Sifilisin müalicəsi : Sifilis əleyhinə aparılan müalicənin məqsədindən asılı olaraq sifilis müalicəsinin aşağıda sadalanan üsulları ayırd edilir :
spesifik müalicə - sifilis diaqnozu qoyulmuş bütün şəxslərdə sağaltma məqsədilə aparılır
preventiv müalicə - kliniki və seroloji təzahürü olmayan sifilisin erkən forması olan xəstələrlə cinsi və ya sıx məişət təmasında olan və əlaqə müddətindən 2 aydan artıq keçməmiş şəxslərə
profilaktik müalicə - yenidoğulmuş sifilisinin qarşısının alınması məqsədilə aparılır :
hamiləlikdən əvvəl və ya hamiləlik vaxtı sifilisə görə spesifik tam müalicə alan qadınlarda
sınaq (ex juvantibus) müalicəsi - əsaslı seroloji və klinik göstəricilərlə sifilis diaqnozunu təsdiq etmək mümkün olmayan , daxili orqanların , sinir sisteminin və dayaq – hərəkət aparatının spesifik zədələnməsinə şübhəli şəxslərdə aparılır .