1291) Sabit stenokardiya adlanan klinik sindrom nə vaxt meydana çıxmır?
A) Fiziki gərginlikdə (hərəkət, yüksəkliyə qalxma, ağırlıq qaldırma)
B) Sakitlikdə, çox vaxt gecələr yuxuda
C) Emosional stressdə
D) Soyuqda, çoxlu miqdarda qida qəbulunda
E) Arterial təzyiqin yüksəlməsində
Ədəbiyyat: Sabit stenokardiyanin diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 3 fevral 2009-cu il tarixli 28 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2009, səh. 7
1292) Son zamanlar stenokardiya simptomlarını və işemiya əlamətlərinin (gizli işemiya daxil olmaqla) aradan qaldırılmasında əlavə hansı antiişemik preparatlardan istifadə olunur?
A) Kalium kanalları aktivatorları
B) Α-adrenergik antaqonistlər
C) Birbaşa renin inhibitorları
D) Α-adrenerqik blokatorlar
E) Sinus düyününün inhibitorları
Ədəbiyyat: Sabit stenokardiyanin diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 3 fevral 2009-cu il tarixli 28 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2009, səh. 22
1293) Bronxial astmalı hamilə qadınlara aşağıdakı preparatlardan hansının istifadəsi tövsiyə edilmir?
A) Beklametazon
B) β2 - reseptorlarin aqonistləri
C) Kromoqlisiy turşusu preparatları
D) Budesonid
E) Leykotrien reseptorlarının antoqonistləri
Ədəbiyyat: Клинические рекомендации. Аллергология /Под ред. Р.М. Хаитова, Н.И. Ильиной.- М.: ГЭОТАР - Медиа, 2006. – 240 с
Dostları ilə paylaş: |