DAĞLIQ QARABAĞDA ERMƏNĠ TERRORU
QARADAĞLI FACĠƏSI
17 fevral 1992-ci il
Bakı 2010
2
Bu kitab Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə nəşr edilmişdir.
Müəllif: tarix elmləri namizədi Məhərrəm Zülfüqarlı
Mündəricat
Ön söz
I Faciədən əvvəl kəndin vəziyyəti
II Qaradağlının işğalı
III Faciənin canlı şahidləri
3
Ön söz
Azərbaycanın çağdaş tarixinin dərindən öyrənilməmiş səhifələrindən biri də XX
əsrin sonlarında yenidən qızışdırılan Dağlıq Qarabağ münanaqişəsi zəminində
azərbaycanlıların yaşadığı kənd və rayonlarda törədilən soyqırım hadısələridir.
Bu hadisələr zamanı çoxlu sayda yerli azərbaycan əhalisi erməni işğalçıları
tərəfindən məhv edilməklə yanaşı, xeyli maddi – mədəniyyyət abidələri də məhv
edilmişdir. Münaqişə başlayandan 547 memarlıq abidəsi, o cümlədən 5 dünya, 393 ölkə
və 149 yerli əhəmiyyətli memarlıq abidəsi, 205 arxeoloji abidə, 927 kitabxana, 808
klub müəssisəsi, 85 musiqi məktəbi, 12 monument, 22 muzey, 4 şəkil qalereyası, 10
mədəniyyət və istirahət parkı, 4 dövlət teatrı və 2 konsert müəssisəsi dağıdılmış,
beynəlxalq əhəmiyyətə malik 40 minə yaxın qiymətli və XI-XIX əsrlərin nadir muzey
əşyaları, erməni təcavüzkarları tərəfindən qarət edilmişdir.(1) Dağlıq Qarabağ
probleminin 1988 – 2010 – cu illər tarixşünaslığının tədqiqi göstərir ki, bu mövzuda
çoxlu sayda kitab və məqalələr yazılıb. (2) Lakin bunların mütləq əksəriyyəti yalnız
yerli oxucu üçün nəzərdə tutulduğundan bu nəşrlərdən beynəlxalq ictimaiyyət demək
olar ki, xəbərsizdir.
Azərbaycan Respublikası Milli Məclisinin 1994-cü ildə qəbul etdiyi Xocalı
soyqırımı günü haqqında qərarından sonra Xocalı faciəsi haqqında həqiqətlərin
dünyaya çatdırılmasında bir sıra məqsədyönlü işlər görülüb.
Xocalı faciəsi haqqında bir sıra kitab və məqalələr yazılıb (3), faciənin baş verdiyi
dövrdə hətta müxtəlif xarici KİV - lərdə hadisə barədə məlumatlar yayılıb.(4)
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA)
da Xocalı soyqırımının haqqında obyektiv məlumatların dünyaya çatdırılmasında bir
sıra mühüm işlər həyata keçirib və 3 kitab nəşr edib.(5) Kitabların elektron variantı
www.avciya.az
saytına yerləşdirilib. Assosiasiya 2006 - cı ildə Xocalı soyqırımının
beynəlxalq aləmdə tanınması tələbilə kütləvi imzatoplama kampaniyasına başlayaraq
bir milyon Azərbaycan vətəndaşının imzası toplanmış və “Xocalı soyqırımı (sənədlər,
faktlarda və xarici mətbuatda)” adlı kitabı azərbaycan, ingilis, rus dillərində nəşr edib
müxtəlif beynəlxalq qurumlara göndərib.
Xocalı faciəsi ilə əlaqədar informasiya blokadasını yarmaq sahəsində müəyyən işlər
görülsə də, digər faciələr haqqında bunu etmək çox təəssüf hələ ki, mümkün olmayıb.
Diqqətdən kənarda qalmış və az öyrənilmiş belə faciələrdən biri
Xocavənd rayonu
Qaradağlı kəndində baş vermiş faciədir.
Hətta Azərbaycan Respublikası Milli Məclisin
rəsmi saytında (www.meclis.gov.az) - Münaqişələrin tarixi “Ermənistanın Azərbaycana
təcavüzü” başlıqlı yazının 1992 – ci ilə aid xronologiyasında da Qaradağlı faciəsi
haqqında məlumat yoxdur. Fikrimizcə bunu əsas səbəbi Dağlıq Qarabağda erməni
cinayətlərinin həddən artıq çox olması və bu cinayətlərin əksəriyyəti haqqında
informasiya qıtlığının mövcudluğudur.
Çağdaş tarixdə dünyanın digər bölgələrində də Qaradağlı faciəsinə oxşar hadisələr
baş verib və beynəlxalq ictimaiyyət bunlar barədə kifayət qədər məlumatlıdırlar.
Məsələn, 1995-ci ilin iyulunda serb etnik millətçiləri tərəfindən Bosniyanın Srebrenitsa
şəhərində 17-70 yaş arası olan 10 mindən artıq müsəlman əhalini kütləvi şəkildə qətlə
yetirmış, insanlar diri-diri kütləvi məzarlıqlarda basıdırılmışdır. Bu dövrdə Bosniyanın
4
13 yaşayış məntəqəsində müsəlmanlara qarşı kütləvi qətliamlar həyata keçirilib. Bu
hadisələrdə 200 mindən artıq günahsız insan qətlə yetirilib, minlərlə insan yaralanıb, 2
milyondan artıq adam qaçqına çevrilib. Bosniyanın 13 yaşayış məntəqəsində baş verən
soyqırımdan, BMT, Avropa Parlamenti və digər beynəlxalq qurumlar heç olmasa
birini, Srebrenitsa soyqırımını tanımasına baxmayaraq, ermənilərin azərbaycanlılara
qarşı törətdikləri çoxsaylı soyqırımlarla bağlı hələ ki, susmağa üstünlük verirlər.(6)
Qaradağlı faciəsinin canlı şahidləri bu faciəni Xocalı soyqırımı
ilə müqayisə edilə
biləcək faciə kimi qiymətləndirirlər. Bəziləri Qaradağlı faciəsini ikinci Xaocalı faciəsi
adlandırılar.
Dağlıq Qarabağda Xocavənd rayonunun Qaradağlı kəndi və azərbaycanlıların
yaşadığı digər yaşayış məntəqələrində baş vermiş cinayətlər haqqında uzun müddət
mövcud olmuş informasiya qıtlığının əsas səbəbləri fikrimizcə aşağıdakılardır:
Hadisələrin baş verdiyi dövrdə Mockvadan idarə olunan yerli hakimiyyətin
faciələri haqqında məlumatları ört- basdır etməyə, ictimaiyyətdən
gizlətməyə çalışması;
Cənubi Qafqazda, o cümlədən Azərbaycanda siyasi sabitliyin pozulmasında
maraqlı olan daxili və xarici qüvvələrin faciələrdən öz məqsədləri üçün
istifadə etmək cəhdləri;
SSRİ – nin dağılmasında maraqlı olan beynəlxalq qüvvələrin bu facələrə
biganə qalması;
Faciələrin baş verdiyi ərazilərin dünyadan təcrid edilməsi, həmin ərazilərdən
informasiya əldə etməyin olduqca çətin və təhlükəli olması;
Cinayətkarların öz vəhşiliklərinin izini itirmək üçün müxtəlif qabaqlayıcı
tədbirlər görməsi;
Faciələrin baş verdiyi dövrdə Azərbaycanın haqq səsinin beynəlxalq
qurumlar tərəfindən eşidilməməsi və ya onların Azərbaycanın haqq səsini
eşitmək istəməmələri və s.
Qaradağlı faciəsi haqqında informasiya qıtlığının olmasına baxmayaraq canlı
şahidlərin verdiyi məlumatlar çağdaş tarixin bir sıra qaranlıq səhifələrinə işıq
salınmasına kömək edir.
