931) “Pollakiuriya” nə deməkdir?
A) Sidiyin gündəlik miqdarının azalması
B) Sidik ifrazının tam dayanması
C) Tez - tez sidik ifrazı
D) Sidiyin gündəlik miqdarının artması
E) Gec - gec sidik ifrazı
Ədəbiyyat: Cəlilova S.A. Sidiyin kliniki müayinəsi. Bakı, 1997
932) Hemoqlobin nədir?
A) Karbohidrat
B) Zülal
C) Mineral maddə
D) Xromoproteid
E) Lipid
Ədəbiyyat: Исследования системы крови в клинической практике (под редакцией Г.И.Козина и В.А.Макарова)
933) Hemoqlobinin zülal hissəsi nədir?
A) Seruloplazmin
B) Albumin
C) Transferrin
D) Qaptoqlobin
E) Qlobin
Ədəbiyyat: Исследования системы крови в клинической практике (под редакцией Г.И.Козина и В.А.Макарова)
934) Böyüklərin hemoqlobininin əsas növü hansıdır?
A) HbA
B) HbD
C) HbF
D) HbP
E) HbS
Ədəbiyyat: Алексеев С.А., Гаин, Ю.М. Анализы крови и мочи и их интерпретация. Минск, 2002, 135 с
935) Qlükoza 6 - fosfat dehidrogenazanın (Q - 6 - FDQ) çatışmazlığı hansı xəstəliklərə səbəb ola bilər?
A) Dəmir - defisitli anemiya
B) Sideroblast anemiya
C) Hemolitik anemiya
D) Aplastik anemiya
E) Hiperxrom anemiya
Ədəbiyyat: Клиническая лабораторная аналитика. (Под редакцией В.В.Меньшикова) М: Лабинформ-РАМЛД, 1999
Dostları ilə paylaş: |