734) ÜİX diaqnozunun qoyulmasında fiziki yük sınağının həssaslığı və spesifikliyi, uyğun olaraq, neçə faiz təşkil edir? (ÜİX - ürəyin işemik xəstəiyi)
A) 66% və 78%
B) 77% və 87%
C) 87% və 99%
D) 58% və 67%
E) 68% və 77%
Ədəbiyyat: Sabit stenokardiyanin diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 3 fevral 2009-cu il tarixli 28 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2009, səh. 15
735) Hansı halda fiziki yük sınağının diaqnostik əhəmiyyəti var?
A) Kardiostimulyator ritmində
B) Hiss dəstəsinin üç şaxəsinin tam blokadasında (üçdəstəli blokada)
C) Hiss dəstəsinin sol ayaqcığının tam blokadasında
D) WPW sindromu olduğu hallarda
E) Miokardın işemiyasının ağrısız formasının aşkarlanmasında
Ədəbiyyat:Sabit stenokardiyanin diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 3 fevral 2009-cu il tarixli 28 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2009, səh. 14
736) Fiziki yükə maksimal tolerantlığın proqnostik göstəricisinin ölçüsünə aşağıdakılardan hansı aid deyil? (MET - metabolik ekvivalent).
A) Maksimal MET səviyyəsi
B) Ürək vurğularının maksimal sayı
C) Maksimal fiziki yükün davametmə müddəti
D) Ümumi periferik damar müqaviməti
E) Watt-la ifadə olunan maksimal iş yükü
Ədəbiyyat: Sabit stenokardiyanin diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 3 fevral 2009-cu il tarixli 28 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2009, səh. 15
737) Fiziki gərginliyin sonunda hansı göstəricilərin analizi stress testin klinik əhəmiyyətini artırmır?
A) Ürək vurğularının sayı
B) İş yükünün yüksək həddi
C) Test zamanı ağrının olub - olmaması
D) ST seqmentinin dəyişməməsi
E) ST seqmentinin depressiyası
Ədəbiyyat: Sabit stenokardiyanin diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 3 fevral 2009-cu il tarixli 28 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2009, səh. 15
738) Qeyri - stabil stenokardiya, xəstəliklərin beynəlxalq təsnifatına (XBT - 10) əsasən necə qeyd olunur?
A) I 11. 0
B) I 22. 0
C) I 21. 0
D) I 20. 0
E) I 23. 0
Ədəbiyyat: Sabit stenokardiyanin diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 3 fevral 2009-cu il tarixli 28 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2009, səh. 9
739) Geniş yayılmış və özünün proqnostik əhəmiyyətini təsdiqləmiş stress perfuzion təsvir üsulunda yüksək risk amillərinə aşağıdakılardan hansılar aid deyil?
A) Ürək vurğularının sayının həddindən artıq olması
B) Ürəyin dərin yayılmış işemiyası
C) Testdən sonra radionuklidin qara ciyərdə toplanıb qalması
D) Sol mədəciyin keçici işemiyasının genişlənməsi
E) Testdən sonra radionuklidin ağciyərlərdə toplanıb qalması
Ədəbiyyat: Sabit stenokardiyanin diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 3 fevral 2009-cu il tarixli 28 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2009, səh. 17.
740) Fiziki yük sınağı mümkün olmadıqda hansı farmakoloji sınağdan istifadə edilməsi məsləhət deyil?
A) Koronar vazodilatatorlardan (adenozin və dipiridamol)
B) İzoprenalin preparatından
C) Qısa təsirli simpatomimetik dərmandan (dobutamin)
D) Β-adrenoblokatorlardan (propranalol və esmolol)
E) Ergometrin preparatından
Ədəbiyyat: Sabit stenokardiyanin diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 3 fevral 2009-cu il tarixli 28 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2009, səh. 17
741) Koronar arterioqrafiya hansı hallarda aparılmamalıdır?
