Tərif: Bir-birindən yalnız elementlərinin düzülüşü ilə fərqlənən çoxluqlara bərabər çoxluqlar deyilir.
Alt çoxluqlar
Əgər A çoxluğunun hər bir elementi həm də B-yə daxil olarsa, onda A-ya B-nin alt çoxluğu deyilir. A⊂B kimi işarə olunur.
Hər bir çoxluq özünün alt çoxluğudur:
A⊂A
∅ hər bir çoxluğunun alt çoxluğudur:
∅⊂A
A və B çoxluqlarının bütün elementlərindən ibarət olan çoxluğa A və B çoxluqlarının birləşməsi deyilir və A∪B kimi işarə olunur.
A={a;b;c} | B={b;c;d;e} | A∪B={a;b;c;d;e}
A və B çoxluqlarının ortaq elementlərindən ibarət olan çoxluğa A və B çoxluqlarının kəsişməsi deyilir və A∩B kimi işarə olunur.
A={a;b;c} | B={b;c;d;e} | A∩B={b;c}
Çoxluqların fərqi
A çoxluğu ilə B çoxluğunun fərqi A çoxluğunun B-yə daxil olmayan elementlərindən ibarət çoxluğa deyilir.
A={a;b;c;d} | B={b;c;d;e} | A\B|{a}
Kompleks ədədlər (lat. complex) - z = a+bi şəklində olan ifadəyə deyilir.
Kompleks ədədlərinin həndəsi forması
Dostları ilə paylaş: |