Cü il tarixində əlavə edilmişdir 1 Qan dövranı sistemi neçə yerə bölünür?


) Aşağı ətraf damarlarının obliterəedici aterosklerozu olan xəstələrdə arterial hipertoniyanın müalicəsində hansı preparatın istifadəsi əks göstərişdir?



Yüklə 1,94 Mb.
səhifə14/26
tarix09.02.2017
ölçüsü1,94 Mb.
#7875
1   ...   10   11   12   13   14   15   16   17   ...   26

555) Aşağı ətraf damarlarının obliterəedici aterosklerozu olan xəstələrdə arterial hipertoniyanın müalicəsində hansı preparatın istifadəsi əks göstərişdir?

A) berlipril

B) prazozin

C) propranolol

D) diltiazem RR (diltiazemin retard forması)

E) perindopril


Ədəbiyyat: Д. В. Преображенский, Б. А. Сидоренко, Н. Е. Романов. Клиническая фармакология антигипертензивных препаратов, 2000
556) III nəsil beta-blokator nebiletin digər beta-blokatorlardan fərqi nədir?

A) ürəyin vurğu həcmini azaltmadan mülayim vazodilatasiyaya səbəb olur

B) damar endotelində azot oksid (NO) sintezini artırır

C) sadalananlardan heç biri

D) əlavə təsirlərin baş vermə tezliyi plasebodan artıq olmur

E) daha artıq beta selektiv təsirə malikdir


Ədəbiyyat: Д. В. Преображенский, Б. А. Сидоренко, Н. Е. Романов. Клиническая фармакология антигипертензивных препаратов, 2000
557) Arerial hipertenziya zamanı aşağıda sadalananlardan orqan-hədəfə hansı orqan aiddir?

A) Böyrək

B) Gara ciyər

C) Mədə


D) Ağ ciyərlər

E) Gırtlag


Ədəbiyyat: Г. Е. Ройтберг Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации. М. : Бином, 2007
558) Arterial hipertenziya zamanı sol mədəciyin hipertrofiyasının ən dəqiq müayinə üsuluna hansı aiddir ?

A) EKQ


B) Rentgenoloji müayinə

C) Auskultasiya

D) Perkussiya

E) Exokardioqrafiya


Ədəbiyyat: Г. Е. Ройтберг Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации. М. : Бином, 2007
559) Hansı β-blokatorda vazodilyatasiya xüsusiyyətləri daha çox qeyd edilir?

A) Karvedilol

B) Nadolol

C) Atenolol

D) Bisoprolol

E) Propranolol


Ədəbiyyat: В. И. Метелица Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных средств. М. : Бином СПб: Невский диалект, 2005
560) ÜST ekspertlərinin tövsiyələrinə əsasən III dərəcəli arterial hipertenziya zamanı arterial təzyiqin səviyyəsi neçədir?

A) Sistolik AT 140 çox, diastolik – 90 az

B) Sistolik AT 130 az, diastolik – 85 az

C) Sistolik AT 180 çox, diastolik – 110 çox

D) Sistolik AT 140 az, diastolik – 90 az

E) Sistolik AT 200 çox, diastolik – 110 çox


Ədəbiyyat: Г. Е. Ройтберг Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации. М. : Бином, 2007
561) Hansı faktorlar arterial hipertenziyanın risk faktorlarına aiddir?

A) Cins


B) Piylənmə

C) Boy


D) Kalium və kalsiumun qida rasionunda miqdarı

E) Maqnezium və dəmirin qida rasionunda miqdarı


Ədəbiyyat: Г. Е. Ройтберг Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации. М. : Бином, 2007
562) Arterial hipertenziya zamanı hansı əlamət ürəyin zədələnməsini göstərir?

A) Qanda ümumi xolesterinin miqdarının 6,5 mmol-dan çox olması

B) Qanda ümumi xolesterinin miqdarının 5,2 mmol-dan çox olması

C) Sol mədəciyin hipertrofiyası

D) Qanda triqliseridlərin miqdarının artması

E) Şəkərli diabet


Ədəbiyyat: Г. Е. Ройтберг Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации. М. : Бином, 2007
563) Ensefalopatiyasız hipertonik kriz zamanı preparat seçimi hansıdır?

