822) Kəskin hipotenziya və taxikardiya ilə müşayiət olunan ağciyər ödemi zamanı hansı preparat istifadə olunur?
A) atropin
B) diltiazem
C) dobutamin
D) adrenalin
E) talinolol
Ədəbiyyat: В.И. Метелица « Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных препаратов », 2005.
823) Qəfləti ürək-damar sisteminin dayanması zamanı aşağıdakı tədbirlərdən hansı icra olunmur?
A) ağciyərlərin süni ventilyasiyası
B) prednizolonun yeridilməsi
C) ürəyin qapalı masajı
D) adrenalinin yeridilməsi
E) defibrilyasiya
Ədəbiyyat: Е.И. Чазов, Ю.Н. Беленков « Рациональная фармакотерапия сердечно-сосудистых заболеваний », 2006.
824) Ağciyərlərin ödemi zamanı eufillinin təyini nəyin fonunda göstərişdir?
A) hipertenziya
B) taxikardiya
C) bronxospazm
D) hipotenziya
E) miokard infarktı
Ədəbiyyat: Ю.Р. Ковалев «Кардиология в вопросах и ответах», 2002.
825) Bronxospazm və bradikardiya ilə birgə müşayiət olunan ağciyər ödemində hansı preparatın işlədilməsi məqsədəuyğundur?
A) adrenalin
B) atropin
C) izadrin
D) efedrin
E) eufillin
Ədəbiyyat: Ю.Р. Ковалев «Кардиология в вопросах и ответах», 2002.
826) Aterosklerozun konservativ müalicəsinin və ikincili profilaktikasının əsas məqsədi aterosklerotik piləyin destabilləşməsinin, onun dağılmasının və damardivarı tromblaşmanın başlamasının qarşısının alınmasıdır. Bunun üçün nələrin istifadəsi vacıb deyil?
A) antiaqreqant terapiyanın
B) antianqinal preparatların
C) β - adrenoblokatorların
D) anqiotenzinçevirici ferment inhibitorlarının
E) antioksidant müdafiəli fermentlərin
Ədəbiyyat:Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 353
827) Aterosklerozlu xəstələrdə hidroksi - metilqlütaril (HMQ) - КоА - reduktazanın inhibitorlarının (statinlərin) müsbət effektinə nə aid deyil? (XS - xolesterin, ASL - aşağı sıxlıqlı lipoproteinlər, YSL – yüksək sıxlıqlı lipoproteinlər).
A) Xolesterinin sintezinin azalması nəticəsində YSL XS həddinin əhəmiyyətli enməsi
B) Qan dövranında aşağı sıxlıqlı lipoproteinlərin utilizasiyası
C) Xolesterinin sintezinin azalması nəticəsində ASL XS həddinin əhəmiyyətli enməsi
D) ASL - reseptorların aktivliyinin artması
E) Qan dövranında aşağı sıxlıqlı lipoproteinlərin tutulması
Ədəbiyyat:Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 360
828) Hansı kliniki vəziyyətlərdə hidroksi - metilqlütaril (HMQ) – КоА - reduktaza inhibitorlarının qəbulu əks göstəriş deyil?
A) qara ciyərin aktiv patoloji proseslərində
B) ətraflarda podaqraya uyğun dəyişiklik
C) qara ciyər fermentlərinin səviyyəsinin ilkin yüksək olmasında
D) preparatın komponentlərinə həssaslığın yüksək olmasında
E) hamiləlik və döş əmizdirmə zamanı
Ədəbiyyat:Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 363
829) Hansı kliniki vəziyyətlərdə fibratların təyini göstəriş deyil?
A) xroniki qastrit
B) xroniki otit
C) hiperproteinemiya
D) xroniki piyelonefrit
E) hipoproteinemiya
Ədəbiyyat:Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 365
830) Hansı klinik halda öd turşusunun sekvestrantlarıyla müalicə əks göstəriş deyil?
