Cüdonun Yaranmasi Və Tarixi
Cüdo bütün dünyada populyar olan
döyüş sənəti idmanıdır. Başlanğıcı
yaponların qədim güləş növü olan sumoya
söykənən, cui-citsu döyüş təliminin
əsasında formalaşan cüdonun yaranma
tarixi 1882-ci ilə təsadüf edir. Məhz bu ildə
Ciqoro Kano (1860-1938) cüdonun əsas
qaydalarının, məşq prinsiplərinin, mübarizə
üsullarının təməlini qoyan məktəb açıb.O
zamanlar milli yapon döyüş növü olan cui-
citsu bütün dünyada geniş
yayılmışdi.Lakin bu idman növü üzrə məşğələlər,yarışlar ciddi zədələrlə müşayiət
olunurdu.Üstəlik müəyyən hadisələrin təsiri alında bir qədər sonra ciu-citsu düşməni
öldürmək hədəfi və qəddarliqla assosiasiya olunmağa başlayib.O zaman Yaponiya
məktəblərində birində müəllim işləyən Ciqaro Kano düşünüb ki,gənclər üçün
xəsarətləri minimuma endirəcək yeni, faydali döyüş idman növünə ehtiyac var.Gənc
yapon Tokio İmperator Universitetində ciu-citsunun sirlərinə yiyələnməyə başlayib və
bacarıqlı mentorların sayəsində çox qısa müddətdə böyük uğur qazanmağı
bacarib.Beləcə universitetin həkimi Ervin Belsin də iştirakı ilə ciu-citsudaki çıxıqlara
və sınıqlara səbəb olan təhlükəli fəndləri çıxmaqla,habelə ən yaxşı texnıkalarini
sistemləşdirməklə cüdo yaranıb.Təsadüfi deyil ki,yaponca
“CÜ”çevik,elastik,yumşaq,”DO” isə yol deməkdir.
İlk Cüdo Məktəbi
Kodokan
Cəmi 21 yaşında Kano özündə aqressiya deyil,
mənəvi dəyərlər daşıyan,yapon ənənələrinəi və
müasirliyi birləşdirən yeni idman döyüş sənəti
yaratmağa müvəffəq olub.Cüdonun sirlərini
öyrətmək və yaymaq üçün o, 1882-ci ilin mayinda
Budda məbədində “Kodokan”məktəbini təsis
edib.”Kodokan”bu günədək dünyanin ən böyük
beynəlxalq cüdo mərkəzi olaraq qalir.Geniş kütləni qısa zamanda cüdoya cəlb etmək
üçün Kano müxtəlif üsullardan istifadə edib. Bunlardan ən arqumentlisi odur ki, cüdo
fəndlərinin köməyi ilə hər kəs fiziki cəhətdən özündən daha güclü adamla asanliqla
qalib gələ bilər. Beləcə “Kodokan”a gələnlərin sayi sürətlə artmağa başlayib.
Kanonun istedadli tələbələrinin ciu-citsu və digər məktəblərin yetirmələri ilə təşkil
olunan yarışlarda ardıcıl qələbələr qazanmasi cüdonun reputasiyasını daha da yüksəyə
qaldırıb.Sıra gəlib cüdonu dünyada populyarlaşdırmağa! Kano bu məqsədlə tələbələri
ilə Avropa və Amerikaya səyahətə çıxıb.O, getdiyi bır çox ölkədə cüdonun
üstünlüyünü göstərərək, “Kodokan” məktəbinin filialını açmağa müvəffəq olub.
Gəncləri bu idman növünə təşviq etmək üçün cüdo ilə məşğul olanlara təqaüd belə
verilirdi.
Dostları ilə paylaş: |