Gigiyena ixtisası üzrə nümuməvi test sualları siyahısına əlavələr və dəyişikliklər edilmişdir
08. 11. 2013 - cü il tarixində əlavə edilib
1) Süddə olan zülalının fərqləndirici xüsusiyyəti hansı mineral maddənin birləşməsi ilə bağlıdır?
A) Dəmirlə
B) Maqneziumla
C) Natriumla
D) Kaliumla
E) Kalsiumla
Ədəbiyyat: Г.Г.Онищенко. «Гигиена питания» Москва, 2008
2) 4 ayından yuxarı olan körpələrin orqanizminin hansı mineral maddəyə olan tələbatını süd tam ödəyə bilmir?
A) Kobalt
B) Dəmir
C) Maqnezium
D) Fosfor
E) Ftor
Ədəbiyyat: Г.Г.Онищенко. «Гигиена питания» Москва, 2008
3) Südün bakterisid xassələrinin təsirinin davamlılığı əsasənnədən asılıdır?
A) Uzun müddət saxlanmasından
B) Soyuma temperaturundan
C) Avtomatlaşdırılmış və mexanikləşdirilmiş üsulla südün alınmasından
D) Filtrasiyanın şərait və keyfiyyətindən
E) İlkin bakterioloji çirklənməsindən
Ədəbiyyat: Г.Г.Онищенко. «Гигиена питания» Москва, 2008
4) Süd istehsalında gigiyenik cəhətdən hansı əsas göstəricisinə nəzarət olmalıdır?
A) Turşuluğu
B) Yağların miqdarı
C) Quru qalıq
D) Sıxlığı
E) Temperaturu
Ədəbiyyat: Г.Г.Онищенко. «Гигиена питания» Москва, 2008
Dostları ilə paylaş: |