A) Nifedipin (dil altına)

B) Metildopa

C) Labetolol

D) Maqnezium

E) Diazoksid


Ədəbiyyat: Г. Е. Ройтберг Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации. М. : Бином, 2007
564) Ekstrasistoliya ilə müşahidə edilən arterial hipertenziya zamanı preparat seçimi hansıdır?

A) Enalapril

B) Eprosartan

C) Metoprolol

D) Nifedipin

E) Amlodipin


Ədəbiyyat: Г. Е. Ройтберг Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации. М. : Бином, 2007
565) Qaraciyərin funksiyasının pozulması ilə müşahidə edilən arterial hipertenziya zamanı preparat seçimi hansıdır?

A) Diuretiklər

B) AÇF inhibitorları

C) Metoprolol

D) Nadolol

E) Metildopa


Ədəbiyyat: В. И. Метелица Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных средств. М. : Бином СПб: Невский диалект, 2005
566) Sinus bradikardiyası, sinus düyünün zəifləməsi zamanı və AV blokadalar ilə müşahidə edilən arterial hipertenziyanın müalicəsinin preparat seçimi hansıdır?

A) Nifedipin

B) β-blokatorlar

C) İvabradin

D) α1-adrenoblokatorlar

E) Verapamil, diltiazem


Ədəbiyyat: В. И. Метелица Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных средств. М. : Бином СПб: Невский диалект, 2005
567) Arterial hipertenziya zamanı hansı preparat qrupu qlükozaya tolerantlığı azaldır?

A) AÇF inhibitorları

B) β-blokatorlar

C) Kalsium antaqonistləri

D) α-adrenoblokatorlar

E) Anqiotenzin II reseptorlarının blokatorları


Ədəbiyyat: В. И. Метелица Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных средств. М. : Бином СПб: Невский диалект, 2007
568) Renoparenximatoz arterial hipertenziyanın əlamətləri hansıdır?

A) Sidiyin müayinəsi zamanı dəyişiklik yoxdur

B) Qanda ümumi zülalın miqdarının yüksəlməsi

C) Qanda sidik turşusunun miqdarının yüksəlməsi

D) Qanda kreatinin miqdarının yüksəlməsi

E) Sidiyin müayinəsi zamanı oksalat duzların tapılması


Ədəbiyyat: Г. Е. Ройтберг Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации. М. : Бином, 2007
569) Hansı diuretiki arterial hipertenziyanın müalicəsində istifadə etmirlər?

A) Aldosteron blokatorları

B) Tiazid diuretikləri

C) Osmotik diuretiklər

D) Kalium saxlayıcı diuretiklər

E) Ilgək diuretikləri


Ədəbiyyat: Г. Е. Ройтберг Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации. М. : Бином, 2007
570) Arterial hipertenziya zamanı böyrəklərin zədələnməsinin əlamətinə hansı aiddir?

A) Qanda sidik cövhərinin miqdarının artması

B) Qanda kreatininin miqdarının azalması

C) Albuminuriya sutkada 100 mq

D) Leykosituriya

E) Eritrosituriya


Ədəbiyyat: Г. Е. Ройтберг Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации. М. : Бином, 2007
571) Hansı hipotenziv preparatla müalicə nəticəsində bəzi xəstələrdə müsbət Kumbs reaksiyası qeyd edilir?

A) Hidrolazin

B) Metoprolol

C) Valsartan

D) Furosemid

E) Perindopril


Ədəbiyyat: В. И. Метелица Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных средств. М. : Бином СПб: Невский диалект, 2005
572) Arterial hipertenziya ilə müşahidə edilən sistolik xroniki ürək çatmamazlığının müalicəsinin preparat seçimi hansıdır?