A) Ciddi mədəcik tipli aritmiyalarda və ya ürək dayanmasından sonrakı vəziyyətdə
B) Revaskulyarizasiya icra edilməsini tələb edən simptomlarda
C) Perkutan koronar müdaxilədən sonra restenoz ehtimalının yüksək olduğu hallarda
D) Daha əvvəl proqnostik əhəmiyyətli damarlarda aparılmış perkutan koronar müdaxilədə
E) Xroniki böyrək catışmazlıgında (eyni zamanda şəkərli diabet nəticəsində yaranmış)
Ədəbiyyat: Sabit stenokardiyanin diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 3 fevral 2009-cu il tarixli 28 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2009, səh. 18
742) Stabil stenokardiyanın qeyri - farmakoloji müalicəsində hansı hal nəzərə alınmaya bilər?
A) Tütünçəkmə ilə aterosklerozun inkişafı və proqressivləşməsi arasında müsbət əlaqə olduğundan tütünün istifadə edilməməsi
B) Korreksiyası vacib olan hipotireozlu xəstələr
C) Xəstəliyin medikamentoz müalicəsi və pasiyentin təlimləndirilməsi
D) Ürəyin işemik xəstəliyi olanlarda bədən çəkisinin azaldılmasına və lipid mübadiləsinin pozulmasının korreksiyasına yönəldilmiş pəhriz
E) Omeqa 3 yağ turşusu ilə zəngin balıq yağının ən azı həftədə bir dəfə qəbul edilməsi
Ədəbiyyat: Sabit stenokardiyanin diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 3 fevral 2009-cu il tarixli 28 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2009, səh. 18
743) Stabil stenokardiyası olan xəstələrdə koronar trombozun qarşısının alınması üçün risk və faydaları müqayisə edilməklə əks göstərişlər olmadıqda, xəstələrə antitrombositar müalicə məqsədilə aspirin hansı dozada (mq) təyin olunmalıdır?
A) 150 - 300
B) 50 - 75
C) 75 - 150
D) 300 - 450
E) 450 - 600
Ədəbiyyat: Sabit stenokardiyanin diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 3 fevral 2009-cu il tarixli 28 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2009, səh. 20
744) Xüsusi göstəriş mövcud olan stabil stenokardiyalı xəstələrdə antikoaqulyant dərmanlar (varfarin və ya trombin inhibitorları) hansı halda rutin şəklində istifadə edilə bilər?
A) Mədəciküstü ekstrasistoliyada
B) Səyrici aritmiyada
C) Paroksizmal mədəciküstü taxikardiyada
D) Paroksizmal qulaqcıq taxikardiyasında
E) Mədəcik ekstrasistoliyasında
Ədəbiyyat: Sabit stenokardiyanin diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 3 fevral 2009-cu il tarixli 28 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2009, səh. 20
745) Sabit stenokardiyalı xəstələrin pravastatinlə müalicəsində klinik tədqiqatlarda təsdiq olunmuş xəstələnmə və ölüm göstəricilərini azaldan miqdarı gündəlik neçə mq təşkil edir?
A) 10
B) 30
C) 20
D) 40
E) 50
Ədəbiyyat: Sabit stenokardiyanin diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 3 fevral 2009-cu il tarixli 28 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2009, səh. 20
746) Əgər ümumi xolesterin və aşağı sıxlıqlı lipoproteid xolesterinin hədəf səviyyələri əldə edilməmişdirsə, statinin dozası necə dəyişməlidir?
A) Azaldılmalıdır
B) Ilk birinci on gün artırılmalı, sonrakı günlər azaldılmalıdır
C) Ilk birinci on beş gün azaldılmalı, sonrakı günlər artırılmalıdır
D) Dəyişməməlidir
E) Artırılmalıdır
Ədəbiyyat: Sabit stenokardiyanin diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 3 fevral 2009-cu il tarixli 28 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2009, səh. 20
747) Stabil stenokardiyalı xəstələrdə hansı pozğunluqlar olduqda angiotenzin çevirici fermentin inhibitorunun təyini göstəriş deyil?
A) Asimptomatik sol mədəcik disfunksiyası
B) Keçirilmiş miokardın infarktı
C) Ürək çatışmazlığı
D) Aortal stenoz, anemiyalar
E) Hipertoniya xəstəliyi, şəkərli diabet
Ədəbiyyat: Sabit stenokardiyanin diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 3 fevral 2009-cu il tarixli 28 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2009, səh. 20
748) Sübut olunmuş aşağı riskli ürəyin işemik xəstəliyində sabit stenokardiyası olan, lakin ürək çatışmazlığı olmayanlarda perindopril profilaktik məqsədlə sutkalıq hansı dozada təyin olunur?
