379) Yüksək tromboembolik riskli qulaqcıqların fibrilyasiyası olan xəstəyə aşağıdakı preparatlardan hansının istifadəsi daha məqsədə uyğundur?
A) Tiklopidin
B) KLopidoqrel
C) Dipiridamol
D) Aspirin
E) Varfarin
Ədəbiyyat: Ж.Д. Кобалава, С.В. Моисеев, В.С. Моисеев «Основы внутренней медицины», 2014, səh. 257.
380) Qulaqcıqların fibrilyasiyası zamanı varfarinin istifadəsi fonunda beynəlxalq normallaşma nisbətinin (BNN-İNR) hansı göstəricisi daha məqsədə uyğun hesab edilir?
A) 0,5-1,5
B) 0,8-1,2
C) 1,0-2,0
D) 2,0-3,0
E) 3,0-4,0
Ədəbiyyat: Ж.Д. Кобалава , С.В. Моисеев, В.С. Моисеев «Основы внутренней медицины», 2014, səh. 257.
381) Qapaq protezlənməsi əməliyyatı olunmuş qulaqcıqların fibrilyasiyası olan xəstənin varfarinlə müalicəsi zamanı beynəlxalq normallaşma nisbətinin (BNN-İNR) hansı göstəricisi daha məqsədə uyğun hesab edilir?
A) 1,0-2,0
B) >2,5
C) 1,5-2,0
D) 0,5-1,5
E) 0,8-1,2
Ədəbiyyat: Ж.Д. Кобалава , С.В. Моисеев, В.С. Моисеев «Основы внутренней медицины», 2014, səh. 257.
382) Qulaqcıqların fibrilyasiyası olan və varfarin qəbul edən stabil xəstələrdə beynəlxalq normallaşma nisbətinə (BNN-İNR) nəzarət necə olmalıdır?
A) Ayda 1dəfə təyin etmək məsləhətdir
B) 2 aydan bir təyin edlməsi məsləhətdir
C) Həftədə 1dəfə təyin etmək məsləhətdir
D) 2 həftədən bir təyin edilməsi məsləhətdir
E) 3 aydan bir təyin edilməsi məsləhətdir
Ədəbiyyat: Ж.Д. Кобалава, С.В. Моисеев, В.С. Моисеев «Основы внутренней медицины», 2014, səh. 258.
Dostları ilə paylaş: |