Qaradağlı faciəsi ilə bağlı tədqiqat işləri apararkən məlum olmuşdur ki, “Qaradağlı”
adında Azərbaycanın 16 rayonlarında eyni adlı kənd mövcuddur. Konkret olaraq
Azərbaycan Respublikasının Şəki, Xaçmaz, Gədəbəy, Salyan, Şuşa, Ağdam, Füzuli,
Cəbrayıl, Kəlbəcər, Beyləqan, Tərtər, Goranboy, Kəngərli, Bərdə, Ağaş, Ucar
rayonlarında, bundan başqa tarixi Azərbaycan ərəzisi olan, hazırda Rusiya
Federasiyasının Dağıstan MR tərkibindəki Dərbənd rayonda da əhalisi
azərbaycanlılardan ibarət Qaradağlı kəndi var. Hətta Ermənistan SSR-in
azərbaycanlılar yaşayan Qəmərli (Artaşat) rayonunda da Qaradağlı kəndi olub. Lakin
sonradan kəndin adı dəyişdirilib. Cənubi Azərbaycanda Qaradağ vilayətinin olması,
Xürrəmilərin əsas iqamətgahı olan Bəzz qalasının bu vilayətdə yerləşməsi, Azərbaycan
xalqının qəhraman oğlu, 1905 - 1911 – ci illər hərəkatının lideri, “Sərdari milli” adını
almış Səttar xanın burada anadan olması və s. faktlar qaradağlıların tarixən qəhrəman
və mərd insanlar olduğunu sübut edir. (7) Bundan başqa Xocavənd atlılarının I və II
Rus – İran müharibəsində rus işğalcılarına qarşı göstərdiyi qəhrəmanlıqlar haqqında
hətta xarici tarixçilərin kitablarında (8) geniş məlumatlar verməsi bu torpaqda yaşayan
əhalinin vətən uğrunda canından keçməyə hazır olan mərd insanlar olduğunu göstərir.
5
Şuşa, Ağdam, Füzuli, Cəbrayıl, Kəlbəcər rayonlarının Qaradağlı kəndlərinin də
işğal altında olduğunu və faciələr yaşadığını nəzərə alsaq, deməli tədqiq olunan
problemi digərləri ilə qarışdırmamasına ciddi ehtiyac var. Cənubi və Qafqaz ərazisində,
həmçinin Cənubi Azərbaycan ərazisində Qaradağlı adlı kəndlər çox olsa da çağdaş
tarixdə Xocavəndin Qaradağlı kəndi, başına gətirilən faciələrin, dəhşətlərin miqyasına
görə digərlərindən fərqlənir.
Milli Təhlükəsizlik, Daxili İşlər nazirlikləri və Respublika Prokurorluğunun birgə
istintaq-əməliyyat qrupunda Xocalı, Qaradağlı, Meşəli, Bağanıs Ayrım və digər
Azərbaycan kəndlərində ermənilərin törətdikləri cinayətlərlə bağlı 286 nəfərin insanlıq
əleyhinə cinayətlərdə günahkar bilinərək, təqsirləndirilən şəxs qismində məsuliyyətə
cəlb olunması üçün qərar qəbul edilib. Əməliyyat-istintaq qrupunda Qaradağlı
soyqırımı ilə bağlı 6 nəfər barəsində məsuliyyətə cəlb etmə qərarı verilib. Bundan
başqa Qaradağlı soyqırımı ilə bağlı kifayət qədər şübhəli şəxs müəyyən olunub. Onların
təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunması istiqamətində işlər davam
etdirilir.(9)
Qaradağlı faciəsi ilə bağlı yuxarıda qeyd olunan faktlar erməni vəhşiliklərinin çox
az hissəsinin əhatə edir. Canlı şahidlərin gözləri ilə gördükləri, ermənilər tərəfindən
kənd sakinlərinin diri - diri silos quyularında basdırılması və s. kimi dəhşətli faktlardan
əksəriyyətin xəbəri yoxdur.
Xocavənd rayonunun Qaradağlı kəndinin faciəsinə aid son illər bir sıra kitab və
məqalələrin nəşr olunması müsbət haldır.(10) Lakin bu işlərin daha da
genişləndirməsinə, içtimaiyyətdən gizli qalan yeni - yeni faktları üzə çıxarılmasına və
toplanmış materialları azərbaycan dili ilə yanaşı, dünya xalqlarının dillərində nəşr edib
yayılmasına ciddi ehtiyac var.
I Faciədən əvvəl Qaradağlının vəziyyəti
Qaradağlı kəndi Xankəndi və Xocavənd (Martuni) şəhərlərini birləşdirən asfalt
yolun üstündə, 14 erməni kəndinin əhatəsində yerləşmiş və 800 evdən ibarət olan böyük
bir azərbaycan kəndi idi. Sovet hakimmiyyyəti dövründə kəndin qonşuluğundakı
Vərəndəpi, Bəhrəmli və Xanlıq adlı azərbaycan kəndlərinin əhalisi köçməyə məcbur
edilmiş, onların torpaq sahələri isə erməni kəndlərinə verilmişdi.
Çar Rusiyası dövründə və sovet hakimiyyəti illərində ermənilər Dağlıq Qarabağın
azərbaycanlı əhalisinə, o cümlədən Qaradağlı sakinlərinə qarşı müxtəlif təxribatlar
törətmişdilər. Belə bir təxribat 1967- ci ildə olmuşdur. Həmin ildə milli münaqişə
yaratmaq üçün ermənilər üç nəfər azərbaycanlıya, əslən Qaradağlıdan olan şəxslərə
böhtan ataraq onları həbs etdirmişlər. Onlar məhkəmədə bəraət almalarına baxmayaraq
erməni quldurları günün günorta çağı Xankəndində, sovet əsgərlərinin gözü qarşısında
həmin günahsız insanların üstlərinə benzin töküb yandırmışlar.
Sovet dövründə Qaradağlı kəndi bir müddət ermənilər yaşayan Qağarza və
Baravat kəndləri ilə eyni bir kolxozda birləşdirilmişdi. Kolxozun bütün rəhbər işçiləri
ermənilərdən təyin edilirdi. Ermənilər daima Qaradağlıların hüquğunu tapdalayır, kəndin
rəhbərliyinə yaxın buraxmır, əmək haqlarını mənimsəyirdilər. 1971-ci ildə Qaradağlılar
hökumət qarşısında erməni kəndlərindən ayrılmaq, müstəqil kolxoz yaratmaq məsələsini
qoyaraq məqsədlərinə nail olmuşdular. Həmin ildən Qaradağlı camaatı ayrılaraq
Nərimanov adına kolxoz təsərrüfatında birləşmişlər. Ayrılma zamanı Xocavənd
6
rayonunun erməni rəhbərləri əvvəlki kolxozun ümumi əmlakından Qaradağlıya heç bir
pay verməmişlər. Hətta Qaradağlılara dədə-baba torpaq sahələrindən istifadəyə belə
imkan verilmirdi. Nəhayət gərgin mübarizə nəticəsində onlar müəyyən qədər əmlak payı,
o cümlədən Nərgiz Təpə deyilən yerdən 100 hektar əkinə yararlı torpaq sahəsi ala
bildilər. Bu sahə kənddən 30 kilometr aralı olsa da kolxozun inkişafında mühüm rol
oynamışdı.
Müstəqil fəaliyyətinin beşinci ilində Nərimanov adına kolxoz Xocavənd (Martuni)
rayonunda ən qabaqcıl təsərrüfatlardan birinə çevrilmişdi.
Xocavənddə 1988-ci ilin fevral ayının 12-də keçirilən iclasda həmişə olduğundan
fərqli olaraq iclasın ancaq erməni dilində aparılması, azərbaycan dilində danışmağa
imkan verilməməsi, iclasdan sonra ermənilərin azərbaycanlılara qarşı təhqiramiz fikirlər
səsləndirməsi, əllərində Azərbaycan dövləti əleyhinə şüarlar tutmaları, səhəri günü
Xankəndində keçirilmiş fəallar yığıncağında da ermənilərin eyni hərəkətlər etməsi
Qarabağın bütün azərbaycanlı əhalisini, o cümlədən Qaradağlıları da narahat etməyə
başlamışdı. Bundan sonra Xankəndində və Qarabağın ermənilər yaşayan bütün şəhər və
kəndlərində millətçi nümayişlər və mitinqlər başlandı.
Bundan dərhal sonra bir qrup Qaradağlı kəndinin sakini Ağdama gedərək rayon
rəhbəriyinə erməni təxribatları haqqında Bakıya məlumat verilməsini və ciddi tədbir
görülməsini tələb etmişdilər. Onlar həmçinin erməni təxribatları haqqında Respublika və
SSRİ rəhbərlərinin ünvanına yazılı müraciətlər də göndərmişdilər. Rəhbərlik
təxribatların qarşısını almaq əvəzinə Qaradağlıların şıkayət məktublarını tədbir görmək
üçün vilayətin erməni rəhbərlərinə göndərirdilər ki, bu da onların vəziyyətini daha da
ağırlaşdırırdı. Respublika rəhbərliyi tərəfindən Qarabağın digər azərbaycanlı əhalisi kimi
taleyin hökmünə buraxılan Qaradağlılar özləri acınacaqlı vəziyyətdən çıxış yolunu
axtarmağa məcbur olmuşdular.
