705) İmmun cavab yaradan yad maddələr necə adlandırılır?
A) Allellər
B) Bakteriyalar
C) Viruslar
D) Antigenlər
E) Anticismlər
Ədəbiyyat: http://highered.mcgraw-hill.com/sites/0072507470/student_view0/chapter22/animation__the_immune_response.html
706) İnsan orqanizmi:
A) Yüzlərcə müxtəlif növ sitotoksik T- hüceyrələr yarada bilir
B) Milyonlarla müxtəlif növ sitotoksik T- hüceyrələr yarada bilir
C) Minlərcə müxtəlif növ sitotoksik T- hüceyrələr yarada bilir
D) Onlarca müxtəlif növ sitotoksik T- hüceyrələr yarada bilir
E) Yalnız bir növ sitotoksik T- hüceyrə yarada bilir
Ədəbiyyat: http://highered.mcgraw hill.com/sites/0072507470/student_view0/chapter22/animation__the_immune_response.html
707) Serum xəstəliyində meydana gələn urtikar səpgilərin yaranma mexanizmi nəyə əsaslanır?
A) Sirkulyasiya edən immun komplekslər dəriyə çökərək buna səbəb olur
B) Sirkulyasiya edən immun komplekslər komplementi-anafilatoksinləri aktivləşdirərək buna səbəb olur
C) Sadalananlardan heç biri
D) Yüksək səviyyəli İqE sintezinə
E) Sadalananların hamısı
Ədəbiyyat: “Allerji hastalıklarda yeni ufuklar”, Fuat Kalyonçu, 2007, səh.251
708) Allergik rinitdə nazal obstruksiyanı aradan qaldırmaq üçün hansı qrup preparatların istifadəsi daha məqsədəuyğundur?
A) nazal qlükokortikoidlər
B) hamısı
C) nazal antihistaminlər
D) antibiotiklər
E) oral antihistaminlər
Ədəbiyyat: L.İ. Allahverdiyeva “Uşaqlarda allergik xəstəliklər” . Bakı, 2011, səh. 21
Dostları ilə paylaş: |