A) preparata yüksək həssaslıq olduqda
B) arterial hipertoniyada
C) öd yollarının obstruksiyasında
D) əhəmiyyətli hipertriqliseridemiyada
E) hamiləlikdə
Ədəbiyyat:Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 365
831) QT intervalının uzanması nə zaman rast gəlinir?
A) Anadangəlmə QT intervalının uzanma sindromu
B) Ürək qlikozidləri ilə intoksikasiya zamanı
C) Mədəciklərin erkən repolyarizasiya sindromunda
D) Ürək vurğularının sayının azalması
E) Ürək vurğularının sayının artması
Ədəbiyyat: I.A. Latfullin “Kliniki aritmologiya” 2002.
832) QT intervalının qısalması nə zaman rast gəlinir?
A) Uremiya fəsadlaşmasında
B) Ürək qlikozidləri ilə intoksikasiya
C) Hipokalsemiya
D) Ürək vurğularının sayının artması
E) Hipermaqneziemiya
Ədəbiyyat: I.A. Latfullin “Kliniki aritmologiya” 2002 .
833) 2-ci sıradan olan AV birləşmədən əvəzedici ritmin tezliyi neçəyə bərabərdir?
A) ÜVS 1 dəq-də 30-dan az
B) ÜVS 1 dəq-də 20-dən az
C) ÜVS 1 dəq-də 40-50
D) ÜVS 1 dəq-də 20-30
E) ÜVS 1 dəq-də 90-100
Ədəbiyyat: V.N. Orlov “Elektrokardioqrafiya üzrə rəhbərlik” 2003 .
834) 5- ci sıradan olan Purkinye liflərindən əvəzləyici ritmin tezliyi neçəyə bərabərdir?
A) ÜVS<30 1 dəq-də
B) ÜVS<20 1 dəq-də
C) ÜVS dəq-də 20-30
D) ÜVS dəq-də 40-50
E) ÜVS dəq-də 60-80
Ədəbiyyat: V.N. Orlov “Elektrokardioqrafiya üzrə rəhbərlik” 2003 .
835) Sol mədəcik ekstrasistolalarının xarakterizə edici amilləri:
A) EKQ də V1-6 aparmalarında QRS kompleksində hündür “R” dişlərinin qeydi
B) EKQ də V1-3 aparmalarında QRS kompleksində dərin “S”dişlərinin qeydi
C) Natamam kompensator pauza
D) EKQ də V1-3 aparmalarında QRS kompleksində hündür “R”dişi və V4-6 aparmalarında dərin “S” dişlərinin qeydi
E) EKQ də V1-6 aparmalarında QRS kompleksində dərin“S” dişlərinin qeydi
Ədəbiyyat: V.N. Orlov “Elektrokardioqrafiya üzrə rəhbərlik” 2003 .
836) His dəstəsi sol ön şaxəsinin blokadası zamanı ürəyin elektrik oxunun istiqaməti:
A) Aşağı, sağa
B) Ön və arxaya
C) Sola, aşağı
D) Kəskin sola, yuxarı
E) Önə və yuxarı
Ədəbiyyat: V.N. Orlov “Elektrokardioqrafiya üzrə rəhbərlik” 2003 .
837) His dəstəsi sol arxa şaxəsinin blokadası zamanı ürəyin elektrik oxunun istiqaməti:
A) Önə və yuxarı
B) Önə və arxaya
C) Sola və yuxarı
D) Sola və aşağı
E) Sağa və aşağı
Ədəbiyyat: V.N. Orlov “Elektrokardioqrafiya üzrə rəhbərlik” 2003 .
838) ExoKQ zamanı sol mədəciyin son–sistolik ölçüsü neçədir?
A) 36-48 mm
B) 32-36 mm
C) 38-56 mm
D) 22-38 mm
E) 42-56 mm
Ədəbiyyat: H.Feiqenbaum “Руководство по эхокардиографии”,5 издание,издательство Вивар,1999.
839) Əsasən hansı xəstəliklər zamanı rentqenolojı müayinədə aortanın uzanması və genişlənməsi müşahidə olunur?