Kəndin nüfuzlu şəxslərindən, rayonun Tədarük İdarəsinin
rəisi Məzahir Ağalarov, Xocavənd (Martuni) rayonu İcra hakimiyyətində işləyən yeganə
azərbaycanlı Nüsrət Əzizov, kənd məktəbinin direktoru Nobil Zeynalov, Cahid
Məmmədov, Soltan Bayramov Qaradağlını erməni təxribatlarından qorumaq üçün bəzi
tədbirlər görməyə başlamışlar.
Kəndin belə ağır vəziyyətində əslən Qaradağlı, Rusiya ordusunda zabit kimi
xidmət edən, baş leytenant Ədalət Məmmədov 1988-ci il mart ayında həmkəndlilərinin
müracətinə cavab olaraq öz doğma kəndinə qayıtdı. Kəndin müdafəsinin təşkilində
Ədalət Məmmədova kənd məktəbində hərbi hazırlıq müəllimi, ehtiyatda olan zabit
Telman Tağıyev, Məmməd Məmmədov, Məhəmmədəli Bayramov və digər vətənpərvər
oğullar yaxından kömək etmişdilər.
Qaradağlıda AXC özəyinin sədri Ağalar
Məmmədovun könüllü müdafiə dəstəsinin yaradılmasında mühüm rolu olmuşdur. Onun
təşkil etdiyi özünümüdafiə dəstəsinin Ədalət Məmmədovun sərəncamına keçməsi kənddə
müdafiə batalyonunun yaradılmasına yaxından kömək etdi. Kəndin könüllüləri hərbi
hazırlıqlara başlasalar da, kəndi müdafiə etmək üçün silahın olmaması ciddi çətinliklər
yaradırdı. Dağlıq Qarabağda erməni təxribatları başladıqdan sonra 1988 – 1989 – cu
illərdə rəsmi strukturlar Qaradağlı kəndində üç dəfə silahyığma əməliyyatı keçirmiş,
əhalidə olan adi ov silahlarını belə tamamilə müsadirə edilmişdir.
Vəziyyətdən çixmaq
üçün Qaradağlılar ətraf rayonlarda yaşayan dostlarına, tanışlarına müracət etmiş, onlar
da müəyyən qədər ov tüfəngi taparaq Qaradağlının müdafiəçilərinə göndərmişlər.
Münaqişə başlanandan bir neçə ay sonra Azərbaycan rəhbərliyi gec də olsa
Qaradağlının problemləri ilə maraqlanmağa başladı. O zaman Qaradağlının ətraf erməni
7
kəndləri və rayon mərkəzi ilə əlaqəsi kəsilmiş, işləyənlər işdən qovulmuşdular. Problemi
həll etmək üçün kənddə çörək sexi, maqazalar, yeməkxanalar fəaliyyətə başladı.
Qaradağlıda Bakı şəhəri 1 saylı tikiş fabrikinin və Gəncə Xalça Zavodunun sexləri, Bakı
soyuducular zavodunun filialı açıldı.
Bundan başqa məktəb, uşaq bağçası, kitabxana,
mədəniyyət evi və xəstəxana binalarının inşasına başlanıldı. Gənc ailələrə ayrılmış
həyətyanı torpaq sahələrində 60-a qədər yeni evlər tikildi. Bundan başqa Qaradağlının
müdafiəsi ilə bağlı da müəyyən işlər görüldü. Azərbaycan SSR Daxili İşlər Naziri 30
nəfər Qaradağlı gəncini milis işçisi kimi işə qəbul edərək kəndin müdafiəsinə
göndərməsi, Ağdamdan polis işçilərinin növbə ilə Qaradağlıya ezam edilməsi kəndin
müdafiə güçünü bir qədər artırmışdı.
1989-cu ilin ortalarından başlayaraq ermənilərin Qaradağlı kəndinə qarşı
təxribatları getdkcə daha da gücləndi. Həmin il oktyabr ayının 12-də bir dəstə erməni
qulduru kəndin yaxınlığındakı mal fermasına basqın edərək mal-qaranı ələ keçirmiş,
ferma binasına və ot tayalarını yandırmışlar. Kəndin müdafiəçilərindən Ədalət
Məmmədov, Faiq Tağıyev, Qərib Mustafayev, Nazim Vəliyev özünü hadisə yerinə
yetirərək çətinliklə də olsa quldurları geri oturda bilmişlər.
1989 – cu ilin dekabrında kənd əhalisini vahiməyə salmaq və onları qaçmağa
məcbur etmək üçün ermənilər hər axşam yanacaqla dolu alovlanan çəlləkləri ətraf
dağlardan aşağı buraxmağa başlamışdılar. Müdafiəçilərin gördükləri tədbirlər nəticəsində
ermənilərin bu vəhşiliklərinin də qarşısı alındı.
1990 – cı il yanvarın 15-də 20 nəfərə qədər silahlı erməni Qaradağlıya yaxınlaşıb
kəndin kənarındakı evləri atəşə tutmuşlar. Özünü hadisə yerinə çatdıran müdafiəçnlər ilk
açıq silahlı döyüşə girirərək düşməni geri oturtmuşdular. Erməni quldurları 10 aprel 1990
– cı il tarixdə yenidən kənddə hücüm etmişdilər. Atışma zamanı kənd sakini İlqar Əliyev
ağır yaralanmışdı.
1990-cı il noyabr ayının 24-də saat 17- 00 radələrində Qaradağlıdan Ağdama
gəlin aparan maşın karvanı, kəndin 5 kilometrliyində rus hərbi paltarı geymiş erməni
quldurlarının təcavüzünə məruz qalmış, həmin hadisədə 3 nəfər qaradağlı həlak olmuşdu.
Quldurlar hadisə yerini mühasirəyə alaraq meyidləri aparmağa gələnləri irəli buraxmır,
prezident Ayaz Mütəllibovun gəlməsini tələb edirdilər. İki saatdan sonra, çətinliklə də
olsa camaat meyidləri erməni quldurlarının əlindən ala bilmişdi.
Bu hadisədən sonra Qaradağlı müdafiəçiləri kəndin ətrafında güclü müdafiə
postları, istehkamlar və səngərlər qurmaq qərarına gəldilər. Kəndin ətrafında 5 post
yaradılıb etibarlı müdafiə qurğuları ilə təhçiz olundu.
Xankəndindən gələn yolu üstündə üç post qurulmuşdu. Xocavənd rayonu
istiqamətində, kəndin girişində yaradılmış post əhəmiyyətinə görə birinci post hesab
olunurdu. Bu postun keşikçilərlə təmin olunmasını məktəb direktoru Nobil Zeynalov öz
üzərinə götürmüşdü. Orada əsasən Nobil müəllimin şagirdləri olmuş gənclər və
məktəblilər keşik çəkirdilər.
Asfalt yoldan azca aralı kolxoz idarəsinin yaxınlığında qurulmuş post ikinci hesab
olunurdu. Mirzəli və Zahir bu postun məsuliyyətini daşıyırdılar.
Kəndin çıxışında asfalt yolun üstündə qurulmuş 3-cü postda Nazim, Qərib,
Telman, Vidadi və başqaları dayanırdılar.
Kəndxurə istiqamətində qurulmuş 4-cü post da mühüm postlardan biri idi.
Kənddə olan basqınların əksəriyyəti bu istiqamətdən olurdu. Burada Faiq, Rabil, Xudayat
və onların dostları keşik çəkirdilər.
Nəhayət, 5-ci post kəndin ortasında keçən Xonaşen
8
çayının üstündə, Zinki dərəsinin qarşısında yaradılmışdı. Zinki postunun qorunması
Məmməd, Şamil, Əlqəmə və Ələddin kimi cəsur oğullarına tapşırılmışdı. 1990-cı ilin
noyabr ayından başlayaraq bütün postlarda fasiləsiz olaraq silahlı müdafiəçilər keşikdə
dayanırdılar.
1991-ci ilin əvvəllərində baş vermiş faciə vəziyyəti daha da gərginləşdirdi.
