Misal 8.1 Benzol və toluoldan ibarət qarışığın tərkibində 30 % kütlə benzol vardır. Qarışığın molekul tərkibini və orta molekul kütləsini təyin etməli.
Həlli. Qarışıqda benzolun (=0,3% kütlə ) mol payı ilə qatılığını aşağıdakı düsturla hesablanır. Komponentlərin molekul kütləsi Mb =78 kq/kmol və Mt = 92 kq/kmol
= = = 0,336
Toluolun mol payı ilə qatılığı ( 1- 0,336 ) olar. Onda qarışığın orta molekul kütləsi iki komponentli faza üçün :
Mor = = 78 0,336 + ( 1- 0,336)92 = 87,2 kq/kmol
Misal 8.2 Tərkibi 20% (mol) etan 35% (mol) propan , 15% (mol) butan və 30% (mol) izobutandan ibarət olan qarışığın kütlə tərkibini təyin etməli.
Həlli. Qarışığın kütlə tərkibi ( 8.4) düsturu ilə hesablanır və hesablanmanın nəticəsi aşağıdakı cədvəldə verilmişdir.
Cədvəl
Komponentlər
|
Molekul
kütləsi, kq/kmol
|
Molyar payı, %(mol),
|
|
Kütlə payı
=
|
Etan
Propan
Butan
Izobutan
|
30
44
58
58
|
0,20
0,35
0,15
0,30
|
6,0
15,4
8,7
17,4
|
0,126
0,325
0,183
0,366
|
Cəmi:
|
-
|
1,00
|
47,5
|
1,000
|
Kimya texnologiya proseslərini texnoloji hesablayarkən çox hallarda iki komponentli sadə fazalara rast gəlmək olur ki, bunlara binar fazalar yaxud binar qarışıqlar deyilir.
Binar fazanın tərkiblərini fazanı təşkil edən komponentlərin birinin qatılığı ilə ifadə etmək daha məqsədə uyğundur. Ona görə ki, binar fazanın A komponentinin kütlə payı ilə qatılığı onda B komponentinin kütlə qatılığı isə olacaqdır. Odur ki bu koponentlərin qatılıqlarının cəbri cəmi vahidə bərabərdir.
= 1
Buradan fazanın B komponentinin kütlə payı ilə qatılığı
= 1 -
Eləcədə həmin komponentlərin qatılığı mol payı ilə verilərsə
A + B =1
B komponentinin mol qatılığını aşağıdakı kimi hesablamaq olar.
B = 1 - A
Odur ki, bütün texnoloji hesablamar binar fazanın A komponentinə görə aparılır. Əgər B komponentinin qatılığını hesablamaq lazım olarsa onu 1 - və 1 - A hesablamaq olar.
Bunları nəzərə alaraq (8.3) və (8.4) keçid düstutlarını binar faza üçün aşağıdakı kimi yazmaq olar. (8.3) tənliyini sadələşdirsək onda
=
Bu ifadənin sağ tərfinin sürət və məxrəcinin həddlərini ayrı- ayrılıqda - yə bölsək , alarıq:
Dostları ilə paylaş: |