A) mitral qapaq çatışmazlığında və Botal axacağın bağlanmamasında
B) ağciyər qapaqlarının çatışmazlığında
C) üçtaylı qapaq çatışmazlığında və mitral qapaqların prolapsında
D) aorta qapaqlarının çatışmazlığında
E) aterosklerotik zədələnmə və arterial hipertenziyalarda
Ədəbiyyat:Г.Е.Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 332
840) Xroniki ürək çatışmazlığının erkən mərhələlərində kliniki əlamətlərə görə diaqnoz qoymaq mümkün olmadıqda sadalanan instrumental müayinə metodlarının hansından istifadə olunması effektiv hesab olunmur (o cümlədən mədəciklərin gizli, simptomsuz sistolik disfunksiyaları zamanı)?
A) Exo KQ
B) EKQ
C) Maqnit - rezonans tomoqrafiya
D) Yüklənmə sınaqları
E) Radionuklid müayinə metodları
Ədəbiyyat:1) Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 92. 2) А. Джонн Кэмм, Томас Ф.Люшер, Патрик В.Серруис. Болезни сердца и сосудов. Руководство Европейского общества кардиологов. Москва, «ГЭОТАР - Медиа», 2011, стр.873, 874
841) Aterosklerotik kardiosklerozlu xəstələrin rentgenoloji müayinəsi zamanı aortanın düz, sol ön çəp və sol yan proyeksiyasında hansı pozğunluq qeyd olunmur?
A) Uzanması
B) Divarında kalsiumun toplanması
C) Genişlənməsi
D) Rentqenoskopiyada pulsasiyanın zəifləməsi
E) Anevrizmatik qabarması
Ədəbiyyat:Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 332
842) Oxşar kliniki simptomlara (təngnəfəslik, taxikardiya və başqaları) malik və bu halda yüksək ürək atımlı xroniki ürək çatışmazlığının mümkün səbəbi hesab olunan hansı xəstəliyin nəticəsi qanın ümumi kliniki analizi ilə təstiqlənir?
A) Kardiomiopatiyalar
B) Mitral qapaq çatışmazlığı
C) Miokardit
D) Anemiya
E) Ağ ciyərlərin obstruktiv xəstəlikləri
Ədəbiyyat:Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 92. .
843) Sidiyin ümumi analizi ilə təsdiqlənən hansı laborator nəticə xroniki ürək çatışmazlığında böyrəklərin zədələnməsi markeri hesab olunur və eyni zamanda nefrotik sindromun, kəskin və xroniki qlomerulonefritin və başqa ödem sindromlu böyrək xəstəliklərinin xarakter əlamətlərindən biri hesab olunur?
A) Proteinuriya
B) Leykosituriya
C) Silindruriya
D) Makrohematuriya
E) Mikrohematuriya
Ədəbiyyat:Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 93, 94
844) Xroniki ürək çatışmazlıqlı xəstələrdə eyni zamanda diaqnostik test kimi istifadə olunan qanın biokimyəvi analizlərindən hansı nəticələri müalicə təyin olunduqda mütləq nəzərə alınmalıdır?
A) Qələvi fosfataza
B) Lg-E immunoqlobulinlər
C) Kortizol
D) Lipaza, amilaza
E) Elektrolitlərin disbalansı (Nа+, К+, Са2+, Мg2+ və s. )
Ədəbiyyat:Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 93, 94
845) Qanın biokimyəvi analizlərinin hansı nəticəsi xroniki ürək çatışmazlıqlı xəstələrdə şəkərli diabetin ola bilməsini təsdiq edir?
A) Hiperqlikemiya
B) Testosteronunun miqdarının artması
C) Üzüm turşusunun artması
D) Elektrolitlərin disbalansı (Nа+, К+)
E) Dislipidemiya
Ədəbiyyat:Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 93, 94
846) Böyrək xəstəliyi olan xroniki ürək çatışmazlıqlı xəstələrdə qanın biokimyəvi analizlərinin hansı nəticələri xroniki böyrək çatışmazlığının başlanmasını təsdiq edir?