Yanvarın 10-da kəndin nüfuzlu şəxslərindən olan Sultan Bayramov erməni quldurlarına
qarşı birgə mübarizə tədbirləri hazırlamaq üçün qonşu Əmrallar kəndinə getmişdi. Sultan
Qaradağlıya qayıdanda kəndə çatmamış birinci postdan 4 kilometr məsafədə onun
mindiyi “UAZ-469” markalı 53-55 AQT dövlət nişanlı minik maşını ermənilər tərəfindən
qəfil atəşə tutulur. Maşının sürücüsü Kərəm Tağıyev maşını sürüb kəndə çatdırsa da
Sultan Bayramovun həyatını xilas etmək mümkün olmur. O, iki saatdan sonra aldığı
yaralardan dünyasını dəyişir.
Sultanın dəfn günü Laçın-Şuşa yolunda jurnalist Salatın Əsgərovanın ermənilər
tərəfindən öldürülməsi xəbəri kəndə yayıldı. Bu xəbərdən hiddətlənən dinc əhali erməni
quldurlarının vəhşiliyinə etiraz üçün onların yaşadıqları kəndlərə doğru yürüşə çıxdılar.
Lakin kəndin müdafiəçilərindən bir qrupu qabağa çıxaraq əhalini boş əllə erməni
quldurlarının üstünə getməyin mənasız olduğunu bildirərək, onları dayandırmağa
müvəffəq oldular
.
Bu faciəli hadisədən sonra qaradağlılar erməni təxribatlarının qarşısını almaq
üçün əməliyyat planı hazırladılar. Əməliyyata Ədalət Məmmədov rəhbərlik edirdi.
Əməliyyat qrupuna - İlqar Hüseynov, Elmidar Bayramov, Telman Tağıyev, Eldar
Dadaşov, Rafiq Quliyev, Qərib Mustafayev, Məmməd Məmmədov və Məmməd
Mustafayev daxil idi. Onlar iki dəstəyə ayrılıb Xankəndi-Xocavənd yolunu həm girişdən,
həm də çıxışdan nəzarətə aldılar. Kəndin müdafiəçiləri tərəfindən Xankəndindən
Xocavəndə tələsən, içində 6 erməni quldurun olduğu “UAZ” markalı maşın ələ
keçirilərək, məhv edildi. Beləliklə də, Sultan Bayramovun, Salatın Əsgərovanın və digər
şəhidlərin qisası qudurlardan alındı.
Ermənilər ancaq üç gündən sonra rus hərbiçilərinin
müşaiyəti ilə gəlib meyidlərini meşədən apardılar. Bundan sonra Xankəndi - Xocavənd
yolunda ermənilərin hərəkəti dayandı. Bu qisas əməliyyatında Qaradağlı müdafiəçiləri
altı ədəd xarici avtomat, bir ədəd ov tüfəngi və xeyli patron ələ keçirdilər.
1991 – ci il martın 9-da erməni quldurları kəndin yaxınlığındakı mal fermasına
qəfildən silahlı basqın edib iki nəfəri qətlə yetirdilər.
Həmin il, iyun ayının 28-də isə gecə
saat bir radələrində Qaradağlı kəndi ermənilər tərəfindən toplardan, pulemyotlardan və
avtomatlardan şiddətli atəşə tutuldu. Kəndin bir neçə evini alov bürüdü, bir neçəsi isə
mərmi zərbəsindən dağıldı. Qadınlar, qocalar və uşaqlar düşmən atəşindən qorunmaq
üçün zirzəmilərə sığınmağa məcbur oldular.
Həmin gecə ən böyük faciə kəndin 5 kilometrliyində Vərəndəli sahəsində yerləşən
fermada baş vermişdi. Quldurlar kəndi atəşə tutmaqla yanaşı eyni zamanda fermadakı
evlərə soxularaq altı nəfər günahsız ferma işçisini də güllələmiş və izi itirmək üçün onları
yanan evlərdən birinin içinə atmışdılar. Bundan sonra onlar kənara çəkilərək ferma tam
yanana qədər oranı atəş altında saxlamışlar.
Bəyverdi Novruov başda olmaqla faciə yerinə gələn kənd camaatı yanan otaqların
birində üç nəfərin güllədən dəlik dəlik olmuş, odun-alovun içində yanmış meyidlərini
çıxara bilmişlər. Başqa bir otağın odu sönduruldukdən sonra isə tamamilə yanmış digər
üç nəfərin cəsədləri aşkar edilmişdi.
9
Şəhidlərin dəfnindən üç gün sonra Ruzigar Məmmədov Ağdam polis
batalyonunun 2 nəfər əməkdaşı ilə birlikdə əməliyyat planı hazırlayır. Onlar silahlanıb
gecə erməni kəndi Kəndxurda tərəf gedir və nəzarət postlarının birinin yaxınlığında
mövqe tuturlar. Gecə erməni yaraqlılarının komandiri üç nəfərlə postları yoxlamağa
çıxarkən atasının və dayısının intiqamını onlardan alırlar.
Qaradağlı kənd sakinləri Çingiz Məmmədov, Kərəm Ağalarov və Şəfqət
Məmmədova Qaradağlının ağır günləri haqqında aşağıdakı məlumatı vermişlər:
“1991-ci il sentyabr ayının 8-də Ayaz Mutəllibovun prezident seçilməsi günü idi.
Qaradağlılar səhər tezdən seçki məntəqəsinə gəlib səs verirdilər. Səsvermədən sonra
bazarlıq etmək üçün kənd sakinləri seçki məntəqəsinin qarşısında dayanmış avtobusa
minərək Ağdama getmişlər. Geri qayıdarkən avtobus Xocavənddən 3 kilometr aralıda hər
tərəfdən avtomat atəşinə tutulmuş, avtobusda olan 40 nəfərdən 2 oğlan, 6 qadın qətlə
yetirilmiş, 23 nəfər ağır yaralanmışdır. Yaralılar təcili olaraq Ağdam xəstəxanasına
çatdırılmışdır.”
Avtobus faciəsindən sonra Qaradağlının cəsur gənclərindən Elnur Süleymanov,
Xanalı Hüseynov və Rayət Quliyev sentyabr ayının 25-də gecə silahlanıb, ermənilərin
tutduğu Aşan kəndinin arxa hissəsinə keçmişlər. Onlar kəndə yaxınlaşıb onun kənarı ilə
gəzən üç nəfər silahlı erməni hərbiçisini atəşə tutub qətlə yetirmişlər. Bu əməliyyat
zamanı Rayət ağır güllə yarası alsa da, yoldaşları onu gizli meşə yolu ilə kəndə gətirib
oradan Beyləqan xəstəxanasına çatdırara həyatını xilas etmişlər.
8 sentyabr 1991 – ci il hadisəsindən sonra qaradağlıların nümayəndələri Məzahir
Ağalarov, Nobil Zeynalov 20 nəfərlə Bakıya gedərək, prezident Ayaz Mütəllibovla
görüşmüş, ona Qaradağlının ağır vəziyyəti barədə məlumat vermişlər.
A. Mütəllibovla qaradğlılara kəndin müdafiəsi ilə şəxsən özü məşğul olacağına
söz vermiş və bundan 3-4 gün sonra 11 nəfərdən ibarət bir qrup hərbiçi Qaradağlıya
göndərilmişdi. Onlar kəndin yuxarı hissəsində Abbasovun evində yerləşmişdilər. Kəndin
müdafiəçiləri həmin dəstə ilə birlikdə bir qisas əməliyyatı hazırlayıb həyata keçirməyə
müvəffəq oldular. 21 nəfərlik dəstə Vərəndətiyə gedən yolun kənarında yerləşən çoxlu
erməni quldurlarının toplaşıb keşik çəkdiyi, hərbi əhəmiyyətli məntəqə olan fermaya
hücum edərək üç nəfər qulduru zərəsizləşdirmiş, qalanlarını isə qonşu erməni kəndlərinə
çəkilməyə məcbur etmişlər. Lakin təxminən 1 aydan sonra kənddin mühafizəsinə kömək
üçün göndərilmiş hərbiçilərin müəmmalı şəkildə geri çağrıldması Qaradağlının ağır olan
vəziyyətini daha da ağırlaşdırdı.
II Qaradağlının işğalı
Xocavənd rayonunun azərbaycanlılar yaşayan kəndlərinin işğal tarixləri və digər
faktlar sübut edir ki, dinc əhali öz döğma torpaqları uğrunda sona qədər mübarizə aparıb,
son nəfəsə qədər döyüşmüşlər. Düşmənin hərbi qüvələri ilə qeyri – bərabər döyüşlərdə
mərdlik, şücaət göstərmiş yerli əhali, təklənməsinə, köməksiz qalmasına baxmayaraq
vətən uğrunda 5 ildən artıq düşmənə qəhrəmanlıqla müavimət göstərmişdir. Təxribatların
1988 – ci ilin fevralından başladığını, Tuğ, Saləkətin kəndlərinin 30 oktyabr 1991,
Xocavəndin özünün 19 noyabr 1991, Naxullunun 10 yanvar 1992, Qaradağlının 17
fevral 1992 , Muğanlı, Əmirallar, Kuropatkinin 02 oktyabr 1992, Xətainin 20 avqust
1993, Günəşlinin 23 avqust 1993- cü ildə işğal olunması deyilənləri sübut edir
.