A) 24 mq
B) 16 mq
C) 4 mq
D) 8 mq
E) 2 mq
Ədəbiyyat: Sabit stenokardiyanin diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 3 fevral 2009-cu il tarixli 28 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2009, səh. 21
749) Sübut olunmuş yüksək riskli ürəyin işemik xəstəliyində sabit stenokardiyası olan, lakin ürək çatışmazlığı olmayanlarda ramipril profilaktik məqsədlə sutkalıq hansı dozada təyin olunur?
A) 10 mq
B) 2, 5 mq
C) 20 mq
D) 1, 25 mq
E) 5 mq
Ədəbiyyat: Sabit stenokardiyanin diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 3 fevral 2009-cu il tarixli 28 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2009, səh. 21
750) Miokard infarktı keçirmiş sabit stenokardiyalı xəstələrin əksəriyyətinə birinci sıra preparat kimi daxili simpatomimetik aktivliyi olmayan β - blokatorlar təyin olunduqda hansı təsir gözlənilmir?
A) Stenokardiya tutmalarının ağırlığının azalması
B) Əks göstəriş olmayanlarda antiişemik müalicədə birinci sıra dərman hesab olunur
C) Periferik damarların genişlənməsi
D) Sağqalma göstəricisinin artması
E) Stenokardiya tutmalarının tezliyinin azalması
Ədəbiyyat: Sabit stenokardiyanin diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 3 fevral 2009-cu il tarixli 28 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2009, səh. 21
751) Keçirilmiş miokardın infarktından sonra və ya ürək çatışmazlığı ilə birlikdə stabil stenokardiyalı xəstələrdə β - blokatorlara əks göstərişi olmadıqda xəstələrin antiişemik müalicəsində hansı preparat birinci sıra dərman hesab olunmur?
A) Metoprolol - suksinat
B) Nebivolol
C) Bisoprolol
D) Oksprenolol
E) Karvedilol
Ədəbiyyat: Sabit stenokardiyanin diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 3 fevral 2009-cu il tarixli 28 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2009, səh. 21
752) Stenokardiya simptomlarını və işemiya əlamətlərini (gizli işemiya daxil olmaqla) miokardın oksigenə tələbatını azaldan və ya işemik sahəyə qan təchizatını artıran antiişemik dərmanlara hansı preparatlar aid deyil?
A) Beta - blokatorlar
B) Kalsium antaqonistləri
C) Üzvi nitratlar
D) Periferik təsirli adrenergik antaqonistlər
E) Kalium kanalı aktivatorları (Azərbaycanda və bəzi digər ölkələrdə müyəssər deyil)
Ədəbiyyat: Sabit stenokardiyanin diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 3 fevral 2009-cu il tarixli 28 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2009, səh. 22
753) Sabit stenokardiyalı xəstələrin müalicəsində ümumi məsləhətlərə aşağıdakılardan hansı aid deyil?
A) Kəskin simptomlu bütün xəstələrə uzun təsirli nitratların təyin edilməsi
B) Klinik tədqiqatlarda göstərildiyi kimi, bir - birinin effektini artıran antiişemik preparatların istifadəsi
C) Bir dərmana digərini əlavə etmədən həmin preparatın dozasını optimallaşdırılması
D) Kəskin simptomların aradan qaldırılması üçün qısa təsirli nitratların təyin edilməsi
E) Antiişemik dərmanların ehtiyaclara görə təyin edilməsi və fərdi şəkildə nəzarət olunması
Ədəbiyyat: Sabit stenokardiyanin diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 3 fevral 2009-cu il tarixli 28 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2009, səh. 22
754) “X sindromlu” xəstələrin təqribən yarısında nitratlar effektiv olur və əgər bunlar effektiv deyilsə, onda hansı preparatlar əlavə olunmalıdır?