A) Diltiazem

B) Ürək qlikozidləri

C) Verapamil

D) Mülayim təsirli diuretiklər

E) Nitratlar


Ədəbiyyat: В. И. Метелица Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных средств. М. : Бином СПб: Невский диалект, 2005
573) Arterial hipertenziya ilə müşahidə edilən miokard infarktı zamanı hipotenziv preparatların seçimi hansıdır?

A) Furosemid

B) Prazozin

C) Kandesartan

D) Metaprolol

E) Nifedipin


Ədəbiyyat: В. И. Метелица Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных средств. М. : Бином СПб: Невский диалект, 2005
574) Diastolik arterial təzyiqin azalması hansı ürək-damar patologiyasının prediktoru sayılır?

A) Xroniki ürək çatışmamazlığı

B) Hipotonik formalı neyrosirkulyator distoniya

C) Ağ ciyər arteriyasının tromboemboliyası

D) Revmokardit

E) Miokard infarktı


Ədəbiyyat: Г. Е. Ройтберг Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации. М. : Бином, 2007
575) Arterial hipertenziyalı xəstələrdə qanda kreatininin miqdarı 2 mq/dl çox olduqda diuretik preparatların seçimi hansıdır?

A) Diakarb

B) Indapamid

C) Ilgək diuretikləri

D) Spironolakton

E) Tiazid diuretikləri


Ədəbiyyat: Г. Е. Ройтберг Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации. М. : Бином, 2007
576) Arterial hipertenziya və şəkərli diabet zamanı β–blokatorlardan preparat seçimi hansıdır?

A) Atenolol

B) Metaprolol

C) Nadolol

D) Bisopralol

E) Karvedilol


Ədəbiyyat: Г. Е. Ройтберг Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации. М. : Бином, 2007
577) Arterial hipertenziya zamanı hansı hallarda α-adrenoblokatorlar təyin edilir?

A) ÜIX


B) Aortal qüsurlar

C) Durğunluq ürək çatışmazlığı

D) Prostat vəzinin adenoması

E) Aritmiyalar


Ədəbiyyat: В. И. Метелица Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных средств. М. : Бином СПб: Невский диалект, 2005
578) Arterial hipertenziyalı xəstələrdə böyrəklərin zədələnməsi zamanı AÇF inhibitorlarından preparat seçimi hansıdır?

A) Kaptopril

B) Perindopril

C) Enalapril

D) Fozinopril

E) Lizinopril


Ədəbiyyat: В. И. Метелица Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных средств. М. : Бином СПб: Невский диалект, 2005
579) Arterial təzyiqin həddi nədən aslı deyildir?
A) damar (arterial) sisteminin həcmindən

B) ürəkdən çıxan qanın intensivliyindən və ürək atımından

C) dövr edən qanın həcmindən

D) eritrositlərin sayından

E) arterial damarların divarının gərginlik dərəcəsindən
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. 45
580) Arterial təzyiqin həddi hansı faktorlardan aslı deyildir?
A) ürək vurğusunun ölçüsündən

B) ürəkdan çıxan qanın intensivliyindən

C) damar sisteminin (arterial) tutumundan

D) dövr edən qanın həcmindən

E) cinsdən
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. 45
581) Arterial təzyiqin qaqlxmasına və ya ürək kameralarının (boşluqlarının) dolmasına baroresrptorlar nə ilə cavab verirlər?
A) damar tonusu requlyasiyasiyasına humoral mexanizmlərin işini (təsirini) artırmaqla

B) beyin yarımkürələrində yerləşən vazоmotor mərkəzlərin işini (təsirini) artırmaqla

C) afferent impulsasiyanın fəaliyyətini (təsirini) artırmaqla

D) uzunsov beyində yerləşən vazomotor mərkəzlərin işini (təsirini) artırmaqla

E) onurğa beyində və hıpotalamusda yerləşən vazomotor mərkəzlərin işini (təsirini)azaltmaqla
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. 51
582) Təngnəfəslik şikayətli olan xəstədə adətən, yüksək arterial təzyiq, sol mədəciyin hipertrofiyası və atım fraksiyasının azalmaması əlamətləri vardır. Bu xəstədə ürək çatışmazlığının (ÜÇ - ın) hansı aparıcı klinik əlaməti mövcuddur?
A) ağciyər ödemi

