Corc Vaşinqton Mənim vətənim azadlıq olan yerdir. Tomas Cefferson



Yüklə 5,83 Mb.
Pdf görüntüsü
səhifə1/14
tarix14.01.2017
ölçüsü5,83 Mb.
#5281
  1   2   3   4   5   6   7   8   9   ...   14

P
RESIDENTS
OF
 
THE
 U
NITED
 S
TATES
 
OF
 A
MERICA
Amerika prezidentləri
Ciddi məsələlərə heç zaman rişxənd etməyin.
Corc Vaşinqton
Mənim vətənim azadlıq olan yerdir.
Tomas Cefferson
Xalqım bir hissəsini həmişə və bütün xalqı bir 
müddət aldatmaq olar, lakin, bütün xalqı həmişə 
aldatmaq qeyri-mümkündür.
Avraam Linkoln
Kişinin uduzmağı hələ onun məğlubiyyəti deyil, o, 
yalnız təslim olanda məğlub olur.
Riçard Nikson

Elshan Bayramzadeh
P
RESIDENTS
OF
 
THE
 U
NITED
 S
TATES
 
OF
 
A
MERICA

Elşən Bayramzadə
Amerika
prezidentləri
Bakı
2012

Elşən Bayramzadə
Amerika prezidentləri
KitabKlubu.org, 2012, 248 səh.
Kitab ABŞ-ın prezidentlik institutu, prezidentlərin 
tərcümeyi-halı  və onların siyasi fəaliyyətindən bəhs edir. 
ABŞ-ın superdövlətə çevrilməsində, Konstitusiya və de-
mokratiya prinsiplərinə sadiqlik böyük rol oynayıb. Bu 
prinsiplərin pozulması  bəzi prezidentlərin impiçmentinə 
gətirmişdir. Kitabda bu haqda da geniş məlumat verilmiş-
dir. Əhatəli şəkildə ABŞ-ın siyasi quruluşu və onun birinci 
şəxslərinin fəaliyyətinə  həsr olunmuş, maraqlı faktlar və 
məlumatlarla zəngin, illüstrasiyalı belə bir kitab Azərbaycan 
dilində ilk dəfədir nəşr olunur. Kitab geniş oxucu kütləsi 
üçün nəzərdə tutulmuşdur.
Qiyməti 5 manat
Əlaqə nömrələri: 012/492-12-38, 050/404-91-13
ISBN 978-9952-812-57-2
© 
Elşən Bayramzadə və Kitab Klubu MMC

5
Ön söz
Müstəqil Azərbaycan Respublikası öz sosial institut-
larının qurulmasının elə bir mərhələsindədir ki, bu dövrdə 
dünya təcrübəsi böyük dəyərə malikdir. Ən geniş yayılmış 
belə dövlət quruluşu institutlarından biri, artıq 200 ildən 
çox bir müddətdə ABŞ-da bütün digər dövlət institutları-
nın fəaliyyətini  əlaqələndirən prezidentlik institutudur. 
Prezidentlik institutu öz mahiyyətinə görə hakimiyyət ins-
titutu, daha doğrusu dövlət idarəetmə sistemində prezident 
hakimiyyəti səlahiyyətlərinin məcmusu kimi nəzərdən 
keçirilməlidir.
Rus tədqiqatçısı V.E.Çirkin qeyd edir ki, prezidentli 
respublikanın, tez-tez nazir böhranlarının alovlandığı  və 
hökumət dəyişmələrinin adi hala çevrildiyi parlamentli 
respublikadan əsas üstünlüyü onun icraedici hakimiyyətin 
sabitliyinə  təminat verməsidir;  əsas qüsuru isə demokra-
tik institutların inkişaf etməməsi  şəraitində avtoritarizmə 
meyllənməsidir.
«Prezident» termini hərfən «irəlidə  əyləşən» mənası 
verən latın sözü «praesidens»dən götürülüb və yəqin ki, an-
tik dövr məclislərində sədrlik edənin tutduğu yerlə əlaqəli 
olmuşdur. Sonralar senat başçılarını prezident adlandırma-
ğa başladılar. «Prezident» termini öz müasir məzmununu 
XVIII əsrin sonlarında, ABŞ-da prezidentlik institutu təsis 
edildikdə almışdır. Prezidentlik vəzifəsinin təsis edilməsi 
ilk dəfə 1787-ci ildə Filadelfi yada, ABŞ-ın yeni Konstitu-
siyasının hazırlandığı Konstitusiya Konventində müzakirə 
edilmişdir. 
Maraqlıdır ki, o zamanlar ölkənin  şəriksiz siyasi li-
deri müharibə  qəhrəmanı, general Corc Vaşinqton idi və 
təsis ediləcək dövlət başçısı  vəzifəsi (kral) «ona uyğun-
laşdırılır», dövlət quruluşu kimi monarxiya təklif edi-
lirdi. C.Vaşinqtonun nəhəngliyi təkcə onun monarx ol-