A) Sinus düyünü inhibitorları və ya antitrombositar preparatlar
B) Kaliun kanallarının blokatorları və ya angiotezin çevirici fermentin inhibitorları (bəzi hallarda if inhibitorları)
C) Natrium kanallaranın blokatorları və ya β-adrenoblokatorlar
D) Nitratlara bənzər preparatlar (molsidomin) və ya kalium kanalları aktivatorları
E) Kalsium antaqonistləri və ya β-adrenoblokatorlar (bəzi hallarda trimetazidin)
Ədəbiyyat: Sabit stenokardiyanin diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 3 fevral 2009-cu il tarixli 28 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2009, səh. 32
755) Son zamanlar stenokardiya simptomlarını və işemiya əlamətlərinin (gizli işemiya daxil olmaqla) aradan qaldırılmasında əlavə hansı antiişemik preparatlardan istifadə olunur?
A) Α-adrenerqik blokatorlar
B) Α-adrenergik antaqonistlər
C) Sinus düyününün inhibitorları
D) Birbaşa renin inhibitorları
E) Kalium kanalları aktivatorları
Ədəbiyyat:Sabit stenokardiyanin diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 3 fevral 2009-cu il tarixli 28 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2009, səh. 22
756) Tienopiridin qrupundan olan klopidoqrel hansı hallarda aspirinə alternativ təyin edilə bilər?
A) kəskin koronar sindromundan sonra
B) anamnezində WPW (Volf - Parkinson - Vayt) sindromu olanlarda
C) səyirici aritmiyanın taxisistolik formasında
D) aspirinə qarşı allergiya olduqda
E) stent implantasiyası olan xəstələrdə
Ədəbiyyat: Sabit stenokardiyanin diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 3 fevral 2009 - cu il tarixli 28 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2009, səh. 20
757) Tienopiridin qrupundan olan klopidoqrel hansı hallarda aspirinə əlavə olaraq təyin edilir?
A) mədəcik taxikardiyalarında
B) supraventikulyar taxikardiyalarda
C) stent implantasiyası olan xəstələrdə
D) anamnezində Klеrk - Levi - Kristesko (СLС) sindromu olanlarda
E) səyrici aritmiyanın paroksizmində
Ədəbiyyat:Sabit stenokardiyanın diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 3 fevral 2009 - cu il tarixli 28 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2009, səh. 20
758) Sakit halda EKQ - sı qeyri normal olan ürəyin işemik xəstəliklərinin hansı pozğunluğunda stress sınaqları diaqnostik baxımdan əhəmiyyətli və informativ olur?
A) Uzun müddət digitalis preparatlarının qəbulu zamanı
B) WPW (Volf - Parkinson - Vayt) sindromu olduğu halda
C) Kardiostimulyator ritmində
D) Mədəcikdaxili keçiriciliyin pozulmasında
E) Miokardın perfuziya pozğunluğunda
Ədəbiyyat:Sabit stenokardiyanın diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 3 fevral 2009 - cu il tarixli 28 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2009, səh. 15
759) Exokardioqrafiya və perfuzion ssintiqrafiya stress təsvir metodlarının adi fiziki yük EKQ sınağından üstün olmayan cəhəti nədir?
A) Yüksək diaqnostik və proqnostik əhəmiyyətə malik olması
B) Agciyər arteriyasının tromboemboliyasında yüksək diaqnostik əhəmiyyətliliyi
C) Ritm pozğunluğu növlərinin təyinində informativ olması
D) Fiziki yük sınağının aparılması mümkün olmayan xəstələrdə diaqnostik əhəmiyyətliliyi
E) İşemiya sahələrinin lokalizasiya etibarilə təyininin mümkünlüyü
Ədəbiyyat:Sabit stenokardiyanın diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 3 fevral 2009 - cu il tarixli 28 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2009, səh. 16
760) Ürəyin işemik xəstəliyinin kəskinləşməsi olan xəstələrdə klinik riskin ilkin qiymətləndirilməsi və müalicə taktikasının seçilməsi üçün zəruri olan kəskin koronar sindromu diaqnozu sonradan hansı diaqnozla əvəz oluna bilər?