B) periferik ödemlər/durğunluq

C) kardiogen şok (ürəyin dəqiqəlik həcminin azalma sindromu)

D) sağ ÜÇ

E) yüksək qan təzyiqli (hipertenziv ÜÇ)
Ədəbiyyat: Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. AzRSN. Вакı, 2010. Səh 12
583) “X sindromlu” xəstələrdə yanaşı endotelin disfunksiyası ilə əlaqəli olan və simptomlar törədə bilən hipertenziya və hiperlipidemiya kimi risk amillərini, müvafiq olaraq, hansı preparatlarla müalicə etmək tövsiyə olunur?
A) Qeyri selektiv β-adrenoblokatorlar və antitrombositar preparatlar

B) Sidik qovucular və fibratlar

C) Rauvolf preparatları və nikotin turşusu

D) Angiotezin çevirici fermentin inhibitorları və statinlər

E) İf kanalları inhibitorları, eykozapentoen və dekozaheksaen turşularının etil efirləri
Ədəbiyyat: Sabit stenokardiyanin diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 3 fevral 2009-cu il tarixli 28 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2009, səh. 32
Miokardın, perikardın, endokardın xəstəlikləri
584) Miokardın hansı zədələnmələri idiopatik kardiomiopatiya adlandırılır?

A) miokardın koronarogen mənşəli zədələnməsi

B) miokardın hər hansı bir xəstəliyi zamanı zədələnməsi

C) miokardın keçirilmiş məlum infeksiyadan sonra zədələnməsi

D) miokardın spesifik xəstəliyi

E) miokardın naməlum etiologiyalı zədələnməsi


Ədəbiyyat: Амосова Е. Н. “Кардиомиопатии”1999, Шлант Р. К. , Александр П. В. “ Клиническая кардиология ”, 2000
585) Xroniki ürək çatışmazlığının hansı növü dilatasion kardiomiopatiya üçün xarakterikdir?

A) təkcə sağ qulaqcıq çatışmazlığı

B) sağ mədəcik çatışmazlığı

C) sol mədəcik çatışmazlığı

D) eyni zamanda həm sol, həm də sağ mədəciyin çatışmazlığı

E) təkcə sol qulaqcıq çatışmazlığı


Ədəbiyyat: Амосова Е. Н. “Кардиомиопатии” 1999, Оливия В. Эдейр “Секреты кардиологии ” 2008
586) “İşemik” və idiopatik dilatasion kardiomiopatiyaların fərqləndirilməsi zamanı hansı müayinə üsulu daha əhəmiyyətlidir?

A) ExoKQ


B) R-müayinəsi

C) koronar damarların angioqrafiyası

D) FonoKQ

E) EKQ
Ədəbiyyat: Окороков А. Н. “ Диагностика болезней внутренних органов ” 2004, Амосова Е. Н. “ Кардиомиопатии ” 1999


587) Dilatasion kardiomiopatiyalı xəstələrdə müşahidə olunan xroniki ürək çatmamazlığının müalicəsində birinci növbədə hansı dərmanlar istifadə olunur?

A) antiaqreqantlar və nitratlar

B) Ca (+2) antaqonistləri və aspirin

C) amiodaron və antiaqreqantlar

D) ürək qlikozidləri və diuretiklər

E) metabolik preparatlar


Ədəbiyyat: Окороков А. Н. “ Лечение болезней внутренних органов” 1998, Амосова Е. Н. “ Кардиомиопатии ” 1999
588) Dilatasion kardiomiopatiya zamanı antikoaqulyantlardan adətən nə zaman istifadə oluna bilər?

