709) Allergik riniti ən çox hansı xəstəlik müşayiət edir?
A) Simpatik oftalmiya
B) Qlossit
C) Otit
D) Parotit
E) Sinusit
Ədəbiyyat: L.İ. Allahverdiyeva “Uşaqlarda allergik xəstəliklər” . Bakı, 2011, səh. 21
710) Allergik rinitin diaqnostikasında hansı sınaqların aparılması daha məqsədə uyğundur?
A) İntradermal testlər
B) Hamısı
C) Patch-test
D) Veber sınağı
E) Prick-test
Ədəbiyyat: Klinik allerqologiya və immunologiya. Prof. L.İ.Allahverdiyevanın redaktəsi ilə. Bakı 2010. Səh. 101-110.
711) Anamnezində astma olan 35yaşlı qadın burnun qaşınması, asqırma, rinoreyadan şikayət edir. Xəstə demək olar ki, bu vəziyyətdə hər gün olur, yazda halı pisləşir. Burnun tutulmasına görə yatanda əziyyət çəkir. Dimedrol qəbul edir, kömək etmir. Siqaret çəkmir, ailə üzvləri də siqaret çəkmir, amma evdə iki pişiyi var. Müayinədə yorğun görünür, temperaturu 37,1°C; AT 128/84 mm.c.süt; nəbzi 88/dəq. tənəffüs sayı 18/dəq. Burun balıqulaqlarının selikli qişası şişkindir, yümşaqdır, avazımış, mavi-boz rəngdədir. Nazik sulu sekresiya görünür. Qulaqda patologiya görünmür. Boyun limfa düyünləri böyüməyib; ağciyərləri auskultasiyada təmizdir. Xəstədə ən ehtimal edilən diaqnoz nədir?
A) İnfeksion rinit
B) Sinusut
C) Vazomotor rinit
D) Mukovissidoz
E) Allergik rinit
Ədəbiyyat: CASE FILES: Family medicine third edition. Eugene C. Toy, John T.Patlan. Copyright © 2009. Case 6
Dostları ilə paylaş: |