A) Sidik cövhərinin və kreatininin miqdarının artması
B) Qalıq azotun və şəkərin miqdarının artması
C) Qələvi fosfatazanın və lipidlərin miqdarının artması
D) Ümumi bilirubinin miqdarının artması
E) Elektrolitlərin disbalansı (dəmir, mis, fosfor)
Ədəbiyyat:Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 93, 94
847) Qanın biokimyəvi analizinin hansı nəticələri koronar arteriyaların aterosklerozu və ürəyin işemik xəstəliklərini təsdiqləyir və çox güman ki, xroniki ürək çatışmazlığının səbəbidir? (XS- xolesterin, ASL –aşagı sıxlıqlı lipoproteinlər, YSL – yuxarı sıxlıqlı lipoproteinlər, TQ - triqliseridlər).
A) Kreatinin və sidik cövhəri
B) Xolinesteraza və qələvi fosfataza
C) Timol sınağı, tiroksin və triyodtironin
D) Lipaza və diastaza
E) Hiperlipidemiya (ümumi ХS, ХS ASL, ХS YSL, TQ, aterogenlik əmsalı)
Ədəbiyyat:Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 93, 94
848) Qanın biokimyəvi analizinin hansı nəticələri xroniki ürək çatışmazlıqlı xəstələrdə qara ciyər funksiyasının pozğunluğunu təsdiq etmir? (АsАТ - аspartat-aminotransferaza, АlАТ - alanin-aminotrasferaza, QQTP - qamma-qlutamiltranspeptidaza, LDH - laktat-dehidroqenaza, KFK - kreatinfosfokinaza МВ fraksiyası).
A) LDH, KFK miqdarının dəyişilməsi
B) Qara ciyərin çöküntü sınağının dəyişilməsi
C) Hiperfermentemiya (АsАТ, АlАТ, QQTP)
D) Haptoqlobin Hp1-1 fenotipinin miqdarının artması
E) МВ KFK miqdarının dəyişilməsi
Ədəbiyyat:Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 93, 94
849) Qanın biokimyəvi analizinin hansı nəticələri xroniki ürək çatışmazlıqlı xəstələrdə hipertireozu və ya hipotireozu təsdiq edir? (ТТH - tireotrop hormon, Т4 - tiroksin, Т3 - triyodtironin, LDH - laktatdehidroqenaza, KFK - kreatinfosfokinaza МВ -fraksiyası).
A) Γ -qlutamiltranspeptidazanın miqdarının artması
B) LDH, KFK МВ miqdarının dəyişilməsi
C) ТТH, Т3, Т4 miqdarının dəyişilməsi
D) Α-1- qlobulinlərin miqdarının artması
E) Qara ciyərin çöküntü sınağının dəyişilməsi
Ədəbiyyat:Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 93, 94
850) Sakit halda çəkilmiş EKQ-nin hansı nəticələri xroniki ürək çatışmazlığının əmələ gəlməsinin miokardın infarktından sonrakı kardioskleroz və ürəyin nasos funksiyasının zəifləməsi hesabına yaranmasını göstərir?
A) Sağ mədəciyin hipertrofiyası
B) Keçirilmiş miokard infarktın EKQ əlamətləri (patoloji Q dişi)
C) Taxiaritmiyalar, bradiaritmiyalar
D) Sinus taxikardiyası
E) Sol mədəciyin hipertrofiyası
Ədəbiyyat:Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 93, 94
851) Əgər xroniki ürək çatışmazlıqlı xəstələrdə ürəyin yığılma qabiliyyətinin zəifləməsi fonunda simpatik - adrenal sistemin aktivliyinin artması baş verirsə, onda sakit halda çəkilmiş EKQ - də nə görünər?