6
maq istəməməyində yox, sonralar, üçüncü dəfə prezident 
seçkilərində iştirakdan könüllü imtina edərək, ABŞ-ın de-
mokratik inkişafında misilsiz ənənənin başlanğıcını qoy-
masında idi.
Beləliklə, ABŞ-da respublika idarəetmə formasının 
bərqərar olması olduqca çətin məsələ idi, çünki, ABŞ-
ın nə lazımi siyasi təcrübəsi, nə də uyğun tarixi ənənələri 
yox idi. İcraedici hakimiyyətin başçısı – prezidentin həm 
fəaliyyət müddəti, həm də seçilməsi qaydaları haqqında 
ciddi müzakirələr getmiş, nəticədə, C.Medisonun təklif 
etdiyi, müəyyən düzəlişlərlə bu gün də davam edən plan 
qəbul olunmuşdur. Prezident vəzifəsinin unikallığı onda 
idi ki, o, həm dövlət başçısı, həm də icraedici hakimiyyətin 
rəhbəri idi.
Xatırladaq ki, ABŞ dövlət quruluşu modeli, hakimiyyət 
bölgüsü ideyasını ilk yaradanlardan biri, fransız mütəfəkkiri 
Ş.L.Monteskyönün konstitusiya hüququ nəzəriyyəsinə 
əsaslanırdı. Məhz bu məqam ABŞ-da güclü prezident 
hakimiyyətinin ölkədə avtoritar rejim yaratmasına imkan 
verməmişdir.
Yeri gəlmişkən, Latın Amerikası ölkələrində ABŞ nümu-
nəsinə uyğun olaraq prezidentlik institutu təsis edilsə  də 
(XIX əsrin birinci yarısında), bu təhlükədən yaxa qurtarmaq 
mümkün olmamışdır. Bundan əlavə, prezidentlik vəzifəsi 
ABŞ modelindən «köçürülmüş», 1848-ci ildə Avropanın ilk 
prezidentli respublikası olan Fransanın (digəri İsveçrə) prezi-
denti seçilmiş Lui-Napoleon öz səlahiy yət lə  rin dən monarxi-
yaya qayıtmaq və özünü III Napoleon adı ilə imperator elan 
etmək üçün istifadə etmişdi. Burdan görünür ki, uğurlu siyasi 
sistem təkcə kağızda yazılmış qanun və konstitusiyalardan 
asılı deyil, bu sistemi yaşadan konkret insanlardan, onların 
keyfi yyətlərindən, malik olduğu dəyərlərdən asılıdır. Məhz 
buna görə ABŞ konstitusiyasını yaşadan siyasi liderlər – 
prezidentlər bizim üçün çox maraqlıdır.

7
Azərbaycan oxucusunun diqqətinə  təqdim olunan 
«Amerika prezidentləri» kitabı ABŞ prezidentləri və onla-
rın fəaliyyət tarixinə həsr olunmuşdur ki, bu da onun ABŞ-
ın bütün uğur və uğursuzluqları, nailiyyət və böhranları ilə 
birlikdə demokratik inkişaf təcrübəsindən söhbət açdığın-
dan xəbər verir. Amerika tarixinin «əsas» personajlar qale-
reyası ilə tanışlıqdan sonra, oxucu özü onların fəaliyyətini 
müstəqil şəkildə dəyərləndirə bilər. Belə ki, kitabın müəllifi  
Elşən Bayramzadə təfsirlərə az yer verərək, daha çox fakt-
lara  əsaslanmaqla uğurlu praktika seçə bilmişdir. Bundan 
əlavə, kitabın sonunda göstərilmiş geniş ədəbiyyat siyahısı 
oxucuya ABŞ-ın – bu gün dünyanın yeganə superdövlətinin 
siyasi sistemi və o sistemi yaşadan mədəniyyəti haqqında 
öz biliklərini müstəqil şəkildə artırmağa imkan verəcək. 
Əli Abasov,
Fəlsəfə elmləri doktoru, professor, AMEA-nın «Müasir 
fəlsəfə problemləri» şöbəsinin müdiri

