Verilmiş kompleks ifadəni triqonometrik şəklə gətirmək üçün aşağıdakı üsullardan istifadə edilir:
|z| = R2 = a2 + b2 (məsələn; 2 – 3i olduqda, a=2 və b= -3)
cos α = a / R , sin α = b / R.
z = R (cos α + isin α)
Verilən cos α = a / R və sin α = b / R ifadələrində arqument olan α bucağını hesablamaq üçün aşağıdakı üsullardan istifadə edilir:
1) + sin α və – cos α olduqda, tapılan bucaq π-dən çıxılır.
2) – sin α və – cos α olduqda, tapılan bucaq π üzərinə əlavə edilir.
3) – sin α və + cos α olduqda, tapılan bucaq 2π-dən çıxılır.
4) + sin α və + cos α olduqda, tapılan bucaq olduğu kimi qalır.