A) aterosklerotik kardiosklerozla
B) kiçik ocaglı infarktla
C) infarktdan sonrakı kardiosklerozla
D) kəskin ocaglı distrofiya ilə
E) qeyri - sabit stenokardiya ilə
Ədəbiyyat:Kəskin koronar sindromun diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 27 fevral 05 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2012, . Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 27 fevral 05 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2012, səh. 8
761) Avropa statistikasına görə kəskin koronar sindromlu ST seqmentinin qalxması olmayan xəstələrin illik rast gəlmə tezliyi ST seqmentinin qalxması olan xəstələrə nisbəti necədir?
A) ST-nın qalxması olmayan və ST-nın qalxması ilə gedən miokardın infarktı ilə nəticələnənlər bərabərdir
B) ST-nın qalxması olan və miokardın infarktı ilə nəticələnənlər daha çoxdur
C) ST-nın qalxması olmayanlar daha azdır
D) ST-nın qalxması olmayan xəstələr daha çoxdur
E) Xəstəliyin ilk altı ayında ST-nın qalxması olmayanlar daha çox, sonrakı altı ayda isə azdır
Ədəbiyyat:Kəskin koronar sindromun diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 27 fevral 05 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2012, . Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 27 fevral 05 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2012, səh. 8
762) ST-seqmentinin qalxması olmayan kəskin koronar sindromu ilə il ərzində xəstəxanaya olan qəbul hər 1000 nəfər əhaliyə neçə nəfər düşür?
A) 8
B) 6
C) 3
D) 12
E) 10
Ədəbiyyat: Kəskin koronar sindromun diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 27 fevral 05 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2012, səh. 8
763) Xəstəxanaya sağ çatan xəstələr arasında ST - seqmentinin qalxması olmayan kəskin koronar sindromlu xəstələrin 4 il ərzində olan ölüm faizi, ST - seqmentinin qalxması ilə gedən miokard infarktlı xəstələrə nisbətən neçə dəfə çoxdur?
A) 6
B) 8
C) 3
D) 2
E) bərabərdir
Ədəbiyyat:Kəskin koronar sindromun diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 27 fevral 05 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2012, . AzRSN. Вакı, 2012. Səh 8
764) Kəskin koronar sindromu diaqnozu hansı müayyinə metodu əsasında aparılır?
A) Kompyuter tomoqrafiya
B) Exo KQ
C) Fono KQ
D) EKQ
E) Maqnit rezonans
Ədəbiyyat:Kəskin koronar sindromun diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 27 fevral 05 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2012, . AzRSN. Вакı, 2012. Səh 10
765) Hansı klinik əlamətlər ST - seqmentinin qalxması olmayan kəskin koronar sindromlu xəstələrdə aid deyil?
A) III funksional sinifə uyğun olan ilk dəfə baş verən stenokardiya ağrıları
B) Ən azı III funksional sinifə keçməsi ilə nəticələnən proqressivləşmiş stenokardiya ağrıları
C) Sakit halda əmələ gələn davamlı ağrılar (20 dəqiqədən artıq)
D) Miokardın infarktından sonrakı stenokardiya ağrıları
E) Yalnız fiziki gərqinlikdə 1 - 3 dəqiqə müddətində əmələ gələn stenokardiya ağrıları
Ədəbiyyat:Kəskin koronar sindromun diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 27 fevral 05 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2012, . AzRSN. Вакı, 2012. Səh 10
766) ST - seqmentinin qalxması olmayan kəskin koronar sindromlu xəstələrin neçə faizində sakit halda əmələ gələn davamlı ağrılar (20 dəqiqədən artıq) müşahidə edilir?
A) 60
B) 80
C) 20
D) 40
E) 90
Ədəbiyyat:Kəskin koronar sindromun diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 27 fevral 05 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2012, . AzRSN. Вакı, 2012. Səh 10
767) ST seqmentinin qalxması olmayan kəskin koronar sindromlu xəstələrin neçə faizində proqressivləşən stenokardiya təsadüf edilir?