A) Səyrici aritmiya
B) Sağ mədəcik dilatasiyası əlamətləri
C) Sol qulaqcığın hipertrofiyası əlamətləri
D) Sinus taxikardiyası
E) Keçirilmiş miokard infarktın EKQ əlamətləri (patoloji Q dişi)
Ədəbiyyat:Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 93, 94
852) Sakit halda EKQ-nın hansı nəticələri xroniki ürək çatışmazlıqlı xəstələrdə xəstənin vəziyyətinin ağırlaşmasının mümkün səbəbini təsdiq edir?
A) Sağ mədəciyin hipertrofiyasının əlamətləri
B) Nəzərə çarpan sinus taxikardiyası
C) Sol mədəciyin hipertrofiyası sistolik yüklənməsilə
D) Taxiaritmiyalar, bradiaritmiyalar
E) Hiss dəstəsinin sağ ayağcığının blokadası
Ədəbiyyat:Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 93, 94
853) Hansı xəstəliklər və pozğunluqlarda (xroniki ürək çatışmazlığlı xəstələrdə) sakit halda çəkilmiş EKQ-də sol mədəciyin hipertrofiyasının əlamətləri qeyd olunmur?
A) Aortal qapağın qüsurlarında
B) Sol mədəciyin diastolik disfunksiyasında
C) Sol qulaqcıq - mədəcik dəliyinin stenozunda
D) Ürəyin işemik xəstəliyində
E) Arterial hipertenziyada
Ədəbiyyat:Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 93, 94
854) Sakit halda EKQ-ın hansı nəticəsi sübut edir ki, xroniki ürək çatışmazlığının mümkün səbəbi ağ ciyərlərin obstruktiv xəstəlikləridir və eyni zamanda bu ağciyər arterial hipertenziyasının əlamətidir?
A) Hiss dəstəsinin sol ayagçığının tam blokadası
B) Sinus aritmiyası
C) Sol mədəciyin hipertrofiyası
D) Aparıcı qulagcıq ritminin miqrasiyası
E) Sağ mədəciyin hipertrofiyası
Ədəbiyyat:Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 93, 94
855) Döş qəfəsi orqanlarının hansı rentqenoqrafik nəticələri xroniki ürək çatışmazlıqlı xəstələrdə kicik qan dövranı hemodinamik pozğunluqlarının ağırlıq dərəcəsini təsdiq etmir? (AH - arterial hipertenziya).
A) Ağ ciyərlərdə venoz durğunluq və arteriolyar ağ ciyər AH əlamətləri
B) Hidrotoraks
C) Kardiomeqaliya
D) Aortanın genişlənməsi və kalsinozu
E) Ürək belinin hamarlaşması
Ədəbiyyat:Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 93, 94
856) Exokardioqrafiyanın hansı nəticəsi (qan axınının dopler müayinəsi ilə) xroniki ürək çatışmazlığının mümkün səbəbi olan ürəyin işemik xəstəliyini təsdiq edir?
A) Sol mədəciyin hipertrofiyasız dilatasiyası əlamətləri
B) Sol mədəciyin asimmetrik hipertrofiyasının əlamətləri
C) Sol mədəciyin yığılma funksiyasının lokal pozğunluqları
D) Perikard boşluğuna mayenin yığılması
E) Mədəciklərarası cəpərin hipertrofiyası
Ədəbiyyat:Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 93, 94
857) Exokardioqrafiyanın hansı nəticələrı (qan axınının dopler müayinəsi ilə) xroniki ürək çatışmazlığının mümkün səbəbi olan ekssudativ perikarditi təsdiq edir?
A) Qulaqcıqlararası cəpərin lipomatoz hipertrofiyası
B) Sol mədəciyin çıxış yolunun obstruksiyası
C) Perikard boşluğuna mayenin yığılması
D) Mitral qapağın ön sistolik hərəkəti
E) Mədəciklərin dissinxroniyası
Ədəbiyyat:Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 93, 94.
858) Exokardioqrafiyanın hansı nəticələri (qan axınının dopler müayinəsi ilə) ürəyin xroniki işemik xəstəlikləri olan xəstələrdə xroniki ürək çatışmazlığının mümkün səbəbi olan ekssudativ perikarditi təsdiq edir?