10
Xankəndi ilə Xocavənd rayon mərkəzi arasında yerləşən Qaradağlı erməni
kəndlərinin mühasirəsində olduğundan Qarabağ münaqişəsinin başladığı ilk gündən
fasiləsiz olaraq erməni quldur dəstələrinin aramsız hücumlarına məruz qalmışdır.
Ətrafındakı yüksəkliklərdən ara-sıra atılan atəşlər nəzərə alınmasa, 1988-ci ilin fevralında
1992-ci ilin fevralınadək Qaradağlıya 305 dəfə düşmən hücumu olmuşdu. Bu döyüşlərin
hər birində isə kənd sakinləri itkilər vermişlər. Ermənilərin Qaradağlıda insanlığa
sığmayan vəhşiliklər törətməsinə şərait yaradan əsas səbəblərdən biri kəndin
Azərbaycanın digər yaşayış məntəqələri ilə torpaq əlaqəsinin kəsilməsi və dörd tərəfdən
mühasirəyə alınmış kəndin səmasında Azərbaycan vertolyotlarının mütəmadi atəşə məruz
qaldığından hava xətti ilə də heç bi köməyin göstərilməməsi idi.
1991-ci ilin yayından başlamış dinc əhalinin Qaradağlıdan çıxarılması əməliyyatı
ilin sonunda demək olar ki, tamamilə başa çatdırılmışdı. İşğal ərəfəsində Qaradağlını 125
nəfər müdafiə edirdi. Bunlardan yalnız 14 nəfəri Ağdamdan köməyə gəlmiş Milli
Ordunun, 70 nəfəri isə Qaradağlı özünümüdafiə dəstəsinin döyüşçüləri idi. Bundan başqa
17 nəfər yaşı 60-dan yuxarı olan kişi, 13 nəfər məktəb yaşlı uşaq əllərində silah
vuruşmağa hazır dayanmışdılar. 11 nəfər yaşı 50-dən yuxarı olan qadın könüllü kənddə
qalaraq ərlərinə, oğullarına və qardaşlarına arxa olub kömək edirdilər. Qəhrəman
Azərbaycan qadınlarından Zivər, Sitarə, Tavar, Gərəkməz, Mina, Minarə, Səadət,
Mirvari, Minayə, Gülər və Həqiqət dekabr ayından başlayaraq 125 nəfərə yaxından
köməklik etmişlər.
1991-ci ilin noyabr ayının 20-də Qarakənd üzərində içərisində Azərbaycan dövlət
rəsmilərinin də olduğu vertolyotun ermənilər tərəfindən vurulması yerli əhalinin təşvişini
daha da artırdı. Mühasirə vəziyyətində olan kəndlə əlaqə ancaq vertalyotlar vasitəsilə
mümkün idi. Bundan sonra kəndə gələn vertalyotlar kənd əhalisinin bir hissəsini
təhlükəsiz yerlərə aparmağa başlaılar. Erməni yaraqlıları demək olar ki, hər gün kəndə
həmlələr edir, müdafiəçilər bütün istiqamətlərdən olan atəşlərə atəşlə cavab verməli
olurdular.
1992-ci il yanvarın 8-də ermənilər yenidən kəndə güclü hücuma keçdilər. Milli
Ordunun və könüllü müdafiə dəstəsinin döyüşçüləri bu hücumun qarşısını alıb quldurları
geriyə çəkilməyə məcbur etdilər. Bu döyüşdə Əliqismət Kərimov, Alov Əzizov, Namiq
Hüseynov, Ərəstun Məmmədov, İlqar Hüseynov qəhrəmanlıq köstərərək, çoxlu sayda
erməni yaraqlısını zərərsizləşdirdilər. Döyüşdə ağır yaralanmış Məzahir və Hidayət
yanvarın 9-da kəndə gəlmiş vertolyotla Ağdam xəstəxanasına çatdırılsa da, Məzahirin
həyatını xilas etmək mümkün olmamışdır.
Yanvarın 12-də quldurlar kəndə gələn vertalyotun düşməsinə imkan verməmiş,
buna görə də ekipaj gətirdiyi ərzaq və sursatı vertolyotdan kəndə ataraq geri qayıtmağa
məcbur olmuşdur. Lakin bir qədər sonra çətinliklə də olsa Qaradağlıya enən bir
vertalyotla şəhid Məzahirin dostları qayıdaraq onun qisasını alacaqlarına and içmişlər.
Onların sırasında Milli Ordunun döyüşçüsü Eldar Arazov da var idi.
Lakin qüvvələr nisbəti bərabər deyidi. Canlı qüvvəyə, hərbi texnikaya, sursata
böyük ehtiyac duyulurdu. Top, “Qrad”qurğusu, BMP, avtomat, pulemyot və s. silahlarla
silahlanmış düşmən hərbi texnika və canlı qüvvə baxımından çox böyük üstünlüyə malik
idi.
Qaradağlıların haray səsi hər gün dəfələrlə ratsiya ilə ölkəyə yayılırdı. Bu işdə
rabitəçi Zahid Xəlilovun, İmran Hüseynovun və Həqiqət Hüseynovanın xüsusi xidməti
11
var idi. Lakin Moskvadan asılı olan o zamankı Respublika rəhbərliyi Qaradağlının
harayını eşitməzliyə vurur, heç bir əməli tədbir həyata keçirmirdilər.
1992-ci il yanvarın 15-də qaradağlılar Azərbaycan xalqına son dəfə müraciət
etdilər və bu müraciət bir neçə gün radio ilə elan olundu. Müraciətin mətni belə idi:
“Tarixin amansız vəhşilikləri Qarabağ torpağının keşiyində duran, zamanın ən çətin
sınaqlarından mərdliklə çıxmağa çalışan mübariz oğullarını zərrə qədər də sarsıda bilmir.
Dörd ildir ki, Qarabağın bir parça incisi olan Qaradağlı düşmən hədəfinə çevrilsə də,
qorxmaz oğulları tərəfindən qorunur, müdafiə olunur. İllərlə yaddaşımızda həkk
olunmayan unudulmuş bu kəndin sakinləri ömrünün ən çətin günlərini yaşayır. Yaşayış
evləri, müxtəlif inzibati binalar od tutub yanır, gunahsız insanlar qətlə yetirilir, mal-
dövlət talan edilib aparılır. Bir sözlə erməni quldurlarının aramsız hücumlarına məruz
qalır. Düşmənlər bu gözəl, əhəmiyyətli mövqeyi ələ keçirmək istəyir. Axı Qaradağlı
Xocavənd ilə Xankəndi arasındakı yolu kəsmiş, onların bu yolda hərəkətinə birdəfəlik
mane olmuşdu! Xocavəndin quldur dəstələr tərəfindən işqal olunmasından sonra
Qaradağlıda vəziyyət daha da gərginləşib.
Doğma xalqım! Qanınızda namus, qeyrət işartısı varsa Qarabağın azadlığı
uğrunda mübarizəni dayandırmayın! Yoxsa Qaradağlı öz əlinizlə quldur yuvasına çevrilə
bilər.”
Fevralın 15-də səhər tezdən erməni hərbi birləşmələri hər tərəfdən Qaradağlı
kəndi üzərinə hücuma keçdilər. Hücumda qonşu erməni kəndlərinin döyüşçüləri, muzdlu
əsgərlər, rus zabitləri, 366-cı rus alayının əsgərləri iştirak edirdilər. Lakin onlar üçün
kəndə doğru irəliləmək asan başa gəlmirdi. Bir saylı postda məktəb direktoru Nobil
Zeynalov, milis əməkdaşı Xanalı Hüseynov və könüllü müdafiə dəstələrinin döyüşçüsü
Altay Həsənov dayanmışdılar. Döyüş çox gərgin keçirdi. Kəndin qəhrəman qadınları
güllə yağışı altında döyüş meydanına girib müdafiəçilərə patron, su, ərzaq daşıyır,
yaralılara tibbi yardım göstərir, qanaxmasını dayandırır və onların yenidən döyüşə
girməsinə nail olurdular. Bu döyüşlər zamanı 74 yaşlı Zivər anaın həlak olması
müdafiəçilərin düşmənə olan nifrətini artırdı. Həmin gün ermənilər xeyli itki verərək geri
çəkildilər. Lakin səhəri gün düşmən bir saylı posta yenidən hücuma keçdi. Qanlı
döyüşlərdə Nobil müəllim və onun səngər dostları Altay, Xanalı mərdliklə vuruşaraq 11
nəfər erməni qulduru məhv etdilər. Ermənilər kəndin qəhrəman müdafiçilərinin
qoruduğu stehkamı hücümla ala bilmədiklərini görüb, yanğın törədən mərmilərlə
müdafiəçilərin mövqelərini atəşə tutmağa başladılar
.
Od - alov içərisində düşmənə
qəhrəmanlıqla müqvimətı davam etdirən 1 saylı postun döyüşçüləri son nəfəslərinə qədər
öz mövqelərindən geri çəkilmədilər. Onların hamısı öz döğma kəndləri uğrunda axıra
qədər döyüşərək şəhid oldular. Fevralın 16-da gecə digər postların müdfiəçiləri Qara,
Novruz, Dəmir və Əlqismət sürünə-sürünə 1 saylı posta yaxınlaşaraq qəhrəman
şəhidlərin cəsədlərini qərargaha gətirdilər. Çətinlikə olsa da şəhid atası Məhəmməd
kişinin rəhbərliyi ilə qəhrəmanlar dəfn olundular.
Həmin gün Qaradağlı uğrunda döyüşlərdə qəhrəmanlıqla vuruşan və şəhid olmuş
oğullarımızdan biri də Eldar Arazov idi. O, qranatatanla 2 düşmən hərbi texnikasını məhv
etmiş, atəş nöqtələrini susdurmuşdu. Eldar Arazov dostu Məzahirin qisasını düşməndən
alaraq vətən uğrunda şəhid olmuşdu. Həmin gün şəhid olmuş oğullarımızdan biri də Arif
Bayramov idi.
Amansız döyüş 5 gün davam etmişdi. Axırıncı gün Qaradağlı müdafiəçilərinin
hərbi sürsatı tükənmək üzrə idi. Onlar son anda da kömək üçün müraciət etsələr də
12
kənardan heç bir kömək gəlmədi. Güllələri qurtaran döyüşçülər qərargaha - kolxoz
inzibati binasına yığışmağa başladılar. Yaralılar və həlak olmuş döyüşçülərin meyiddəri
də qərargaha gətirildi. Qərargah uğrunda amansız döyüş fevralın 17-si gecə səhərə qədər
davam etdi. Səhər qərargahdan düşmənə tərəf atəşlərin sayı xeyli azalmışdı. Qəhrəman
döyüşçülər arabir atəş açmaqla erməniləri yaxına buraxmırdılar. Artıq sonuncu güllələr
atılırdı. Bunu hiss edən erməni quldurları qərargaha yaxınlaşaraq, rus dilində: “Çölə
çıxın, silahlarınızı, əşyalarınızı, qiymətli əşyalarınızı və sənədlərinizi töküb bir cərgəyə
düzülün” deyə fasiləsiz meqafonla qışqırmağa başladılar və bununla da o vaxtki
Respublika rəhbərliyi tərəfindən taleyin hökmünə buraxılmış Qaradağlı, kənd
sakinlərinin qəhrəman müdafiəsinə baxmayaraq düşmən tərəfindən işğal olundu.
III Faciənin canlı şahidləri
Bu hadisənin canlı şahidi, kəndin müdafiəsində sona qədər iştirak etmiş, 118 nəfər
kənd sakini ilə birlikdə ermənilər tərəfindən girov götürülmüş və Telman Tağıyevin
göstərdiyi qəhrəmanlıq sayəsində düşmən caynağından xilas olmuş Qaradağlı sakini
Vidadi Hüseynov belə xatırlayır:
“Ermənilər bizi girov götürərkən onların yanında ağ xalatlı həkim qrupu da var idi.
Erməni əsgərləri cərgədə yanımıza gəlib saatlarımızı, pullarımızı və qiymətli əşyalarımızı
tələb edirdilər. Arxadan 10-15 nəfərin üst-başını yoxladılar. Sonra yoxlamanı davam
etdirmədilər. Kolxoz idarə binasınıi həyətındə biri “Ural”, o birı KAMAZ markalə iki
yük maşını dayanmışdı. Bizə maşınlara tərəf hərəkət əmri verildi. Bir erməni zabiti
qocaları və qadınları KAMAZ - a, cavanları isə üstü çadırlı “Ural”a münmələrini əmr
etdi. Mən 14 yaşlı məktəbli Avtandil Nağıyevə maşına çıxmağa kömək etdim və özum
ən axırıncı olaraq maşına çıxdım. Oturmağa yer olmadığından Faiq məni özunə tərəf
çəkdi və mən onun dizləri üstündə oturdum. Birdən bir mulki geyimdə olan orta yaşlı
erməni maşına yaxınlaşıb dedi: “Mən burda 3 nəfər turk öldurməliyəm”. Sonra Eldarı
adla çağırdı. Eldar Dadaşov yerə düşən kimi tapança ilə onu alnından vurdu. O biri
maşından da bir nəfər düşürüb vurdular. Bundan sonra kimi çağırdılarsa heç kim cavab
vermədi. Maşınlar hərəkətə gəldi. Bəylik Bağını və ondan sonra gələn Tut bağını keçdik.
Silos quyusunun yanında maşınlar dayandırıldı. Erməni zabiti arxada gedən “Ural”
maşınına yaxınlaşıb 10 nəfərin düşməsini tələb etdi və yaxınlaşıb arxa bortu açdı. Mən
arxada oturduğumdan birinci düşdüm. Mənim arxamca da 10-15 nəfər cavan döyüşçülər
düşdülər. Bizi nəyə görə düşürdükləri aydın idi. Ona görə də hamımız sinəmizi açıb
qışqırırdıq: “Güllələyin əclaflar, onsuz da qanımız yerdə qalmayacaq! Sizi it kimi
qovacaqlar!” Bu sözləri eşidən 10-15 nəfər erməni əsgər və zabitləri avtomatlarını
sinələrinə qaldırıb atəş açmağa hazırlaşırdılar. Mən yolun sağ tərəf kənarında
dayanmışdım. Ermənilər isə sol tərəfdə maşının arxa hissəsinə yaxın bir yerə
toplaşmışdılar. Ölumə sinə gərən oğullar mənim sağ tərəfimdə düzülmüşdü. Ən axırıncı
bizə tərəf Telman Tağıyev gəlirdi. O, mənim yanıma çatar-çatmaz qəfil ermənilərə tərəf
döndu. 3-5 metr irəliləyib əlindəki qumbaranı onların ortasına atdı. Ermənilər qaçmağa
maçal tapmamış qumbara partladı. Partlayışın təsirindən mən yolun kənarındakı qalın
kolluqla örtülü arxa düşdüm. Aldığım qəlpə yarasından və zərbənin təsirindən huşumu
itirdim. Bu hadisə təxminən saat 14-00 - 15-00 radələrində baş vermişdi. Mən ayılanda
gördüm ki, hava qaranlıqlaşıb, özum də qan içindəyəm. Ağlım başıma gəldikcə başıma
13
gələnləri və harada olduğumu muəyyənləşdirə bildim. Gecə yarı yerimdən durub
meşələrin içi ilə Ağdamın Abdal Gulablı kəndinə gəlib çıxdım. Sonradan öyrəndim ki,
həmin hadisə olan yerdə sağ qalan ermənilər bizim maşında olan silahsız adamları
avtomat atəşinə tutmuş, 33 nəfəri qətlə yetirmişlər.”
Hadisənin digər canlı şahidi Telman Tağıyevin atası Aslan Tağıyev ermənilər
tərəfindən Xankəndinə aparılarkən yolda oğlu Telmanın qəhrəmanlığının şahidi olmuş və
2 ay erməni əsirliyində qaldıqdan sonra qaytarılmışdır. Aslan Tağiyev hadisələri belə
xatırlayır:
“ Fevral ayının 14-də ermənilər kəndimizi hər tərəfdən mühasirəyə alıb artilleriya
atəişnə tutmuşdular. Bu zaman kənddə 120-dən çox mudafiəçi var idi. 90 nəfərə yaxın
gənc və cəsur oğlanlar gecə-gündüz səngərlərdə dayanıb erməni hücumlarının qarşısını
alırdılar. Oğlum Telman 15 nəfərlə Qağarza istiqamətindəki 3 saylı postda vuruşurdu.