A) 20
B) 60
C) 40
D) 10
E) 80
Ədəbiyyat:Kəskin koronar sindromun diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 27 fevral 05 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2012, . AzRSN. Вакı, 2012. Səh 10
768) Aşağıdakı hallardan hansı ST seqmentinin qalxması olmayan kəskin koronar sindromlu xəstələrin tipik klinik təzahürlərinə aid deyil?
A) çənəyə yayılan fasiləli (adətən bir neçə dəqiqə davam edən) və davamlı ağrılar
B) döş sümüyü arxasında sıxılma
C) sol qola və boyuna yayılan fasiləli (adətən bir neçə dəqiqə davam edən) və davamlı ağrılar
D) döş sümüyünün sol tərəfində nöqtəvari davamlı ağrılar
E) döş sümüyü arxasında yandırıcı fasiləli (adətən bir neçə dəqiqə davam edən) və davamlı ağrılar
Ədəbiyyat: Kəskin koronar sindromun diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 27 fevral 05 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2012, . AzRSN. Вакı, 2012. Səh 10
769) Simptomları olmayan xəstələrlə qarşılaşdıqda ürəyin işemik xəstəliyi və həmçinin ST seqmentinin qalxması olmayan kəskin koronar sindromu diaqnozunun qoyulma ehtimalını artıran klinik meyarlara aşağıdakılardan hansı aid deyil?
A) kişi cinsi
B) aşağı ətraf venalarının tromboflebiti
C) ahıl yaş
D) yuxu arteriyasının aterosklerozu
E) periferik arteriyaların aterosklerozu
Ədəbiyyat:“Kəskin koronar sindromun diaqnostika və müalicəsi üzrə klinik protokol”. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 27 fevral 05 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2012, səh 12
770) GRACE və TIMI TQ - ın risk hesablamaları əsasında aparılan kəskin koronar sindromlu xəstələrdə klinik riskin qiymətləndirilməsi dedikdə nə başa düşülür? ( GRACE - Kəskin Koronar Halların Qlobal Registri , TIMI TQ - Miokard Infarktında Trombolizis üzrə Tədqiqat Qrupu)
A) Qanın laxtalanmasının yüksək olması fonunda ST - nın qalxması
B) Miokard infarktın baş verməsi, təkrarlanması və ölüm riski
C) ST - nın qalxması olmadığı halda miokard infarktla nətiçələnmə tezliyi
D) ST - nın qalxmasının olması və tez - tez ölüm qorxususunun baş verməsi
E) Davamlı stenokardiya ağrıları və anamnezində ürəyin dayanması kimi klinik göstəricinin olması
Ədəbiyyat:“Kəskin koronar sindromun diaqnostika və müalicəsi üzrə klinik protokol”. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 27 fevral 05 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2012, səh 12
771) ST - seqmentinin qalxması ilə gedən və miokard infarktı ilə nəticələnən kəskin koronar sindromun diaqnostik alqoritminə hansı dəyişikliklər aid deyil?
A) Biokimyəvi müayinədə troponin və kreatinfosfokinaza MB - ın yüksəlməsi
B) Döş qəfəsində ağrılar
C) EKQ - da ST - seqmentinin davamlı qalxması
D) Normal və ya qeyri - müəyyən EKQ
E) EKQ - da ST/T dəyişiklikləri
Ədəbiyyat:“Kəskin koronar sindromun diaqnostika və müalicəsi üzrə klinik protokol”. AzRSN. Вакı, 2012. Səh 12. V. Ə. Əzizov, “Daxili xəstəliklər”, İ - cild Kardiologiya, Bakı, 2007, Səh. 196
772) ST seqmentinin qalxması olmayan miokard infarktlı (və ya qeyri - sabit stenokardiya) xəstələrdə kəskin koronar sindromun diaqnostik alqoritminə hansı dəyişiklik aid deyil?
A) Döş qəfəsində ağrılar
B) Biokimyəvi müayinədə troponinin normal olması və ya düşməsi
C) Qeyri - müəyyən EKQ
D) EKQ - də ST - nın davamlı qalxması
E) EKQ - da ST/T dəyişiklikləri
Ədəbiyyat:“Kəskin koronar sindromun diaqnostika və müalicəsi üzrə klinik protokol”. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 27 fevral 05 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2012, səh 12
Dostları ilə paylaş: |