8
Mündəricat
Giriş.............................................................................. 10
Corc Vaşinqton (1789-1797) ........................................ 21
Con Adams (1797-1801) .............................................. 30
Tomas Cefferson (1801-1809) ..................................... 35
Ceyms Medison (1809-1817) ...................................... 43
Ceyms Monro (1817-1825) .......................................... 49
Con Kuinsi Adams (1825-1829) .................................. 54
Endrü Cekson (1829-1837) .......................................... 58
Martin Van Buren (1837-1841) .................................... 65
Uilyam H.Harrison (1841-1841) .................................. 70
Con Tayler (1841-1845) ............................................... 73
Ceyms N.Polk (1845-1849) ......................................... 77
Zakari Teylor (1849-1850) ........................................... 81
Millard Fillmor (1850-1853) ........................................ 85
Franklin Pirs (1853-1857) ............................................ 89
Ceyms Bükenen (1857-1861) ...................................... 93
Avraam Linkoln (1861-1865) ...................................... 97
Endrü Conson (1865-1869) .......................................... 104
Uills S.Qrant (1869-1877) ........................................... 109
Razerford B.Heys (1877-1881) .................................... 115
Ceyms Qarfi ld (1881-1881) ......................................... 120
Çester Artur (1881-1885) ............................................. 124
Qrover Klivlend (1885-1889) və (1893-1897) ............ 128
Bencamin Harrison (1889-1893) ................................. 133
Uilyam Mak-Kinli (1897-1901) ................................... 137
Teodor Ruzvelt (1901-1909) ........................................ 142
Uilyam H.Taft (1909-1913) ......................................... 150
Vudro Vilson (1913-1921) ........................................... 155
Uorren Hardinq (1921-1923) ....................................... 162
Kalvin Kulic (1923-1929) ............................................ 167

9
Herbert Klark Huver (1929-1933) ............................... 172
Franklin Delano Ruzvelt (1933-1945) ......................... 177
Harri S.Trumen (1945-1953) ....................................... 184
Duayt Eyzenhauer (1953-1961) ................................... 189
Con Fitscerald Kennedi (1960-1963) ........................... 194
Lindon Conson (1963-1969) ........................................ 200
Riçard Milhauz Nikson (1969-1974) ........................... 204
Cerald Ford (1974-1977) ............................................. 209
Cimmi Karter (1977-1981) .......................................... 213
Ronald Reyqan (1981-1989) ........................................ 218
Corc Buş (1989-1993) .................................................. 223
Bill Klinton (1993-2001) ............................................. 228
Corc Buş (oğul) (2001-2009) ....................................... 233
Barak Obama (2009- ) ................................................. 237
İstifadə edilmiş ədəbiyyatın siyahısı ............................ 243

