınlaş-
dırırdı. Digər tərəfdən ABŞ və Avropadakı müttəfi qlərinin
Dünya okeanına nəzarəti itirmələri «Ox» dövlətlərinin Qərb
yarımkürəsinə birbaşa hücumunu təmin edə bilərdi.
Ruzvelt hələ 1941-ci ilə qədər də müharibəni yeni dün-
yanın qurulması uğrunda təcavüzkar və sülhsevər millətlər,
liberal demokratiya və barbarlıq, vətəndaş və cinayətkar,
xeyir və şər arasında mübarizə kimi şərh edirdi. Lakin yu-
xarıda qeyd etdiyimiz səbəblərdən artıq Avropada başlan-
mış müharibəyə tərəddüdlə yanaşılırdı. Lakin Pörl-Harbör
faciəsi bu tərəddüdlərə son qoydu.
Müharibədə iştirakla yanaşı, Ruzvelti 1943-cü ildən
daha bir problem – müharibədən sonra düşmən dövlətlərlə
qurulacaq münasibətlər də narahat edirdi. Bu problemin
həlli yönündə atdığı hər addım haqda xalqa hesabat verməli
idi. İctimai rəy, Konqresə seçkilər və nəhayət 1944-cü ildə
keçiriləcək prezident seçkiləri bunu zəruri edirdi.
Tarixin ən fəlakətli müharibəsində ABŞ-ın iştirakı-
nı təmin etmək və onu bu müharibədən qalib çıxartmaq,
ölkəyə rəhbərlik edən şəxsdən böyük iradə və güc tələb
edirdi. 1945-ci ilin ilk aylarından Ruzveltin səhhəti korlanır.
Bu ərəfədə artıq Avropada münasibətlər aydınlaşmağa doğ-
ru gedirdi. Həkimlərin məsləhəti ilə o, Uorm-Sprinqsdəki
malikanəsində dincəlməyə gedir. Elə burada da 12 aprel
1945-ci ildə beyninə qan sızması nəticəsində vəfat edir.
Bədbəxt hadisə rəssam Elizabet Şuvalova onun portretini
çəkərkən baş verib.
Statistik baxımdan Ruzveltin bütün prezidentlərdən
fərqi, onun ardıcıl olaraq dörd dəfə prezident seçilməsidir.
183
Amerika prezidentləri
Amerika xalqı dövrün tələblərinə uyğun olaraq ona əsası
Corc Vaşinqton tərəfi ndən qoyulmuş ənənəni pozmağı
güzəştə getsə də, tezliklə Konstitusiyaya edilmiş düzəlişlə,
bir şəxsin iki dəfədən artıq prezident seçilməsini rəsmən
yasaqlayır.
30-cu illərin ortalarında F.D.Ruzveltin bioqrafi yasını
yazmaq istəyən Emil Lüdviq prezidentlə söhbətində ona
belə deyir: «Bu iş mənim üçün təzə və olduqca çətindir. Na-
poleon, Bismark, Höte və Bolivarın bioqrafi yasını yazmaq
mənə daha asan idi. Sizi dəyərləndirmək çox çətindir – Siz
yaşayırsınız». Bu sözlərdən mütəəssir olan Ruzvelt belə ca-
vab verir: «...O halda təklif edərdim ki, yüz il gözləyəsiniz».
Haqqında kitablar, monoqrafi yalar yazılması üçün yüz
il gözləmək lazım gəlmədi. Bu gün nəinki Birləşmiş Ştat-
larda, dünyanın əksər ölkələrinin kitabxanalarında onun
haqqında yazılmış kitablar onlarladır. Zaman keçdikcə
Franklin D.Ruzveltin şəxsiyyətinə olan maraq daha da ar-
tır. Dünyada mürəkkəb qlobal proseslərin getdiyi, yeni güc
mərkəzlərinin formalaşdığı bir dövrdə məhz belə xadimlərin
yeri görünür.
184
Amerika prezidentləri
HARRİ S.TRUMEN
(HARRY TRUMAN)
(1945-1953)
Fəaliyyəti qənaətbəxş hesab edilməyən prezidentlərdən
biri də Harri Trumendir. 1951-ci il sorğularında onun
fəaliyyətini amerikalıların yalnız 23 %-i dəstəkləmişlər. Bu
məşhur Uoterqeyt qalmaqalı ərəfəsində reytinqi 24 % olan
Niksondan da aşağı göstəricidir.
185
Amerika prezidentləri
Harri Trumen 8 may 1884-cü ildə Missuri ştatının La-
mar şəhərində anadan olub. Sonralar yazdığı memuarların-
da Con Tayler nəsli ilə qohumluqları olduğunu göstərirdi.
Fermer olan atası Con Trumen 1890-cı ildə İndependens
şəhərinə köçür.
Harri ilk ibtidai təhsilini burada alsa da kollecdə oxumaq
arzusu baş tutmur. Taxıl birjasında uğursuz əməliyyatlardan
müfl is olan atası Kanzas-Sitiyə köçür. Müstəqil həyata
qədəm qoyan Harri müxtəlif vaxtlarda dəmiryol növbətçisi,
tikintidə podratçı köməkçisi, bank xidmətçisi kimi peşələrdə
işləyir. 1906-07-ci illərdə nənəsindən onlara miras qalan
fermada atası və qardaşı ilə birgə çalışır. 1914-cü ildə atası
vəfat edir və Trumen təsərrüfata rəhbərliyi ələ alaraq qısa
zamanda uğur qazanır.
1917-ci ildə Birləşmiş Ştatlar Birinci Dünya müha-
ribəsinə qatılır. Trumen on iki il əvvəl üzv yazıldığı Milli
Qvardiyanın tərkibində cəbhəyə yollanır. General Perşinqin
komandanlığı altında Fransada aparılan döyüşlərdə iştirak
edərək kapitan rütbəsi alır. 1919-cu ildə ordudan tərxis ola-
raq Elizabet Fermanla ailə qurur. Xanım Trumen ictimai
həyatda fəal iştirak etməsə də gələcək prezidentin ən yaxın
məsləhətçilərindən olmuşdur.
1921-ci ildə dostları Trumenə dairə məhkəməsi sədrliyi
seçkilərinə namizəd olmağı təklif edirlər. Əvvəl razılaşma-
sa da maddi problemləri səbəbindən növbəti il bu təklifi
qəbul edir. İşləməklə yanaşı Kanzas-Siti hüquq məktəbinə
gedərək təhsilini artırır. 1924-cü ildə, təkrar seçkilərdə
məğlub olan Trumen ilyarım ərzində Kanzas-Siti avto-
mobil klubunda işləyir. Malik olduğu kapitalı dağ-mədən
müəssisəsinə yatırsa da uğursuzluğa düçar olur. Özəl düka-
nını açması isə ona nə az, nə çox 30 min dollar ziyan vurur.
1926-cı ildə demokrat partiyasının yerli funksioner-
lərindən Penderqastın himayədarlığı ilə dairə məhkəməsinin
sədri seçilir və səkkiz il bu vəzifədə çalışır. Bu dövrdə Tru-
|