A) ürək ritminin ekstrasistoliya tipli pozulması olduqda

B) hər zaman

C) xəstənin istəyindən asılı olaraq

D) sol mədəciyin qovma fraksiyası 40 %-dən artıq olduqda

E) arterial tromboemboliya və ya sol mədəcikdə tromb olması dəqiq müəyyən edildiyi zaman


Ədəbiyyat: Окороков А. Н. “ Лечение болезней внутренних органов” 1998, Амосова Е. Н. “ Кардиомиопатии ” 1999
589) Dilatasion kardiomiopatiya zamanı dobutamindən adətən nə vaxt istifadə olunur?

A) sol mədəciyin diastolik disfunksiyası zamanı

B) xroniki ürək çatışmazlığının terminal mərhələsində

C) AÇF inhibitorlarının qəbulu mümkün olmadıqda

D) sol mədəciyin qovma fraksiyası 35%-dən az olduqda

E) sol mədəcikdə tromb aşkar edildikdə


Ədəbiyyat: Окороков А. Н. “ Лечение болезней внутренних органов” 1998, Амосова Е. Н. “ Кардиомиопатии ” 1999
590) Dilatasion kardiomiopatiyalı xəstələrdə sol mədəciyin qovma fraksiyası nə cür olur?

A) azacıq yüksəlir

B) norma daxilində olur, yüksəlir

C) aşağı düşür

D) norma daxilində olur

E) yüksəlir


Ədəbiyyat: Амосова Е. Н. “ Кардиомиопатии ” 1999, Шлант Р. К. , Александр П. В. “ Клиническая кардиология ” 2000
591) Hansı xəstəlik zamanı ürək ritmi və keçiriciliyinin pozulması müşahidə oluna bilər?

A) dilatasion kardiomiopatiya

B) sadalananların hamısı

C) hipertrofik kardiomiopatiya

D) hipertrofik və restiktiv kardiomiopatiya

E) restriktiv kardiomipatiya


Ədəbiyyat: Амосова Е. Н. “Кардиомиопатии” 1999, Горбачев В. В. “Клиническая кардиология ” 2007
592) Eozinofiliya hansı xəstəlik üçün daha səciyyəvidir?

A) restriktiv kardiomiopatiya

B) hipertrofik kardiomiopatiya

C) miokardit

D) dilatasion kardiomiopatiya

E) sağ mədəciyin aritmogen displaziyası


Ədəbiyyat: Окороков А. Н. “ Диагностика болезней внутренних органов ” 2004, Амосова Е. Н. “ Кардиомиопатии ” 1999
593) Sol mədəciyin çıxış hissəsinin daralması hansı xəstəlik zamanı müşahidə olunur?

A) hipertrofik kardiomiopatiyalı xəstələrin hamısında

B) hipertrofik kardiomiopatiyalı xəstələrin müəyyən hissəsində

C) hipertrofik kardiomiopatiyalı xəstələrin hamısında, virus miokarditi zamanı xəstələrin əksəriyyətində

D) dilatasion kardiomiopatiyanın terminal mərhələsində

E) virus miokarditi zamanı xəstələrin əksəriyyətində


Ədəbiyyat: Горбачев В. В. “ Клиническая кардиология ” 2007
594) Hipertrofik kardiomiopatiya üçün hansı EKQ göstəricisi daha xarakterikdir?

A) adətən EKQ-də dəyişiklik olmur

B) xəstələrin əksəriyyətində sol mədəciyin hipertrofiyası müşahidə olunur

C) çox vaxt Hiss dəstəsinin sağ ayaqcığının blokadası təsadüf edir

D) çox vaxt Hiss dəstəsinin sağ ayaqcığının blokadası qeyd olunur

E) xəstələrin bir hissəsində sol mədəciyin hipertrofiyası aşkar edilir


Ədəbiyyat: Окороков А. Н. “ Диагностика болезней внутренних органов ” 2004, Амосова Е. Н. “ Кардиомиопатии ” 1999
595) Hipertrofik kardiomiopatiyanın müalicəsində ən çox hansı preparatlardan istifadə olunur?

