747) Anafilaktik şok zamanı xəstəyə hansı düzgün vəziyyət verilməlidir?
A) Xəstəyə oturaq vəziyyət verilməli
B) Xəstə hərəkət etməli
C) Xəstə ayaqüstə durmalıdır
D) Xəstə qarnı üstə uzanmalı, ayaqları 30° bucaq altında qaldırılmalı
E) Xəstə ayaqüstə durmalıdır Xəstə arxası üstə uzanmalı, ayaqları 30° bucaq altında qaldırılmalı
Ədəbiyyat: L.İ.Allahverdiyeva, G.P.Əhmədova, N.A.Ələkbərova, Anafilaktik şok ( metodik vəsait ), 2014, səh. 21
748) Ekzogen allergik alveolitin kəskin dövrünün müalicəsində ən təsirlisi hansıdır?
A) Sistem qlükokortikosteroidlər
B) Göbələk əleyhi dərmanlar (İtrakonazol, Amfotericin və s.)
C) Sadalananların heç birisi
D) İnhaliyasion qlükokortikosteroid
E) Antihistaminlər vena daxilinə
Ədəbiyyat: Р.М.Xаитов национальное руководство 2009, səh.588
749) Bronxial astma diaqnozunun qoyulması zamanı bronxial obstruksiyanın kəskinliyi və geriyə dönməsini qiymətləndirmək üçün seçim üsulu nədir?
A) Bronxoskopiya
B) Spirometriya (bronxodilatatorlarla sınaq)
C) Kompyuter tomoqrafiya
D) Pikfloumetriya
E) Qanda eozinofil kationik zülalın təyin olunması
Ədəbiyyat: Klinik allerqologiya və immunologiya, (t.e.d., prof. L.İ.Allahverdiyevanın redaktəsi ilə) 2010, səh. 35
750) Bronxial astma xəstələrinin vəziyyətinə nəzarət etmək üçün nədən istifadə edilir?
A) Ağciyərlərin auskultasiyası
B) Qanda ümumi İgE-nin səviyyəsinə nəzarət
C) Gündəliyin yazılması
D) Pikfluometriya
E) Qanda spesifik İgE-nin dəyişməsinə nəzarət
Ədəbiyyat: Klinik allerqologiya və immunologiya, (t.e.d., prof. L.İ.Allahverdiyevanın redaktəsi ilə) 2010, səh. 36
Dostları ilə paylaş: |