470) Sadalanan simptomlardan hansı portal hipertenziyanın əlamətidir?
A) Ayaqlarda petexial səpki
B) Saçların tökülməsi
C) Qarının ön divarındakı venaların genişlənməsi
D) Sarılıq
E) Ginekomastiya
Ədəbiyyat: Под ред. Н. А. Мухина. «Практическая гепатология» 2004г.
471) Qaraciyər komasının yaranma ehtimalı olduqda, pəhrizin tərkibində hansı qida növünü məhdudlaşdırmaq lazımdır?
A) Karbohidratları
B) Yağları
C) Mayeni
D) Mineral duzları
E) Zülalı
Ədəbiyyat: В.И. Маколкин, С.И. Овчаренко. «Внутренние болезни» 1999г.
472) Baddi - Kiari sindromunun yaranmasının səbəbi nədir?
A) Öd kisəsində xolesterin daşlarının əmələ gəlməsi
B) Qaraciyər hüceyrələrinin iltihabı
C) Qaraciyər venalarının trombozu
D) Bilirubin mübadiləsinin pozulması
E) Qaraciyər hüceyrələrində piyin toplanması
Ədəbiyyat: Питер Р. МакНелли. «Секреты гастроэнтерологии» 2005г.
Dostları ilə paylaş: |