10
Amerika prezidentləri
GİRİŞ
Müasir dünyada prezident üsul-idarəsi geniş tətbiq olu-
nur. Dünyanın müxtəlif inkişaf səviyyəsinə malik bir çox 
ölkələrində bu institut uzun tarixi dövr ərzində  fəaliyyət 
göstərməkdədir. Bu idarəetmə formasının konkret məzmununu 
müəyyənləşdirən prezident seçkiləri, onun səlahiyyətləri, 
hakimiyyətdə olma müddəti və digər xüsusiyyətləri heç də 
bütün ölkələrdə eyni deyil. Onlar əsasən tarixi şərait, siya-
si  ənənə, prezident və hakimiyyətin digər qolları arasında 
münasibətlər və digər amillərlə müəyyənləşir.
Dünya miqyasında prezidentlik üsul-idarəsi tarixinə 
nəzər yetirsək görmək olar ki, o heç də demokratiyanın me-
yarı deyil. Prezidentlik üsul-idarəsi örtüyü altında gizlənmiş 
diktatura və totalitar rejimlərə çoxlu misallar göstərmək 
olar. Lakin bununla yanaşı prezidentlik üsul-idarəsi daha 
çox demokratiya ilə əlaqələndirilir.
Bu mövzuda ABŞ-ın tarixi təcrübəsi xüsusi maraq do-
ğurur. Bu maraq Böyük Britaniyanın  Şimali Amerikadakı 
13 koloniyasının 1775-1783-cü illərdə müstəqillik uğrunda 
apardığı inqilabi müharibənin alovlarından ABŞ-ın doğulması 
ilə müəyyənləşir. XVIII əsrin böyük inqilabi hadisəsi sayılan 
müstəqillik uğrunda müharibəni bəzən bəşəriyyət tarixində 
nəhəng rol oynamış 1789-1794-cü illər Böyük Fransa inqilabı-
na proloq da hesab edirlər. Amerika kontinentində ilk müstəqil 
dövlətin yaradılması və onun dövlət quruluşu üçün respublika 
formasının seçilməsi bütün dünyadakı demokratik qüvvələr 
üçün mühüm sosial-siyasi nümunə olmuşdur. Lakin liberal-
demokratik prinsipləri, insan hüquqlarını əsas amalı elan etmiş 
dövlətin qurulması heç də asanlıqla gerçəkləşməmişdir. Xarici 
düşmənə qarşı vahid mövqedən çıxış edən qurucular, daxili 
problemlərin həllində bəzən rəqiblərə çevrilmişlər.
Hələ müstəqillik uğrunda mübarizənin başlandığı ilk 
illərdə  gələcək dövlətin quruluşu, idarəetmə forması çox-

11
Amerika prezidentləri
larını düşündürürdü. Müharibənin gedişində artıq özlərini 
Amerika Birləşmiş Ştatları adlandıran koloniyalar onları bir 
ölkə tərkibində birləşdirəcək müqavilə yazıb hazırlamışdı-
lar. «Konfederasiya və əbədi ittifaq maddələri» kimi tərtib 
edilən bu müqavilə 1777-ci ildə on üç ştatın nümayəndəsinin 
iştirak etdiyi Kontinental Konqres tərəfi ndən qəbul edil-
miş, 1778-ci ilin iyulunda rəsmən imzalanmışdır. 1781-ci 
ilin martında 13-cü ştat – Merilend tərəfi ndən ratifi kasiya 
edildikdən sonra müqavilə qüvvəyə minir. 
Lakin çox keçmir ki, müqavilənin səmərəsizliyi aşkar 
olur və ittifaq idarəetmə qabiliyyətini tamamilə itirir. Belə 
ki, ağır müharibə dövründə Konfederasiya ştatların üzərinə 
vergilər qoya bilmir, yalnız onlardan kömək diləyirdi: o 
qoşun yığmaq, onu maliyyələşdirmək, ticarət və sənayeni 
tənzimləmək, xarici siyasət yürütmək imkanından da 
məhrum idi. Yeni yaradılan ölkə siyasi, iqtisadi cəhətdən 
xaos vəziyyətinə düşmək həddinə gəlir. Sonralar ölkənin ilk 
prezidenti olacaq Corc Vaşinqtonun sözləri ilə desək 13 ştat 
bir-birinə yalnız «qum kəndiriylə» birləşdirilmişdi.
1786-cı ildə beş ştat Konqresə Konfederasiya haqqın-
da  Əsasnaməyə düzəliş vermək tələbiylə müraciət etdi. 
Məqsəd daha səmərəli idarəetmə formasını tapmaq idi. 
Federasiyanın – daha sıx ittifaqın yaradılması tərəfdarları, 
başda Vaşinqton olmaqla ölkə konstitusiyası üzərində  işə 
başladılar. Layihə üzərində işə, gələcəkdə ABŞ-ın dördün-
cü prezidenti olmuş Ceyms Medison rəhbərlik edirdi. 
Dövrün məşhur liderlərinin də daxil olduğu 55 nəfər 
nümayəndənin hazırlayacağı konstitusiya ilk növ bədə güc-
lü icraedici hakimiyyət yaratmalı, lakin bu hakimiy yə tin 
səlahiyyətləri də hüdudsuz olmamalı idi. Digər tə rəf dən itti-
faqın işlək qanunverici orqanını və vahid məhkəmə sistemini 
yaratmaq lazım idi. Bütün deyilənləri gerçəkləşdirmək üçün 
ölkə qurucuları XVIII əsr fransız maarifçilərinin, xüsusilə 
fi losof və tarixçi Ş.Monteskyönün yaratdığı «hakimiyyətin 

