770) Anafilaktik şok zamanı xəstəyə hansı düzgün vəziyyət verilməlidir?
A) Xəstəyə oturaq vəziyyət verilməli
B) Xəstə ayaqüstə durmalıdır Xəstə arxası üstə uzanmalı, ayaqları 30° bucaq altında qaldırılmalı
C) Xəstə hərəkət etməli
D) Xəstə qarnı üstə uzanmalı, ayaqları 30° bucaq altında qaldırılmalı
E) Xəstə ayaqüstə durmalıdır
Ədəbiyyat: L.İ.Allahverdiyeva, G.P.Əhmədova, N.A.Ələkbərova, Anafilaktik şok ( metodik vəsait ), 2014, səh. 21
771) Ekzogen allergik alveolitin kəskin dövrünün müalicəsində ən təsirlisi hansıdır?
A) Antihistaminlər vena daxilinə
B) Göbələk əleyhi dərmanlar (İtrakonazol, Amfotericin və s.)
C) Sadalananların heç birisi
D) İnhaliyasion qlükokortikosteroid
E) Sistem qlükokortikosteroidlər
Ədəbiyyat: Р.М.Xаитов национальное руководство 2009, səh.588
772) Bronxial astma diaqnozunun qoyulması zamanı bronxial obstruksiyanın kəskinliyi və geriyə dönməsini qiymətləndirmək üçün seçim üsulu nədir?
A) Qanda eozinofil kationik zülalın təyin olunması
B) Spirometriya (bronxodilatatorlarla sınaq)
C) Kompyuter tomoqrafiya
D) Bronxoskopiya
E) Pikfloumetriya
Ədəbiyyat: Klinik allerqologiya və immunologiya, (t.e.d., prof. L.İ.Allahverdiyevanın redaktəsi ilə) 2010, səh. 35
773) Bronxial astma xəstələrinin vəziyyətinə nəzarət etmək üçün nədən istifadə edilir?
A) Qanda spesifik İgE-nin dəyişməsinə nəzarət
B) Ağciyərlərin auskultasiyası
C) Pikfluometriya
D) Gündəliyin yazılması
E) Qanda ümumi İgE-nin səviyyəsinə nəzarət
Ədəbiyyat: Klinik allerqologiya və immunologiya, (t.e.d., prof. L.İ.Allahverdiyevanın redaktəsi ilə) 2010, səh. 36
Dostları ilə paylaş: |