Onların qəhrəmanlıqla vuruşduğunu ondan bilirəm ki, bizi əsr aparan erməni döyüşçüsü
deyirdi: “Ara, sənin oğlun olan postun uşaqları bizdən 64 nəfəri öldurub”. Telman hərbiçi
idi. O, çox dəqiq və sərrast atəş açırdı. Onun çox təsadufi hallarda gülləsi boşa çıxa
bilərdi. Döyüşlərin 3-cü günü, yəni fevralın 16-da patron qurtarmaq üzrə idi. Qərargahda
isə ehtiyat patron qalmamışdı. Axşam saat 20.00 radələrində döyüşün komandiri Ədalət
Məmmədov butun postlarda olan döyüşçülərin qərargaha yığışmasını əmr etdi.
Mudafiəçilər bir-bir geri çəkilib qərargaha yığışdılar. Telman da qərargaha gəldi. Bundan
sonra qərargahın həyətinə gəlib çıxmış erməni quvvələri ilə mudafiəçilər arasında qızğın
döyüş başladı. Döyüş səhərə qədər davam etdi. Mudafiəçilər son patronlarını işlədirdilər.
Bunu hiss edən ermənilər qərargahın həyətinə doluşmuşdular. Fevralın 17-si səhər saat
10- 00 -a qədər döyüş davam etdi. Daha biz tərəfdən atəş açmağa imkan qalmamışdı.
Həyətdən erməni komandirləri azərbaycanca və rusça: “Çölə çıxın, təslim olun” - deyə
əmr etdilər. Mən Telmanın dayandığı yerə gəldim. O, hərbi formada, başını dik tutub
vuqarla dayanmışdı. Düşündüm ki, onun hərbi paltarı ermənıləri qızışdıra bilər. Odur ki,
cəld hərəkətlə dəri gödəkçəmi və köhnə şalvarımı soyunub Telmana uzatdım və paltarını
dəyişməsini tələb etdim. O, mənə tabe olub hərbi formasını mənə verdı və mənim
verdiyim paltarları geyindi. Bu zaman mən onun paltarın altında qranat gizlətdiyini
gördüm. Dedim ki, oğlum, üst-başımızı axtaranda onu səndə tapsalar axırına az qalar.
Onu bir kənara at. Telman kövrək səslə dedi: “Yox! Ata, o mənə lazım olacaq. Hələ
döyüş dayanmayıb. Onsuz da ermənilər bilirlər mən kiməm”
Bayırdan ermənilər öz tələblərini tez-tez və daha qəzəbli səslə təkrar edirdilər.
Komandirimiz Ədalət Məmmədov ermənilərlə danışıqdan qayıtdı. Beş dəqiqəlik
məsləhətləşmədən sonra çölə çıxmaq qərara alındı. Bir-bir çölə çıxır, sılahlarımızı qapı
ağzında yerə atır sıraya düzülürdük. Yenidən əmr verildi ki, kimdə silah, sənəd, pul və
qiymətli əşya varsa yerə töksun. Pul və sənədlərdən böyuk bir qalaq alınmışdı. Arxada
dayananlardan başlayaraq bizim adamların üst-başlarını əlləri ilə yoxlamağa başladılar.
Təxminən 15 nəfər yoxlandı, onlardan heç nə tapılmadı. Telmana növbə çatmamış
yoxlamanı davam etdirməyı lazım bilmədilər. Ürəyim bir az sakitləşdi.
Qərargahın həyətində “Ural” və KAMAZ markalı iki yuk maşını dayanmışdı.
Əmr etdilər ki, cavanlar “Ural” maşınına, qocalar və qadınlar isə KAMAZ maşınına
otursunlar. Mən, Telmanı da KAMAZ maşınına mindirmək istədim. Erməni zabiti etiraz
etdi. Turkcə danışan başqa bir erməni zabiti mənə yaxınlaşıb dedi ki, onda gödəkçəni
mənə ver. Soyunub verdim və onun köhnəsini əynimə geydim. Bundan sonra o yenə
Telmana o biri maşına oturmağı əmr etdi. Mən yenidən ona yaxınlaşıb yalvarmaq
14
istədim. Onda Telman: “Ata, yalvarma, lazım deyil”, - deyib “Ural” maşınına mindi.
Hamı maşınlara oturmuşdu. Yaralılarımız yerdə çabalayırdılar. Onlara fikir verən yox idi.
Maşınlara hərəkət əmri verildi. Heç 100 metr getməmişdik ki, qonşu kəndlərindən
gələn adamların tələbi ilə maşınları saxladılar. Hər maşından bir nəfər düşürüb hamının
gözü qarşısında güllələdilər.
Maşınlar yenidən hərəkətə gəldi. Qarşıda Tut Bağı deyilən yerdə çoxlu erməni
qadın və kişilər toplaşmışdı. Onlara çatanda, Silos quyularının yanında, yenə də maşınlar
saxlanıldı. Biz cavanlar gələn maşından 20 metr irəlidə idik. Erməni komandirlərinin səsi
gəldi: “Kim öz vətənində ölmək istəyirsə maşından düşsün”. Eyni zamanda iki nəfər
erməni avtomatlardan cavanlar olan maşına atəş açdı. Onda cavanlardan bir neçəsi
maşından düşdü. Mən Telmanın da düşdüyünü gördüm. O, maşından düşüb mənə tərəf
baxdı. Nə demək istədiyini bilmədim. Camaatı süzdü. Birdən ermənilərin yığcam
dayandığı yerə tərəf qaçdı. Bir göz qırpımında o ermənilərə çırpıldı və dərhal da partlayış
baş verdi. Gözlərimiz qarşısında 10 erməni yaraqlısı parça-parça oldu. Daha bir neçə
erməni də yaralanıb yerə sərildi. Telman özü də aldığı qəlpə yarasından yerindəcə öldü.
Sağ qalan ermənilər özlərinə gələn kimi həmin yerdə 33 nəfəri güllələdilər. İgidlərimizin
“Yaşasın Azərbaycan”, “Allahu Əkbər” deyə qışqırtısı indi də qulaqlarımdan getmir.
Nəhayət maşınlar Xankəndinə tərəf yenidən hərəkətə başladı. 2 ay Xankəndində
girovluqda qaldım. Ermənilər əsirlikdə igid oğullarımızı işgəncələrlə məhv etdilər. 48
nəfər qadın, qoca və şikəst uşaqlar isə iki ay müddətində girovluqdan azad olundular.
Meyidləri isə öldurülən yerdə köhnə silos quyularında basdırıb üstlərini torpaqlamışdılar.
Sonralar biz 14 meyidi həmin quyulardan çıxarıb dəfn edə bildik. Hamısının basdırıldığı
yerləri bilirəm. Qarabağ azad olan kimi sümüklərini çıxarıb layiqincə dəfn etdirəcəyəm.
Sağlıq olsun. İgidlərimiz sağ olsun. Biz qalib gələcəyik.”
Hadisələrin digər canlı şahidi Həqiqət Hüseynova əvvəlcə rabitəçi vəzifəsini
yerinə yetirirdi. Son iki gündə isə rabitə əlaqəsi kəsilmiş və kömək gəlməsinə ümid
azalmışdı. Bundan sonra H. Hüseynova beşatılan tüfəng götürərək, əri İmran Hüseynovla
çiyin-çiyinə düşmənə qarşı döyüşlərdə bilavasitə iştirak etmişdir. Həqiqət Hüseynova
hadisələr barədə bunları deyir:
“İki aya yaxın idi ki, 100 nəfərdən çox kişiyə qulluq edirdik. Biz qadınların işı
kişilərinkindən çox idi. Elə gün olurdu ki, 12 dəfə təndir qalayır, çörək bişirirdim. O
qədər paltarı əllə yumaq asan iş deyil ki. Hələ cırılan-sökülən yerləri də tikmək lazım idi.
Əsas işim isə rabitə idi. Mən güllə yağışı altında gəzir, ratsiya ilə döyüş meydanından
postlar arasında əlaqə yaradır, kənara məlumat verirdim. Bütün Türk dunyasına üz tutub
yalvarırdım ki, bizə kömək etsinlər. Ümidimi heç vaxt üzmürdüm. Nəhayət, 5 gün qanlı
döyüşdən sonra döyüşçülərin patronları azalmışdı. Hərənin 5-6 patronu qalırdı. Komandir
Ədalət Məmmədov göstəriş verdi ki yavaş-yavaş qərargaha yığışın. Fevralın 16-da axşam
hamı qərargaha toplaşdı. Səhərə qədər də atışıb erməniləri yaxına buraxmadıq.
Fevralın
17-də səhər tezdən ermənilər qərargahın həyətinə doluşdular. Onlar danışıq üçün
numayəndə tələb etdilər. Mən dedim cavab verməyin, barışıq-zad baş tutan iş deyil. Buna
baxmayaraq Ədalətlə Alik danışıq üçün çölə çıxıb ermənilərin yanına getdilər. 10-15
dəqiqədən sonra Ədalət qanı qara halda qayıtdı. Dedi ki, bizi Xocavənddən ötürməyə,
Ağdama yola salmağa söz verirlər. Mən dedim ki, yalandır, erməni sözunə inanmaq
olmaz. Hər döyüşçü özü üçün bir patron saxlamışdı. Hamısı özunu vurmağa hazır idi.
Onda Alik gəldi. O da dedi ki, ermənilər bizi Ağdama öturəcəklərinə çox möhkəm söz
verirlər. Gördüm hamı razılaşır. Onda etiraz etdim ki, ermənilərin sözunə inanmayın.
15
Ağdam polislərinin komandirinin qollarından tutub yalvardım ki, təslim oluruqsa, məni
güllə ilə vur, əsirlikdə qalmaq istəmirəm. O tərəddüd elədi. Dedim ki, əgər ananın
düşmən əlinə düşməsini istəmirsənsə, qeyrətli bir oğul kimi çəkinmə, vur məni. Qolundan
tutub silkələdim, avtomatını yuxarı qaldırıb lüləsini sinəmə dayadım. Onun barmaqları
tətikdə idi. Tətiyi çəkmək istəyirdi ki, həyat yoldaşım İmran yaxınlaşıb dedi: “Oğlum,
mənim gözüm önundə Həqiqətə güllə vurma”. Hamısını söyub təhqir etdim. Yerdən
beşatılan tufəngimi götürub ayağa qalxdım. Döyüşə hazır vəziyyətdə dayanıb dedim:
“Onda ölənə qədər döyüşəcəyik”.
Nəhayət, bir-bir çölə çıxmalı olduq. Çölə çıxanda erməni komandirləri əmr etdilər
ki, silahları tökun. Onda tam yəqinlik hiss etdim ki, bizi ermənilər Ağdama yola
salmayacaqlar. Mən çiynimdə beşatılan, belimdə patron qatarı çıxmışdım. Ermənilərin
qəzəbli baxışlarını veçimə də almadım. Döyüşçülərdən Ərəstun silahı təhvil vermədi.
Avtomatını divara vurub sındırdı və kənara atdı. Dedi ki, mən erməniyə silah vermərəm.
Başqa cavanlardan da belə edənlər oldu. Beləliklə 118 nəfər Qaradağlı mudafiəçiləri əsir
edildi. Ermənilər qocaları və qadınları bir, cavanları isə başqa bir maşına mindirdilər.
Maşınlar hərəkətə gəldi. Yol uzunu bizi aparan hərbiçilər maşını saxlayır, yol kənarına
yığışmış erməni əhalisinin gözü qarşısında cavanlarımızı güllələyirdilər. Oğullarımızdan
Ərəstun, Nəbi, Nahid və İbiş ölumu mərdliklə qəbul etdilər. Onlar sinələrini açıb
“əçlaflar, vurun, qoy qanım torpağıma tökülsün”, “İt kimi burdan qovulacaqsız” deyərək
qışqırır, güllə qabağına gedirdilər.”
Digər canlı şahid Qaradağlı sakini, hadisələrin şahidi İlqar Əliyevin açıqlaması:
“İlqar Qardaşxan oğlu Hüseynov, 1958-ci ildə Xocavənd rayonunun Qaradağlı kəndində
anadan olub. Qaradağlı kənd özünümüdafiə taburunun tərkibində öz kəndlərinin
müdafiəsi zamanı ermənilər tərəfindən əsir götürülüb. O, həmin hadisələri belə xatırlayır:
“Xocavənddə cəmi 5 azərbaycanlı kəndi var idi. Onlardan da biri 41 erməni kəndinin
əhatəsində olan Qaradağlı kəndi idi və ən yaxın azərbaycanlı kəndindən 13 km aralı idi.
Bu kəndlər isə 1991-ci ilin noyabr ayında ermənilər tərəfindən işğal olunmuşdu və
Qaradağlı blokadada qalmışdı. Ermənilər Qaradağlını tutandan sonra əsir və girov
götürdükləri kənd sakinlərindən 33 nəfərini öldürdülər. Sonra öldürdükləri qadın və
uşaqların cəsədlərini kənd yaxınlığındakı Bəylik bağı adlanan yerdə “silos” quyusuna
töküb, üzərini torpaqladılar. Ermənilər kənd sakinlərini güllələyir, hələ ölməmiş adamları
isə quyuya doldururdular. Mənimlə birlikdə yüzdən artıq Qaradağlı kənd sakini girov
götürülmüşdü. Yolda dəhşətli işgəncələrlə qarşılaşdıq. Ermənilər iki kənd sakininin
başını toxmaqla yararaq, onları əzabla öldürdülər. Bizi əvvəlcə Lingin kəndində
gətirdilər. Orada üç nəfəri, Malıbəylidə isə 12 nəfəri güllələdilər. Malıbəylidə hamını
maşınlardan töküb, piyada Xankəndinə qədər apardılar. Yol boyu ermənilərin təhqirləri
ilə qarşılaşırdıq. Xankəndidə yerləşən həbsxanada 8 Qaradağlı sakininin acından öldü.
Ermənilər fevralın 26-da Xocalını işğal edəndə Xankəndidə həbsxanada idim. Həmin gün
ermənilər yüzdən artıq adamı bu həbsxanaya gətirdilər. Sonra bildim ki, onlar Xocalı
sakinləridir və bu şəhər də işğal olunub. Səhəri gün gözümün qabağında 60-a yaxın
Xocalı sakininin başını kəsdilər. Onların arasında uşaq və qadınlar da var idi”.(11)
Qaradağlı sakini Oruc Əliyev də kənd işğal olunduqdan sonra şahidi olduğu
hadisələri belə xatırlayır: “Məni fevralın 17-də əsir götürdülər. Yolda qohumlarımın
yarısını öldürdülər. Xankəndidəki həbsxanada isə dişlərimi zorla çəkdilər. Hər gün
ermənilər tərəfindən döyülür, işgəncəyə məruz qalırdım. Həmin il martın 17-də
Allahverdi Bağırovun köməkliyi ilə dəyişdirildim. Beynəlxalq Qırmızı Xaç Komitəsinin
16
nümayəndələri həmin günə qədər bir dəfə də olsun xəstəxanaya gəlmədilər. Ermənilər
sağlam azərbaycanlı əsir və girovların daxili orqanlarını satırdılar. Bunu əvvəlcədən
tanıdığım ermənilər mənə demişdi”.
O. Əliyevin sözlərinə görə, Qaradağlının alınması əməliyyatına və orada baş
verən qətliamlara Ermənistan prezidenti Robert Köçəryan rəhbərlik edib. O, bunu
Əsgəranda xəstəxanada yatarkən eşitdiyini söyləyib.[1]
Qaradağlı faciəsində ölən, yaralanan, əsir düşənlər haqqında müxtəlif məlumatlar
var. Məlumatların birində 54 nəfər dinc sakinin vəhşicəsinə qətlə yetirilməsi, 50 nəfərin
əsir götürülməsi, 42 ailə başçısının itirməsi, 140 uşağın yetim qalması, ümumiyyətlə,
kənd sakinlərinin hər 10 nəfərindən birinin şəhid olması göstərilir (12). Digər
məlumatda 90 nəfərin şəhid olması, 6 nəfərin itkin düşməsi və 9 nəfərin əsir götürülməsi
bildirilir (13)
Fikrimizcə faciənin miqyası çox geniş olduğundan, faktların əsasən şifahi
mənbələrə əsaslandığından və rəsmi araşdımalar aparılmadığından belə fərqli məlumatlar
mövcuddur. Buna görə də bu sahədə rəsmi araşdırmaların aparılmasına ciddi ehtiyac var.
Aşağıda Qaradağlı faciəsində şəhid olan, gorov götürülərək əzab və işgəncə ilə
qətlə yetirilənlər və taleyi indiyədək naməlum şəxslərin bir qisminin ad və soyadları qeyd
olunub:.
Dostları ilə paylaş: |