1320) Fəsilli allergik riniti zamanı hansı kliniki əlamət qeyd olunmur?
A) Qızdırma
B) Anamnezdə allergiya
C) Müsbət dəri sınaqları
D) Konyuktivit
E) Fəsil kəskinləşmələri
Ədəbiyyat: «Иммунопатология и аллергология. Стандарты диагностики и лечения». Под ред. Акад. РАМН, проф. Хаитова Р.М. Москва, 2001
1321) Hansı faktorlar anafilaktik şokun ağırlığını gücləndirir?
A) Yanaşı gedən ürək-damar xəstəlikləri
B) AÇF - inhibitorları ilə müalicə
C) Hamısı
D) Beta-adrenoblokatorlarla müalicə
E) Xəstədə bronxial astmanın olması
Ədəbiyyat: «Аллергические болезни. Диагностика и лечение» Рой Паттерсон, Лесли К. Грэммер, Пол А. Гринбергер. Москва, 2000
1322) 63 yaşlı xəstədə ÜİX, hipertoniya və aspirin formalı bronxial astma olduğu zaman arterial təzyiqin nəzarəti üçün sadalanan hansı preparatdan istifadə etmək məsləhət deyil?
A) Eufillin
B) Kaptopril
C) İzosorbid dinitrat
D) Propranolol
E) Nifedepin
Ədəbiyyat: «Аллергические болезни. Диагностика и лечение» Рой Паттерсон, Лесли К. Грэммер, Пол А. Гринбергер. Москва, 2000
1323) Hansı xəstəliklərdə hemolitik anemiya müsbət Kumbs reaksiyası ilə müşahidə olunur?
A) Sistemli qırmızı qurd eşənəyində
B) Sistemli sklerodermiyada
C) Düyünlü periarteriitdə
D) Trombositopenik purpurada
E) Dermatomiozitdə
Ədəbiyyat: В.И.Маколкин, С.И.Овчаренко. «Внутренние болезни».М., 1999 г
Dostları ilə paylaş: |