D ə d ə qorqstrreplş d ı rmalar ı •Folklor, Etnoqrafiya və Mifologiya •Onomastika, Dialektologiya və Etimologiya



Yüklə 2,22 Mb.
Pdf görüntüsü
səhifə276/290
tarix02.01.2022
ölçüsü2,22 Mb.
#2369
1   ...   272   273   274   275   276   277   278   279   ...   290
DƏDƏ QORQUD ARAŞDIRMALARI
müqəddəs Yer-Su qəlbə bəxş etdilər.
Xalqımızın inam və etiqadının, ovçuluq, əkinçilik, maldarlıq 
həyatı ilə bağlı olan bu milli-mənəvi abidələr xalq yaradıcılığının 
rəngarəng formalarında: xalçaçılıqda, rəssamlıqda, nəqqaşlıqda, 
memarlıqda,  poeziyada,  musiqidə  və  s.  daha  da  inkişaf  etdiril-
mişdir. Orxon-Yenisey abidəsindəki daş rəsmlərində qədim peşə, 
sənət adlarına da rast gəlirik. Məsələn, xarrat, daşqaçı, dulusçu, 
təndirçi,  dəyirmançı,  halvaçı,  keçəçi,  çarıxçı,  çörəkçi,  papaqçı, 
başmaqçı, çütcü, dərzi və s.
Azərbaycanın  Eneolit  dövründə  dini  ayin  və  ovsun 
mərasimləri  də  Orxon-Yenisey,  «Avesta»,  «Kitabi-Dədə  Qor-
qud» abidələrində xüsusi yer tutur. 1994-cü  ildə nəşr olunmuş 
«Azərbaycan  tarixi»  kitabında  yazılır:  «Qarğalar  təpəsində  ki-
çik    çalada  tapılmış  və  odun  təsirindən  qaralmış  daş  topasını 
tədqiqatçılar quraqlıq zamanı yağış «yağırmaq», onu «çağırmaq» 
mərasimi ilə bağlayırlar. Bu inanc da eynən  Umay inancı kimi 
türk  mifik təfəkkürü ilə bağlıdır.
Rus  türkoloqu  Lev  Qumilyovun  məşhur  olan  «Qədim 
türklər»  (Moskva,  Yazıçı,  2002)  kitabında  çox  qədim  zaman-
lardan türklərin «yada daşı» - yəni cadu daşı vasitəsilə quraqlıq 
olanda yağış yağdırmaq imkanı var. Türklərin yağış yağdırmaq 
gücünə  malik  olması  barədə  bir  çox  müəlliflərin,  eləcə  də  VII 
əsrdə Suriya və X əsr fars mənbələrində çox sayda məlumatlar 
olduğunu qeyd edən Lev Qumilyov  daha sonra göstərir ki, yalnız 
Firdovsi bu problemi izah etməyə çalışmış, onu kütləvi ötəri bir 
iğtişaş kimi şərh etmişdir. Qədim türklərin bu sənəti «yada», yəni 
cadu daşı adlandırdıqlarını diqqətə çatdıran müəllifin fikrinə görə 
ayrı-ayrı türk xalqlarında bu inam XX əsrin əvvəllərinə qədər da-
vam etmişdir.
Tarixçi  Firuddin  Əsədov  «Ərəb  tarixinə  dair»  (Bakı,  Elm, 
1993) əsərində yağış yağdırma üsulunu dini baxışlarla izah edir. O, 


275

Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   272   273   274   275   276   277   278   279   ...   290




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin