Daha çox iri bronxların selikli qişasının zədələnməsi (traxeobronxit) ilə keçən kəskin bronxitin I mərhələsində (bəlğəm əmələ gələnə qədər) hansı qrup dərman preparatlarının təyin edilməsi məsləhət görülmür?


) Övrə və angionevrotik ödemin müalicəsində hansı üsul istifadə olunmur?



Yüklə 1,49 Mb.
səhifə225/515
tarix02.01.2022
ölçüsü1,49 Mb.
#1194
1   ...   221   222   223   224   225   226   227   228   ...   515
725) Övrə və angionevrotik ödemin müalicəsində hansı üsul istifadə olunmur?
A) Minimal androgen təsiri olan steroidlər

B) H1-histamin blokatorlarla müalicə

C) Səbəbkar faktorların eliminasiyası

D) Əsas xəstəliklərin müalicəsi

E) α-adrenomimetiklər
Ədəbiyyat: Terapiya (ingilis dilindən tərcümə edilmiş) A.Q. Çuçalinin redaktəsi ilə. Moskva, 1996 s.460-7
726) 24-yaşlı xəstə sefaklor (sefalosporin qrupundan antibiotik) qəbul edir. 1 həftədən sonra xəstədə temperaturun yüksəlməsi, məxmərək və qızılcayabənzər səpgilər, hər iki diz oynaqlarında artralgiya, limfa düyünlərinin böyüməsi (generalizə olunmuş) qeyd olunur. Xəstədə ən ehtimal edilən diaqnoz nədir?
A) Revmatizm

B) Limfoqranulematoz

C) Hemorragik vaskulit

D) Zərdab xəstəliyi

E) İnfeksion mononukleoz
Ədəbiyyat: Секреты аллергологии и иммунологии, Стэнли М. Нагуа, М. Эрик Гершвин. Москва, 2004
727) 38 yaşlı müntəzəm şəkildə atenolol qəbul edən qadını arı sancıb. 5 dəqiqə ərzində anafilaksiya əlamətləri inkişaf edib. Klinikaya daxil olarkən xəstədə arterial hipotoniya, generalizə edilmiş övrə və stridor qeyd olunur. Xəstəyə adrenalin təyin edilib, amma arterial hipotoniya qalır. Xəstəyə ən uyğun preparat hansıdır?
A) venadaxili ürək qlikozidləri

B) venadaxili aminofillinin yeridilməsi

C) venadaxili qlukaqon

D) adrenalin aerozol formasında

E) β2-adrenergik aqonist aerozol formasında
Ədəbiyyat: Секреты аллергологии и иммунологии, Стэнли М. Нагуа, М. Эрик Гершвин. Москва, 2004 Terapiya (ingilis dilindən tərcümə edilmiş) A.Q. Çuçalinin redaktəsi ilə. Moskva, 1996 s.805-67.
728) 56-yaşlı kişi allergik rinitə görə həkimə gəlib. Anamnezində yanaşı xəstəliklərdən prostat vəzinin xoşxassəli hiperplaziyası var. Ambarda çalışır, yük maşınlarına yükün daşınmasının operatorudur. Bu xəstənin müalicəsinə uyğun hansı preparatdır?
A) Feksofenadin

B) Difenhidramin

C) Xlorfeniramin

D) Klemastin

E) Hidroksizin
Ədəbiyyat: CASE FILES: Family medicine third edition. Eugene C. Toy, John T.Patlan. Copyright © 2009. Case 6.3
729) Anamnezində bronxial astma olan xəstə. Əvvəl aparılan ağciyərlərin funksional testləri mülayim dərəcəli obstruksiya aşkar edib. Xəstə inhalasion kortikosteroid və ehtiyac olanda qısa təsirli β2-aqonist qəbul edir; buna baxmayaraq, həftədə 3-4 dəfə gecələr öskürəkdən oyanır. Xəstə üçün ən yaxşı növbəti addım hansıdır?
A) Uzun müddət təsir edən β2-aqonistlər

B) Oral steroidlər

C) Teofillin

D) Antirefluks müalicə

E) Leykotriyeninhibitorlar
Ədəbiyyat: CASE FILES: Internal medicine third edition. Eugene C. Toy, John T.Patlan. Copyright © 2009. Case 35.1
730) Piylənməsi olan 50-yaşlı bronxial astma xəstəsini ara-sıra dispepsiya və gecə öskürəyi narahat edir. Səhərlər ağzında turş hissi ilə oyanır. Müntəzəm qaydada inhalasion kortikosteroid və qısa təsirli β2-aqonist qəbul edir.Sizin ən düzgün nöbəti addımınız hansıdır?
A) Allergik desensitizasiyanın başlanması

B) 24 saatlıq ezofageal PH monitoringi

C) Oral kortikosteroidlərin qısa kursu

D) Omeprazolun başlanması

E) Döş qəfəsi rentgenoqrafiyası
Ədəbiyyat: CASE FILES: Internal medicine third edition. Eugene C. Toy, John T.Patlan. Copyright © 2009. Case 35.4
731) 25-yaşlı oğlan streptokokk mənşəlli faringitə görə əzələ daxilinə penisillin alır. Oğlan temperaturun aşağı olması və boğaz ağrısına görə poliklinikaya müraciət edir. Sağlam görünür və başqa dərman qəbul etmir. 20 dəqiqə ərzində, üzün şişkinliyi və tənəffüs məhdudluğundan şikayət etməyə başladı. Xəstə boğulur və qorxan kimi görünür. Ürəyin vurğu sayı 130/dəq., AT 90/47mm c.s., tənəffüs səthidir, sayı 28/dəq. Üzü və dodaqları şişkin, gözlərini şişkinlikdən gücnən aça bilir. Auskultasiyada diffuz fitverici xırıltılar, çoxsaylı urtikar (övrə) qalxan zədələnmələr görünür. Təcili yardım çağırılır. İlk növbədə xəstəyə nə yeridilməlidir?
A) Suprastin vena daxilinə

B) Adrenalin əzələ daxilinə

C) Prednizolon vena daxilinə

D) Ürək qlikozidləri vena daxilinə

E) Adrenalin vena daxilinə
Ədəbiyyat: CASE FILES: Internal medicine third edition. Eugene C. Toy, John T.Patlan. Copyright © 2009. Case 48
732) 55-yaşlı mühasibatçı üzün və dilin şişkinliyindən şikayət edir. Yaxında yeni hamam sabunundan istifadə etməyə başlayıb. Yanaşı xəstəliklərdən osteoartrit və yüngül hipertoniyası var, ona görə asetaminofen (parasetamol) və kaptopril qəbul edir Şişkinliyin səbəbi nədir?
A) Kaptopril

B) Hipotireoz

C) Asetaminofen

D) Sabuna qarşı hiperhəssaslıq

E) Qida ilə bağlı allergiya
Ədəbiyyat: CASE FILES: Internal medicine third edition. Eugene C. Toy, John T.Patlan. Copyright © 2009. Case 48.1
733) 18-yaşlı oğlan epilepsiyaya görə müntəzəm dərman qəbul edir. Temperaturun artması, limfadenopatiya, generalizə olunmuş makulo-papular səpkilər, və artralgiyalarla həkimə gəlib. Xəstə geyd edir ki, bağçada işləyəndə onu gənələr dişləyib. Xəstənin vəziyyətinin səbəbi nə ola bilər?
A) İnsan immunodefisit virusu infeksiyası (HIV)

B) Laym xətəliyi

C) İgE vasitəli reaksiya

D) Epilepsiya dərmanlarına qarşı reaksiya

E) Sarmaşıq zəhəri ilə bağlı ağır dermatit
Ədəbiyyat: CASE FILES: Internal medicine third edition. Eugene C. Toy, John T.Patlan. Copyright © 2009. Case 48.2
734) 34-yaşlı kişi arı sancmasına görə ağır allergik reaksiya ilə reanimasiyaya gətirilib. Xəstəyə anafilaktik şokun alqoritminə uyğun ilk tibbi yardım göstərilib, amma oksigenin saturasiyası 80% qədər enib (norma 90%-dan yuxarı olmalı), və xəstə apnoe vəziyyətindədir. Bu durumda ən yaxşı növbəti addım hansıdır?
A) Elektrik kardioversiya

B) Venaya dimedrol

C) Venaya epinefrin

D) Burun kanyulası vasitəsi ilə oksigen

E) Endotraxeal intubasiya
Ədəbiyyat: CASE FILES: Internal medicine third edition. Eugene C. Toy, John T.Patlan. Copyright © 2009. Case 48.3
735) 57-yaşlı durğunluq ürək çatışmazlığı ilə xəstədə kardiastress test (tredmil) pozitiv nəticə vermiş, xəstəyə kardial kateterizasiya lazımdır. Xəstənin sözünə görə, anamnezində yoda qarşı allergiya var. Xəstə üçün ən yaxşı növbəti addım hansıdır?
A) Müayinədən vaz keçib cərrahi əməlyyata göndərmək

B) Müayinə zamanı diphenhydramine (dimedrolun) infuziyası

C) Müayinədən əvvəl gecə diphenhydramine və kortikosteroidlərin təyini

D) Yodun artan dozaları ilə desensitizasiya

E) Müayinədən sonra xəstəyə diphenhydramine və adrenalinin təyini
Ədəbiyyat: CASE FILES: Internal medicine third edition. Eugene C. Toy, John T.Patlan. Copyright © 2009. Case 48.4


Yüklə 1,49 Mb.

Dostları ilə paylaş:
1   ...   221   222   223   224   225   226   227   228   ...   515




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin