6
DƏDƏ QORQUD ARAŞDIRMALARI bilməzdi. O, yazılı bir əsər olmalı idi. Deməli, hələ o vaxt «Dədə Qorqud kitabı»nın müəyyən hissələri mövcud imiş...» Bunu «Dədə Qorqud»un hissələri kimi qələmə vermək həqiqətdən uzaq olsa da, onun variantı, yaxud müəyyən boylarla səsləşən müstəqil oğuznamələr olması şübhəsiz idi. “Dədə Qorqud” elmi-tədqiqat mərkəzi (laboratoriya- sı) ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə məhz “Kitabi-Dədə Qorqud” dastanının 1300 illiyi ərəfəsində ya- radılmışdır. 1997-ci il 20 aprel tarixli Prezident fərmanından sonra respublikanın hər yerində olduğu kimi, universitetimizdə də yubileyə hazırlıq işləri başlanmış və ali təhsil ocaqları ara- sında ilk irimiqyaslı elmi konfrans məhz ADPU-da təşkil olun- muşdur. Bütün fakultələrdə “Dədə Qorqud” dərsləri keçilmiş, elmi məcmuələr, toplular çap edilmişdir. Görülən tədbirlərin ən mühümü isə 2000-ci ilin dekabr ayında “Dədə Qorqud elmi- tədqiqat mərkəzi”nin (laboratoriyası) yaradılması olmuşdur. İctimai elmlər sahəsi üzrə uzun illər fəaliyyət göstərən üç problem laboratoriyasının bazası əsasında təşkil edilən “Dədə Qorqud elmi-tədqiqat mərkəzi”nin ilk rəhbəri prof. Bulud- xan Xəlilov olmuşdur. Həmin çağdan başlayaraq universitetdə “Dədə Qorqud” məcmuəsi nəşrə başlamış və bu günədək 28 bu- raxılışı işıq üzü görmüşdür. 2011-ci ilin oktyabrından mərkəzə prof. Ramazan Qafar- lı rəhbərlik edir. Bu ildən kollektiv dərginin adını dəyişmək məcburiyyətində qaldı. Ona görə ki, AMEA-nın Folklor İnstitu- tunda fəaliyyət göstərən “Dədə Qorqud” şöbəsinin nəşr etdirdi- yi toplu da “Dədə Qorqud” adlanırdı. “Dədə Qorqud elmi-tədqiqat mərkəzi”ndə dünya mədəniyyətinin şah əsərlərindən sayılan “Kitabi-Dədə Qor- qud” eposu, qədim türk yazılı abidələri və folkloru bir neçə istiqamətdə hərtərəfli araşdırılır.