Cü illərdə işğal edilmiş Azərbaycan əraziləri


Əsir, girov və itkin düşmüşlər



Yüklə 0,8 Mb.
səhifə10/13
tarix02.01.2022
ölçüsü0,8 Mb.
#1102
1   ...   5   6   7   8   9   10   11   12   13
Əsir, girov və itkin düşmüşlər
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasinda 4671 Azərbaycan vətəndaşı münaqişə zonasında itkin düşmüş şəxs kimi qeydiyyata alınmışdır. Onlardan 52 nəfəri uşaq, 302 nəfəri qadın, 393 nəfəri qocalardır (01.01.2006-cı il tarixə olan statistikaya görə).

1988-2006-cı illərdə 1380 Azərbaycan vətəndaşı erməni əsrliyindən azad edilmişdir. Bunlardan 169 nəfəri uşaq, 340 nəfəri qadın, 287 nəfəri qocalardır.

Təkzibolunmaz faktlar göstərir ki, itkin düşmüş 4671 vətəndaşdan ən azı 783 nəfər (18 nəfər uşaq, 46 nəfər qadın, 69 nəfər qocalar) ermənilər tərəfindən əsir, yaxud girov götürülmüş, lakin bu faktlar beynəlxalq təşkilatlar, o cümlədən Beynəlxalq Qırmızı Xaç Komitəsindən gizlədilmişdir. Həmin şəxslərin siyahısı erməni əsirliyindən qayıtmış vətəndaşlarımızın və digər mənbələrin şahid ifadələri əsasında tərtib edilmişdir.

Əsir və girov götürülmüş şəxslərin azad edilməsi, itkin düşmüş şəxslərin axtarışı üzrə Almaniya, Rusiya və Gürcüstanın hüquq müdafiəçilərindən ibarət Beynəlxalq işçi qrupu və BQXK bu şəxslərdən bir qisminin həqiqətən də əsir götürülməsi və sonrakı taleləri barədə məlumatların gizlədilməsinə dair faktları təsdiq edirlər.



Azərbaycan tərəfinə daxil olan məlumatlar göstərir ki, qeyd olunan siyahıdakı şəxslərin böyük əksəriyyəti erməni əsirliyində öldürülmüş, yaxud işgəncə və xəstəliklərdən vəfat etmiş, az bir hissəsi isə indi də gizlədilərək Ermənistanda və işğal olunmuş ərazilərdə ağır fiziki işlərdə qul kimi istifadə olunurlar.

Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin