1059) Miokard infarktı nədir?
A) Miokardın işemik zədələnməsi
B) Koronar arteriyanın kəskin okklüziyası nəticəsində ürək əzələsinin nekrozu (ölməsi)
C) Ürək əzələsinin aşkar metabolik dəyişikliklər nəticəsində zədələnməsi
D) Ürək əzələsinin aşkar iltihabi dəyişikliklər nəticəsində zədələnməsi
E) Miokardın miokardiopatiya ilə əlaqədar baş vermiş nekrozu
Ədəbiyyat: Люсов В.А. Кардиология / Рук. для врачей под ред. Оганова Р.Г. и Фоминой И.Г./ М., 2004
1060) Aşağıda sadalanan amillərdən hansı miokard infarktının risk amili deyil?
A) Kişi cinsinə mənsub olma
B) Arterial hipertenziya
C) Yaş
D) Az hərəkətli həyat tərzi
E) Alkoholdan mülayim dərəcədə istifadə (15-30 qr-a qədər)
Ədəbiyyat: Национальные клинические рекомендации. М., 2008
1061) XÜÇ (xroniki ürək çatışmazlığı) zamanı sol mədəciyin diastolik disfunksiyasının ən yaxşı müayinə üsulu hansıdır?
A) Tredmil test
B) Rentgenoloji müayinə
C) Sutkalıq EKQ monitorlama müayinəsi
D) EKQ
E) Doppler ExoKQ
Ədəbiyyat: Беленков Ю.Н, Мареев В.Ю, Агеев Ф.Т « Хроническая сердечная недостаточность» 2006
1062) Kəskin sol mədəcik çatışmazlığında hansı diuretikin istifadəsi daha məqsədəuyğundur?
A) Furosemid
B) İndapamid
C) Diakarb
D) Veroşpiron
E) Mannitol
Ədəbiyyat: Беленков Ю.Н, Мареев В.Ю, Агеев Ф.Т « Хроническая сердечная недостаточность» 2006
Dostları ilə paylaş: |