A) Sol mədəciyin yığılma funksiyasının lokal pozğunluqları (asinergiyalar)
B) Sol mədəciyin hipertrofiyası və dilatasiyası əlamətləri
C) Perikard təbəqələrin bitişməsi, qalınlaşması və digər göstəricilər
D) Sağ mədəciyin hipertrofiyasının əlamətləri
E) Mədəciklərarası cəpərin asimmetrik hipertrofiyası
Ədəbiyyat:Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 93, 94
859) Exokardioqrafiyanın hansı nəticəsi (qan axınının dopler müayinəsi ilə) ürəyin xroniki işemik xəstəlikləri olan xəstələrdə xroniki ürək çatışmazlığının mümkün səbəbi olan arterial hipertoniya xəstəliyini təsdiq edir?
A) Sol mədəciyin dilatasiyasının əlamətləri
B) Sol mədəciyin lateral və ön şöbələrinin hipokineziyası
C) Sağ mədəciyin asimmetrik hipertrofiyasının əlamətləri
D) Mədəcikarası çəpərin yalnız bazal şöbəsinin hipertrofiyası
E) Sol mədəciyin kütləsinin artması
Ədəbiyyat:Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 93, 94
860) Exokardioqrafiyanın hansı nəticəsi (qan axınının dopler müayinəsi ilə) diastolik xroniki ürək çatışmazlığının mümkün səbəbi olan hipertrofik kardiomiopatiyanı təsdiqləyir?
A) Sol mədəciyin asimmetrik hipertrofiyasının əlamətləri
B) Sol və sağ qulagçığın böyüməsi
C) Sol mədəciyin reqional və ya qlobal yığılma funksiyasının azalması
D) Sol mədəciyin bütün divarlarının bərabər hipertrofiyası
E) Sol mədəciyin dilatasiyası
Ədəbiyyat:Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 93, 94
861) Exokardioqrafiyanın hansı nəticəsi (qan axınının dopler müayinəsi ilə) diastolik xroniki ürək çatışmazlığının mümkün səbəbi olan dilatasion kardiomiopatiyanı təsdiqləyir?
A) Sol mədəciyin hipertrofiyasız dilatasiyası əlamətləri
B) Sol mədəciyin asimmetrik hipertrofiyası əlamətləri
C) Mitral qapağın ön - sistolik hərəkəti fenomeni
D) Sol mədəciyin son - sistolik və son - diastolik həcmlərinin azalması
E) Mədəciklərarası çəpərin sol mədəciyin arxa divarına 1, 3/1 münasibətindən çox olması
Ədəbiyyat:Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 93, 94
862) Exokardioqrafiyanın hansı nəticəsi (qan axınının dopler müayinəsi ilə) xroniki ürək çatışmazlığının mümkün səbəbi olan mövcud ürək qüsurlarını təsdiq edir?
A) Sol mədəciyin asimmetrik hipertrofiyasının əlamətləri
B) Sag mədəciyin aritmoqen kardiomiopatiyası
C) Mədəciklərarası cəpərin və zirvənin lokal hipertrofiyası
D) Qapaq zədələnmələri
E) Ağ ciyər və qara ciyər venalarında qan axınının xarakteri
Ədəbiyyat:Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 93, 94
863) Hansı rentqenolojı qöstəricilər ağ ciyər arteriyasının arterial hipertenziyasının əlamətləri hesab olunmur?
A) Ağ ciyər arteriyası kötüyünün və iri şaxələrinin pulsasiyasının güclənməsi
B) Ağ ciyər arteriyası kötüyünün və iri şaxələrinin daralması
C) Periferik arteriyaların nəzərə çarpan daralması, hansılar ki, kiçilmiş, ”kəsilmış” halda görünür
D) Sag mədəcik ölçülərinin böyüməsi əlamətləri
E) Ağ ciyər arteriyası kötüyünün və iri şaxələrinin genişlənməsi
Ədəbiyyat:Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 98 - 99
864) Lovastatinin təsir mexanizminə aşağıdakılardan hansı aiddir?
