gecikmiş sifilisli xəstələrdə kurslar arası müddət 2 həftə olmaqla 2 kurs müalicə aparılır
sifilislə xəstə uşaqlardakı müalicə böyüklərdəki böyüklərdə olan rejim ilə aşağıdakı dozalarda aparılır
benzilpenisillin kristallik natrium duzunun gündəlik dozası uşaqlar üçün yaşı 6 aya qədər olduqda – 100 min vahid/kq/gün , yaşı 6 aydan 1 yaşa qədər olan uşaqlarda – 75 min vahid/kq/gün , 1 yaşdan yuxarı uşaqlarda 50 min vahid /kq/gün hesablanır
prokain benzilpenisillin прокаин 50 min vahid/kq/gün hesablanır
seftriakson 2 aya qədər olan uşaqlarda 50 mq/kq/gün , 2 ayda böyük uşaqlarda – 80 mq/kq/gün hesablanır .
ikincili sifilisli xəstələdə müalicə zamanı Yariş-Lukaşeviç-Herksheymer.kəskinləşmə reaksiyası qeyd edilir . Reaksiya antibiotiklərlə müalicənin ilk sutkasında , ilk iynədən və daxilə qəbuldan bir neçə saat keçdikdən sonra baş qaldırır. Temperaturun kəskin yüksəlməsi ( 40С- ə qədər ) , titrətmə , sifilidlərin parlaqlığının yüksəlməsi . Reaksiya ölmüş soğun treponemalar yığınının nəticəsində orqanizmdə gedən intoksikasiyadır .