12
Amerika prezidentləri
bölüşdürülməsi» nəzəriyyəsindən bəhrələnmişlər. Onun 
nəzəriyyəsinə görə düzgün qurulmuş dövlətdə vahid haki-
miyyət ola bilməz,  əksinə bir-birindən asılı olmayan üç 
haki miyyət – qanunverici hakimiyyət, icra hakimiyyəti və 
məhkəmə hakimiyyəti olmalıdır. Bu hakimiyyət növlərinin 
bir orqanın, və yaxud şəxsin  əlində birləşdirilməsi mütləq 
ümumi mənafenin unudulmasına, sui-istifadə  təzahürlərinə 
aparıb çıxarır və şəxsiyyətin siyasi azadlığı ilə bir araya sığmır. 
Monteskyö yazırdı ki, qanunverici və icra hakimiyyətinin bir 
əldə cəmlənməsi Qanunun aliliyini pozur: əgər hakimlər təkcə 
mühakimə etməklə kifayətlənməyib həm də qanunvericiliklə 
məşğul olsalar məhkəmə özbaşınalığı labüddür. Onun sxe-
mi hakimiyyətin bütün növlərini birləşdirən hər hansı orqa-
nın varlığını istisna edirdi. Monteskyöyə görə qanunverici 
hakimiyyət parlamentə, icra hakimiyyəti monarxa məxsus 
olmalı, məhkəmə hakimiyyəti andlı iclasçılar məhkəməsində 
təcəssüm tapmalıdır.
Medison qarşıda duran vəzifənin öhdəsindən ustalıqla 
gəldi. O, Monteskyönun «hakimiyyətin bölüşdürülməsi» 
ideyasından səmərəli istifadə etməklə «əyləclər və balans-
lar» (checks and balances) və ya «qarşılıqlı nəzarət və əks 
təsir» prinsipinə əsaslanan siyasi quruluş yaratdı.
1787-ci ilin mayında öz işinə başlayan konstitusiya 
Konventi sentyabrın 17-də Konstitusiya layihəsini qəbul 
etdi. İki il ərzində ştatlarda ratifi kasiya edilən konstitusiya 
4 mart 1789-cu ildə qüvvəyə minmişdir. 
Konstitusiya Konventindəki müzakirələrin gedişində 
Tomas Cefferson başda olmaqla bir qrup nümayəndə kons-
titusiyanın mətninə dövlətin məhdudlaşdıra bilməyəcəyi 
insan hüquqlarının siyahısını daxil etmək tələbini irəli sü-
rürdü. Əvvəlcə etirazla qarşılanan bu təklif 1789-cu ilin ya-
zında Konqresdə ciddi müzakirə edilir. Ceffersonun təklif 
etdiyi düzəlişlər siyahısı dərhal qəbul edilərək ratifi kasiya 
üçün ştatlara göndərilir. 1791-ci ilə qədər düzəlişlərin 10-u 