A) Xolesterinin sintezini inhibə edir
B) Aşağı sıxlıqlı lipoprotein reseptorlarını azaldır
C) Yuxarı sıxlıqlı lipoprotein səviyyəsini artırır
D) Bağırsaqlardan xolesterinin sorulmasını azaldır
E) Bağırsaqlardan öd turşusunun sorulmasını azaldır
Ədəbiyyat: В. И. Метелица «Справочник кардиолога по клинической фармакологии сердечно-сосудистых лекарственных средств» 2005г.
865) Xüsusi tədqiqatlara əsasən hiperlipidemiyası olan ÜİX -li şəxslərdə aşağıda göstərilən hansı qrup preparatlarının qəbulu ömrü uzadır?
A) Asetil salisil turşusu törəmələri
B) Hormonlar
C) Fibratlar
D) Statinlər
E) Nikotin turşusu
Ədəbiyyat: Кобалава Ж.Д.// Клиническая фармакология и терапия. 2000
866) Hipertoniya xəstəliyinin birinci mərhələsi üçün hansı əlamətlər səciyyəvi deyil ?
A) Hədəf orqanların zədələnməsi
B) Əsasən fəsadlaşmamış hipertonik krizlərin baş verməsi
C) Ürəyin I tonunun güclənməsi
D) Hiperkinetik sindrom üstünlük təşkil edir, EKQ -də miokardın mülayim hipertrofiyasının əlamətləri qeyd edilir
E) Arterial təzyiq 140/90 mm.c. bərabərdir,və ya çoxdur, zivrə vurğusu və ürəyin sərhədləri dəyişilməyib
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 566-638
867) Ağciyər hipertenziyasının müalicəsində ağciyər damarlarının relaksasiya məqsədi ilə hansı qrup dərmanlardan istifadə etmək lazımdır?
A) diuretiklər
B) nitratlar
C) angiotenzinçevirici fermentin inhibitorları
D) beta-adrenoblokatorlar
E) Ca-kanallarının antaqonistləri
Ədəbiyyat: Е.И. Чазов, Ю.Н. Беленков. «Рациональная фармокотерапия сердечно-сосудистых заболеваний. 2006, том. VI.
868) EXOKQ zamanı sol mədəciyin son - diastolik ölcüləri neçədir?
A) 34 - 45 mm
B) 34 - 42 mm
C) 25 - 38 mm
D) 23 - 43 mm
E) 38 - 56mm
Ədəbiyyat: H. Feiqenbaum ”Руководство по эхокардиографии", 5 издание, издательство Вивар, 1999.
869) Qeyri selektiv β-adrenoblokatorların təyini üçün mütləkq əks göstəriş hansıdır?
A) Sinus taxikardiyası
B) Sinus aritmiyası
C) Ürək çatışmazlığı
D) Gərginlik stenokardiyası
E) Bronxial astma
Ədəbiyyat: Рациональная фармакотерапия сердечно-сосудистых заболеваний, Том VI. Под общей редакцией Е.И.Чазова, Ю.Н.Беленкова, Москва, Издательство «Литтерра» 2005.
870) Yüksək dozalarda selektiv β-adrenoblokatorlar necə təsir göstərir?
A) Vazodilatator effektinə malikdirlər
B) Hər iki β1 və β2-adrenoreseptorlara təsir edirlər
C) α1-adrenoreseptorlarına təsir edirlər
D) Yalnız β 2-adrenoreseptorlara təsir edir
E) Yalnız β -adrenoreseptorlara təsir edir
Ədəbiyyat: Рациональная фармакотерапия сердечно-сосудистых заболеваний, Том VI. Под общей редакцией Е.И.Чазова, Ю.Н.Беленкова, Москва, Издательство «Литтерра» 2005.
20>30>
Dostları ilə paylaş: |