1215) Mitral stenoz üçün aşağıdakılardan hansı xarakterik deyil?
A) Qanhayxırma
B) EKQ - də sol mədəciyin hipertrofiyası
C) EKQ - də P dişində dəyişiklik
D) Bildirçin ritmi
E) EKQ - də sağ mədəciyin hipertrofiyası
Ədəbiyyat: Г. Е. Ройтберг. «Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации» 2003 г.
1216) Xroniki Ürək Çatışmazlığının patogenezində aşağıdakılardan hansı əsas rol oynayır?
A) Xronotrop funksiyanın pozulması
B) Batmotrop funksiyanın pozulması
C) İnotrop funksiyanın pozulması
D) Dromotrop funksiyanın pozulması
E) Ürəyin avtomatizmi funksiyanın pozulması
Ədəbiyyat: Г. Е. Ройтберг. «Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации» 2003 г.
Dostları ilə paylaş: |