A) ürək qlikozidləri və sidikqovucular

B) AÇF inhibitorları və spironolakton

C) nitratlar və antiaqreqantlar

D) periferik vazodilatatorlar ( prazorin, apressin )

E) β-adrenoblokatorlar və dihidropiridin sırasından olan Ca antaqonistləri


Ədəbiyyat: Окороков А. Н. “ Лечение болезней внутренних органов” 1998, Амосова Е. Н. “ Кардиомиопатии ” 1999
596) Sol mədəciyin sistolik funksiyasının zəifləməsi hansı xəstəlik üçün daha xarakterikdir?

A) hipertrofik kardiomiopatiya

B) dilatasion kardiomiopatiya

C) hipertrofik kardiomiopatiya və sağ mədəciyin aritmogen displaziyası

D) dilatasion və hipertrofik kardiomiopatiya

E) sağ mədəciyin aritmogen displaziyası


Ədəbiyyat: Шлант Р. К. , Александр П. В. “ Клиническая кардиология ” 2000, Горбачев В. В. “ Клиническая кардиология ” 2007
597) Stenokardiya sindromu ən çox hansı xəstələr üçün xarakterikdir?

A) miokardit zamanı

B) hipertrofik və dilatasion kardiomiopatiya

C) dilatasion kardiomiopatiya

D) hipertrofik kardiomiopatiya

E) restriktiv kardiomiopatiya


Ədəbiyyat: Окороков А. Н. “ Диагностика болезней внутренних органов ” 2004, Горбачев В. В. “ Клиническая кардиология ” 2007
598) Miokardit zamanı xəstələrin hansı şikayətləri daha xarakterikdir?

A) ürək nahiyəsində qısa müddətli yandırıcı ağrılar, boğulma tutmaları, qorxu hissi

B) başgicəllənmə, tərləmə, quru öskürək

C) yorğunluq, təngnəfəslik, ürəkdöyünmə, ürək nahiyəsində diskomfort

D) əsəbilik, yuxunun pozulması, baş ağrıları

E) hərarətin kəskin yüksəlməsi, üşütmə, güclü tərləmə


Ədəbiyyat: Окороков А. Н. “ Диагностика болезней внутренних органов ” 2004, Шлант Р. К. , Александр П. В. “ Клиническая кардиология ” 2000
599) Hipertrofik kardiomiopatiya nədir?

A) hipertoniya xəstəliyi zamanı sol mədəciyin hispertrofiyası

B) sol mədəciyin hipertrofiyası ilə (onun dilаtasiyası olmadan) xarakterizə olunan miokardın birincili xəstəliyi

C) revmatik mənşəli aortal stenozlu xəstələrdə sol mədəciyin hipertrofiyası

D) ürək əzələsinin hipertrofiyası nəticəsində sol mədəciyin diastolik funksiyasının pozulması

E) ÜİX zamanı ürək əzələsinin hipertrofiyası


Ədəbiyyat: Амосова Е. Н. “ Кардиомиопатии ” 1999, Горбачев В. В. “ Клиническая кардиология ” 2007
600) Hipertrofik kardiomiopatiyanın diaqnostikasında hansı müayinə üsulu daha əhəmiyyətlidir?

A) elektrokardioqrafiya

B) döş qəfəsinin R-qrafiyası

C) fonokardioqrafiya

D) sfiqmoqrafiya

E) exokardioqrafiya


Ədəbiyyat: Окороков А. Н. “ Диагностика болезней внутренних органов ” 2004, Амосова Е. Н. “ Кардиомиопатии” 1999
601) Exokardioqrafik müayinə zamanı hipertrofik kardiomiopatiyalı xəstələrdə sol mədəcik boşluğunun ölcüsü adətən necə dəyişir?

A) kiçilir

B) böyüyür

C) dəyişilmir

D) əhəmiyyətli şəkildə böyüyür

E) yalnız xəstəliyin terminal mərhələsində kiçilir


Ədəbiyyat: Окороков А. Н. “ Диагностика болезней внутренних органов ” 2004, Амосова Е. Н. “ Кардиомиопатии” 1999
602) Aktiv miokardit zamanı hansı preparatın işlədilməsi təhlükəli ola bilər?