13
Amerika prezidentləri
təsdiqlənir və o vaxtdan ABŞ Konstitusiyasının Hüquqlar 
haqqında Billi kimi tanınır. Bu Billə əsasən Konqres vic-
dan, söz və dinc yığıncaqlar azadlığını məhdudlaşdıran qa-
nunlar qəbul edə bilməz.
Hüquqlar haqqında Billin qəbul edildiyi 1791-ci ildən 
indiyə  qədər Konstitusiyaya daha 17 düzəliş edilib. Bu 
düzəlişlər  əsasən vətəndaş hüquqlarını (quldarlığın ləğvi, 
seçki hüquqlarının genişləndirilməsi və s.) artırmış  və 
vətəndaşların dövlət üzərindəki nəzarətinin güclənməsinə 
kömək etmişdir.
ABŞ Konstitusiyasına əsasən icra hakimiyyətini prezi-
dent həyata keçirir. «Köhnə dünyadakı» böyük dövlətlərin 
əksəriyyətində monarxiya üsul-idarəsinin hökmran olduğu 
bir dövrdə  məhdud müddətə seçilən prezident ideyasının 
özü inqilabi hadisə idi. Geniş səlahiyyətlərə malik olan pre-
zidentlik institutunun yaradılması Konstitusiya Kon ven-
tində bəzi mübahisələrə səbəb olmuşdu.
Sonralar Ceyms Medison yazırdı ki, 1 iyun 1787-ci 
ildə pensilvaniyalı nümayəndə Ceyms Uilson Konventin 
gündəliyinə  gələcək «icra hakimiyyəti» haqqında məsə-
lənin daxil edilməsini təklif edərkən zala sükut çökür. 
55 nümayəndənin hər biri başa düşürdü ki, onlar haki-
miyyət sisteminin ağrılı  məqamına toxunmuşlar: onların 
əksəriyyəti 1777-ci ildə  qəbul edilən «Konfederasiya və 
əbədi ittifaq maddələri» ilə müqayisədə icra hakimiyyətinin 
gücləndirilməsinin zəruri olduğunu başa düşürdülər. Lakin 
belə icra hakimiyyətinin forması, onun əhali tərəfi ndən 
necə qarşılanacağı haqqında konkret heç nə məlum deyil-
di. Konvent bir çox, o cümlədən A.Hamiltonun təklif etdiyi 
əbədi prezident seçilməsi, respublika prinsiplərinə daha çox 
uyğun gələn kollegial rəhbərliyi həyata keçirən orqanın ya-
radılması kimi modelləri nəzərdən keçirir.
Ceyms Uilson elə ilk çıxışındaca bildirmişdi ki, «icra-
edici hakimiyyət bir nəfərdən ibarət olmalıdır». Virçiniyalı 

14
Amerika prezidentləri
nümayəndə Edmond Rendolf bu təklifə inamsız yanaşa-
raq onda «Monarxiya rüşeymlərinin» olduğunu bildirsə 
də, müzakirələrdən sonra Uilsonun təklifi   qəbul edilir. La-
kin məsələ bununla bitmir: bu qərar kim və hansı müddətə 
prezident seçiləcək, Konstitusiya ona hansı  səlahiyyətləri 
verməlidir kimi sualları cavablandırmırdı. Bu sualların 
müzakirəsi həftələr, aylar boyu davam etmişdir. Xüsusilə pre-
zidentlik müddəti ətrafında aparılan müzakirələr gərgin keçir. 
Burada əsas iki təklif gündəlikdə olub: bir dəfə seçilməklə 
yeddi illik və yenidən namizədliyi irəli sürmək hüququna 
malik olmaqla dörd illik müddətə seçilmək. İkinci variantın 
seçilməsinə əsas səbəb yeddi illik müddətdə vəzifə sahibinin 
sui-istifadə ehtimalının daha böyük olması idi.
ABŞ-da prezident və vitse-prezident seçkiləri, onların 
səlahiyyətləri və s. Konstitusiyanın II maddəsində əksini ta-
pıb. Konstitusiyanın II maddəsi və məhz onunla bağlı edil-
miş dəyişiklikləri aşağıda oxuya bilərsiniz. 
II MADDƏ
(icra hakimiyyəti)
1-ci bölmə. İcra hakimiyyətini Amerika Birləşmiş Ştat-
larının Prezidenti həyata keçirir. O öz vəzifəsində dörd illik 
müddətdə qalır və onun, eləcə də eyni müddətə seçilən Vit-
se-prezidentin seçkiləri bu cür keçirilir:
Hər ştat özünün Qanunverici yığıncağının müəyyənləş-
dirdiyi qaydada, ştatın Konqresə göndərmək hüququ olan 
Senatorların və Nümayəndələrin sayı qədər seçimçilər təyin 
edir, ancaq Senatorlar, Nümayəndələr və Birləşmiş Ştatla-
rın xidmətindəki fəxri, yaxud maaşlı vəzifələri tutan şəxslər 
seçimçi təyin edilə bilməzlər.
Seçimçilər öz ştatlarında toplaşır və gizli səsvermə ilə 
heç olmasa biri bu ştatın sakini olmayan iki şəxsi seçirlər. 
Sonra onlar səs yığmış bütün şəxslərin siyahısını tərtib edir, 

15
Amerika prezidentləri
burada onların hər birinə verilmiş səslərin sayını göstərirlər. 
Seçimçilər siyahini imzalayır və təsdiqləyir, sonra o, möhür-
lənmiş halda Birləşmiş  Ştatlar Hökumətinin olduğu yerə, 
Senatın Sədrinin adına göndərilir. Senatın Sədri Senatın və 
Nümayəndələr Palatasının iştirakı ilə bütün təsdiqlənmiş si-
yahıları açıb götürür, bundan sonra səslərin hesabı aparılır. 
Ən çox sayda (bu say bütün seçimçilərin yarısından çoxu-
nu təşkil edirsə) səs toplamış şəxs Prezident olur. Səslərin 
əksəriyyətini bir neçə adam topladıqda və onlara eyni 
sayda səs verildikdə Nümayəndələr palatası birbaşa gizli 
səsvermə ilə onlardan birini Prezident seçir; əgər heç bir 
şəxs səslərin əksəriyyətini toplamazsa, Nümayəndələr pala-
tası daha çox səs yığmış beş şəxsin içərisindən yenə həmin 
qayda ilə prezident seçir. Bu halda prezident seçilərkən 
səslər ştatlar üzrə verilir və hər ştatın nümayəndəliyinin bir 
səsi olur; bu məqsədlər üçün seçilmənin yetərsayı  ştatla-
rın üçdə ikisinə bərabərdir, seçilmək üçünsə bütün ştatların 
əksəriyyəti zəruridir. Prezidentin seçilməsindən sonra ən 
çox səs toplamış şəxs bütün hallarda Vitse-prezident sayılır. 
Bir neçə şəxs bərabər sayda səs topladıqda Senat onlardan 
birini gizli səsvermə yolu ilə Vitse-prezident seçir.
Konqres seçimçilərin seçilmə vaxtını  və onların öz 
səslərini verdikləri günü təyin edə bilər; həmin gün Birləş-
miş Ştatların bütün ərazisində eyni olmalıdır.
Doğulduğu zaman Birləşmiş Ştatların vətəndaşı olma-
yan, yaxud bu Konstitusiyanın təsdiq edildiyi vaxt Birləşmiş 
Ştatların vətəndaşı olmayan şəxs Prezident vəzifəsinə seçilə 
bilməz; bu vəzifəyə eləcə də otuz beş yaşına çatmamış və 
birləşmiş  Ştatlarda on dörd il daimi sakin olmamış  şəxs 
seçilə bilməz.
Prezident vəzifəsindən kənarlaşdırıldıqda, yaxud 
öldükdə, istefa verdikdə, ya da vəzifəsi ilə bağlı hüquq və 
borclarını yerinə yetirməyə qabil olmadıqda həmin hüquq 
və borclar Vitse-prezidentə keçir; prezident və vitse-prezi-

16
Amerika prezidentləri
dent kənarlaşdırıldıqları, öldükləri, istefa verdikləri, yaxud 
qabiliyyəti itirdikləri təqdirdə Konqres hansı vəzifəli şəxsin 
Prezident kimi fəaliyyət göstərməli olduğunu qanunla 
müəyyənləşdirə bilər və o, prezidentə öz borclarını həyata 
keçirməyə mane olan səbəblər aradan götürülənədək, ya-
xud yeni Prezident seçilənədək onu əvəz edəcək.
Prezident öz xidmətinə görə, müəyyən edilmiş vaxtlar-
da haqq alır və bu haqq onun seçildiyi müddətdə artırıla, 
yaxud azaldıla bilməz; bu müddətdə o, Birləşmiş  Ştatlar-
dan, yaxud hər hansı ştatdan pul şəklində heç bir haqq ala 
bilməz.
Vəzifəsinə başlamazdan öncə Prezident bu cür and 
içir, yaxud təntənəli vəd verir: «Mən təntənəli şəkildə and 
içirəm (söz verirəm) ki, Birləşmiş  Ştatların Prezidenti 
vəzifəsini şərəfl ə yerinə yetirəcək, Birləşmiş Ştatlar Kons-
titusiyasını var gücümlə qoruyacaq, müdafi ə edəcək və 
dəstəkləyəcəyəm».

Yüklə 5,83 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin