2
1. COVID-19 xəstəliyi əleyhinə vaksinasiya üçün randevu almaq məqsədi ilə öncə hər hansı bir
internet brauzerindən yeni səhifə açıb
randevu.its.gov.az
adresinə daxil olunur (Şəkil 1).
Şəkil 1
2. Açılan pəncərədən
“COVID-19 vaksin randevu”
seçimi kliklənir (Şəkil 2).
Şəkil 2
3
3. Açılan səhifədə vətəndaş şəxsiyyət vəsiqəsinin seriyasını, nömrəsini və FİN məlumatını
daxil edib
“Yoxla”
düyməsini klik edir (Şəkil 3).
Şəkil 3
4
4.
“Məntəqəni seçin”
bölməsindən vaksinasiya aparılan məntəqə həm adına, həm də ünvanına
görə axtarılmaqla seçim edilir (Şəkil 4).
Şəkil 4
5
5. Məntəqə seçimindən sonra peyvənd olunacaq tarix və saat seçilir, həmçinin
məlumatlandırma üçün mobil nömrə qeyd olunur. Daha sonra CAPTCHA xanası qeyd
edilir və
“Təsdiq et”
düyməsi sıxılır (Şəkil 5).
Şəkil 5
6
6. Təsdiq düyməsi sıxıldıqdan sonra seçilən vaxt və məntəqə haqqında məlumat ekranda
bildiriş formasında əks olunur, həmçinin qeyd edilən mobil nömrəyə SMS vasitəsi ilə
bildiriş göndərilir (Şəkil 6).
Şəkil 6
7
Qeydlər:
1. Vətəndaş qeyd edilən randevu vaxtını və ya məntəqəni dəyişmək istədikdə göstərilən
prosesi yenidən icra etməlidir;
2. İlk dəfə randevu götürən şəxs ikinci dəfə randevunu dəyişmək istədikdə əvvəlki
vaksinasiya randevuları ləğv edilib yenisi ilə əvəz edilir;
3. Vaksinasiyanın ilk dozası üçün randevu götürüldükdə avtomatik 2-ci doza üçün də 28
gün sonra həmin müəssisəyə və həmin saat aralığına randevu seçilir;
4. Seçilən məntəqədə randevu limitinin dolduğu tarix və ya saat aralıqları passiv
edilir və seçilməsi mümkün olmur.
5. Bu təlimat formasını və dəyişikliklər olduqda yeni təlimat formasını əldə etmək
üçün
randevu.its.gov.az
adresindən
seçiminə klikləməklə
keçid edə bilərsiniz.
04.05.2021