A) panangin

B) diqoksin

C) venadaxili 5% qlükoza

D) AÇF inhibitorları

E) spironolakton


Ədəbiyyat: Окороков А. Н. “ Лечение болезней внутренних органов” 1998, Шлант Р. К. , Александр П. В. “ Клиническая кардиология ” 2000
603) Ən çox hansı infeksiyalar miokarditin əmələ gəlməsində başlıca rol oynayır?

A) pnevmokok

B) stafilokok

C) poliomielit virusu

D) streptokok

E) Koksaki – B virusu


Ədəbiyyat: Горбачев В. В. “ Клиническая кардиология ” 2007. Шлант Р. К. , Александр П. В. “ Клиническая кардиология ” 2000
604) Hansı infeksion xəsləlik zamanı miokardın zədələnməsi daha çox təsadüf edilir?

A) difteriya

B) qızılca

C) infeksion sarılıq

D) su çiçəyi

E) məxmərək


Ədəbiyyat: Горбачев В. В. “ Клиническая кардиология ” 2007. Шлант Р. К. , Александр П. В. “ Клиническая кардиология ” 2000
605) Kəskin perikarditlərdə ağrı simptomu üçün nə xarakterik deyil?

A) ağrıların nəfəs aktından, hərəkətdən, udqunmaqdan asılılığı

B) küt, sıxıcı ağrılar

C) ağrıların 30 dəqiqədən çox davam etməsi

D) nitroqliserin qəbulundan sonra ağrının zəyifləməsi

E) ağrıların döş sümüyünün arxasında lokalizasiyası


Ədəbiyyat: Ф. И. Комаров, В. Г. Кукес, А. С. Сметнев “ Внутренние болезни”

В. И. Маколкин, С. И. Овчаренко “ Внутренние болезни”


606) Konstriktiv perikarditin xarakterik auskultativ əlaməti hansıdır?

A) perikardın sürtünmə küyü

B) plevro-perikardial küy

C) qalosistolik küy

D) I-ci tonun ikiləşməsi

E) çapma ritmi


Ədəbiyyat: Ф. И. Комаров, В. Г. Кукес, А. С. Сметнев “ Внутренние болезни”

В. И. Маколкин, С. И. Овчаренко “ Внутренние болезни”


607) İrinli perikarditlərdə antibiotiklərin rasional yeridilmə yolu hansıdır?

A) parenteral yeridilmənin birbaşa perikard boşluğuna yeridilməsi ilə kombinə olunması

B) parenteral yeridilmənin peroral qəbulla kombinasiyası

C) birbaşa perikard boşluğuna yeridilməsi

D) peroral qəbul

E) parenteral yolla


Ədəbiyyat: Ф. И. Комаров, В. Г. Кукес, А. С. Сметнев “ Внутренние болезни”

В. И. Маколкин, С. И. Овчаренко “ Внутренние болезни”


608) Əsasən miokardın geniş yayılmış transmural infarktı zamanı meydana çıxan erkən (epistenokarditik) perikarditdə hansı dərman seçim preparatı hesab olunur?

A) Nifedipin

B) Heparin

C) Furosemid

D) Prednizolon

E) Aspirin


Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. , 583,"Терапевтический справочник Вашингтонского Университета" под редакцией Ч. Кэри, Х. Ли и К. Велтье. Москва-2000,стр. 150
609) Kəskin perikarditlərdə döş qəfəsindəki ağrılar hansı vəziyyətdə zəifləyir?

A) üzüqoylu uzandıqda

B) nəfəs almada

C) bədəni dairəvi hərəkət etdirdikdə

D) arxası üstə uzandıqda

E) qabağa əyildikdə


Ədəbiyyat: Ф. И. Комаров, В. Г. Кукес, А. С. Сметнев “ Внутренние болезни”

В. И. Маколкин, С. И. Овчаренко “ Внутренние болезни”


Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin