462) Xora xəstəliyinin əsas rentgenoloji əlaməti hansıdır?
A) Atrofiya
B) Hipersekresiya
C) «Taxça» simptomu
D) Hipertonus
E) Divarın deformasiyası
Ədəbiyyat: С.И. Пиманов «Эзофагит, гастрит и язвенная болезнь» 2000 г
463) Epiqastral nahiyədə « acqarına » gecə ağrılarına hansı xəstəlikdə rast gəlinir?
A) 12 - barmaq bağırsağın xora xəstəliyi
B) Qastroptoz
C) Xoralı kolit
D) Mədənin kiçik əyriliyinin xorası
E) Mədənin kardial hissəsinin xora xəstəliyi
Ədəbiyyat: Питер P. МакНелли. «Секреты гастроэнтерологии». 2005г.
464) Simetidin hansı qrup preparatlara aiddir?
A) Antasid
B) Qeyri - selektiv xolinolitiklər
C) H1- histamin reseptorlarını blokada edən
D) Spazmolitik
E) H2 - histamin reseptorlarını blokada edən
Ədəbiyyat: Под общей редакцией В. Т. Ивашкина. «Рациональная фармакотерапия заболеваний органов пищеварения» 2003г.
Dostları ilə paylaş: |