501) Parçalanmış hemoqlobinin hansı hissəsindən birləşmiş bilirubin yaranır?
A) qlobindən
B) hemosiderindən
C) hemin porfirin hissəsində
D) ikivalentli dəmirdən
E) ferritindən
Ədəbiyyat: Г.И.Назаренко, А.А.Кишкун. Клиническая оценка результатов лабораторных исследований. М., 2000
502) Hansı ferment selendən asılıdır?
A) Superoksiddismutaza
B) Qlutationperoksidaza
C) Aaminotransferaza
D) Qələvi fosfataza
E) Qlutationreduktaza
Ədəbiyyat: Г.И.Назаренко, А.А.Кишкун. Клиническая оценка результатов лабораторных исследований. М., 2000
503) Xroniki pankreatit zamanı nəcisin xüsusiyyətləri hansılardır?
A) yağlı, çoxlu nəcis
B) seliktəhər
C) “düyü həlimi” kimi
D) “qoyun qığı” kimi
E) az miqdarda
Ədəbiyyat: Ф.И.Комаров, М.А.Осадчук, А.М.Осадчук.Практическая гастроэнтерология. М.,2010
504) Xroniki pankreatinin kəskinləşməsi zamanı müalicədə hansı patogenetik vasitə işlənilir?
A) prebiotiklər
B) qeyri - steroid iltihaba qarşı
C) immunomodulyator preparatlar
D) proteoliz inhibitoru
E) eubiotiklər
Ədəbiyyat: Ф.И.Комаров, М.А.Осадчук, А.М.Осадчук.Практическая гастроэнтерология. М.,2010
Dostları ilə paylaş: |